Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2367/2025 22.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1nə qarşı “övladlığa götürmənin ləğv edilməsi və doğum haqqında şəhadətnaməyə müvafiq qeydlərin edilərək bütün ilkin məlumatların bərpa edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1nə qarşı “övladlığa götürmənin ləğv edilməsi və doğum haqqında şəhadətnaməyə müvafiq qeydlərin edilərək bütün ilkin məlumatların bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Lenin rayonu (indiki Sabunçu rayonu) Qeydiyyat şöbəsi tərəfindən onun barəsində 29 avqust 1990-cı il tarixli 114 saylı övladlığa götürmə haqqında akt qeydi ilə rəsmiləşdirilmiş övladlığa götürmənin ləğv edilməsi və ilkin doğum haqqında akt qeydində olan məlumatların (xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş X1, “ata” qrafasında Cavabdeh3, “ana” qrafasında Cavabdeh2, milliyəti azərbaycanlı) bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslər:
2. İddiaçı vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə ərizə verərək 22 sentyabr 2025-ci il tarixinə təyin edilmiş məhkəmə baxışı iclasının baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
4. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
7. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
8. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
9. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: **********, terminal nömrəsi: 515, tarix: xx.xx.2025, saat 18:21) görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 102 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
10. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1nə qarşı “övladlığa götürmənin ləğv edilməsi və doğum haqqında şəhadətnaməyə müvafiq qeydlərin edilərək bütün ilkin məlumatların bərpa edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş 102 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
11. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1nə qarşı “övladlığa götürmənin ləğv edilməsi və doğum haqqında şəhadətnaməyə müvafiq qeydlərin edilərək bütün ilkin məlumatların bərpa edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 102 manat ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: **********, terminal nömrəsi: 515, tarix: xx.xx.2025, saat 18:21) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova