Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2504/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bekir oğluna qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “uşağın ölkədən getməsinə icazənin verilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh Bekir oğluna qarşı "uşağın ölkədən getməsinə icazənin verilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Cavabdeh Bekir oğluna qarşı "uşağın ölkədən getməsinə icazənin verilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 01 mart 2011-ci il təvəllüdlü X2 atası Cavabdeh Bekir oğlunun razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına, ölkədən getməsinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh Bekir oğlunun birgə ərarvad münasibətlərindən 01 mart 2011-ci il təvəllüdlü X3 adlı bir uşaqları anadan olub. Aralarında rəsmi nikah olmadığından, cavabdehin qeydiyyat şöbəsində atalığın etiraf edilməsi barədə ərizəsinə əsasən Cavabdeh Bekir oğlunun atası olması müəyyən edilib və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Bekir oğlundan hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilib. Azyaşlı uşaqları hazırda onun himayəsində yaşayır. Cavabdehə azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2 onunla birlikdə müvəqqəti müddətlərdə Azərbaycan Respublikasından kənara çıxarılmasına icazə verilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə verilməsinin zəruri olduğunu bildirsə də, ondan uşağın ölkədən çıxarılmasına razılıq ərizəsini ala bilmir. xx.xx.2012-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq zərurəti yarandıqda cavabdehin icazəsi tələb olunur. Cavabdehi tapa bilmədiyindən ondan lazım olan anda icazə alınması mümkün olmur. Bu isə onun və azyaşlı uşağı üçün çətinliklər yaradır. Uşağının ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməsini tələb etməsi müalicə, istirahət və digər məqsədlərlə xarici ölkələrə gedib-gələrkən uşağını sərbəst şəkildə aparıb-gətirə bilməsi üçün uşağın atanın razılığı olmadan müvəqqəti müddətə Azərbaycan Respublikasından kənara çıxarılmasına icazə verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması zəruridir.
İş materialları:
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin 2(007)-3961/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cаvаbdеh Güçеr Tuncаydаn iddiаçı Qəhrəmаnоvа Lеylа Gərаy qızının хеyrinə 24 iyul 2004-cü il təvəllüdlü X6 və 01 mart 2011-ci il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək sахlаnmаlаrı üçün xx.xx.2018-ci il tаriхdən bаşlаyаrаq hər uşаğа görə аydа 154 (yüz əlli dörd) mаnаt оlmаqlа, cəmi 308 (üç yüz səkkiz) mаnаt sаbit pul məbləğində аlimеnt tutulması qət edilmişdir.
4. Bаkı şəhəri Nizаmi rаyоn qеydiyyаt şöbəsi tərəfindən 07 iyun 2011-ci il tаriхdə vеrilmiş аtаlığın müəyyən еdilməsi hаqqındа və dоğum hаqqındа şəhаdətnаmələrin surətlərindən görünür ki, X5 01 mart 2011-ci il tаriхdə аnаdаn оlmuşdur, аtаsı Cavabdeh, аnаsı Qəhrəmаnоvа Lеylа Gərаy qızıdır.
5. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00929 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı İMS-da iştirak etsə də, Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir.
6. xx.xx.2025-ci il tarixli, **********66 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək, növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir.
8. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, zərf üzərində müvafiq qeydlər edilərək məhkəməyə geri qayıtmışdır.
9. Belə olan halda, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; 28-ci maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
13. “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının: 3-cü və 4-cü maddələrinə əsasən uşaq barəsində bütün tədbirlərdə onun maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir; 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşağın mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşağın həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır; 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.
15. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir; 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz; 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər; 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
16. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı: 1.7-ci bəndinə qeyd edilmişdir ki, məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır.
İşin faktiki halı:
17. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Bekir oğlu faktiki nikaha daxil olublar, birgə nikahlarından 01 mart 2011-ci il təvəllüdlü X3 adlı uşaqları doğulub. Ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılıblar, bu zaman yetkinlik yaşına çatmayan uşaq anasının yanında qalıb. Ana- İddiaçı zərurət yarandığı hallarda uşağını özü ilə birlikdə xarici ölkələrə aparmaq istəyir. Uşaqdan ayrı yaşayan ata-Cavabdeh Bekir oğlu qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş razılıq vermədiyindən, uşağın anası tərəfindən dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilərək sərbəst surətdə ölkədən aparılması mümkün deyildir. Elekton məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən cavabdehin uşaqla ünsiyyətdə olması barədə məhkəmə qərarı mövcud deyil, həmçinin buna dair məhkəməyə heç bir sübut təqdim edilməyib.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
19. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X1 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir.
21. “İnsan hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Elşolts Almaniyaya qarşı” iş üzrə 13 iyul 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusilə 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi oxşar hüquqi mövqeyini “Johansen Norveçə qarşı” işi üzrə 07 avqust 1996-cı il tarixli qərarında da nümayiş etdirmişdir.
24. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında olan nikah pozularkən birgə nikahlarından doğulmuş 01 mart 2011-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalıb. Həmin uşağın təlim-tərbiyəsi və sağlamlığı ilə anası məşğul olur, onun qayğısına qalır. Ana, zərurət yarandığı hallarda, uşağını özü ilə birlikdə xarici ölkələrə aparmaq istəyir. Uşaqdan ayrı yaşayan ata isə qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş razılıq vermədiyindən, uşağın ana tərəfindən dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilərək sərbəst surətdə ölkədən aparılması mümkün deyildir. Ata tərəfindən həmin razılığın verilməməsi isə istər ananın, istərsə də uşağın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sərbəst hərəkət etmək hüquqlarını pozur, o cümlədən yuxarıda istinad edilən milli qanunvericilik normalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna ziddir, atanın uşaqların anası tərəfindən dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilərək sərbəst surətdə ölkədən aparılması ilə bağlı tələb olunan razılığı verməməsi, qeyd edilən şəraitdə tələb olunan razılığın digər valideynin razılığından asılı edilməsi uşağın maraqlarına və qanuni mənafelərinə ziddir, onların qanunla qorunan hüquqlarının həyata keçirilməsinə mane olur. Ona görə məhkəmə hesab edir ki, iddianın təmin edilməsi yolu ilə yaradılan bu maneə aradan qaldırılmalıdır.
Nəticə:
25. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, İddiaçı 01 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək, onunla birlikdə daimi əsaslarla ölkəni tərk etməsi istisna olunmaqla, Cavabdeh Bekir oğlunun (Cavabdeh) razılığı olmadan Azərbaycan Respublikası hüdudlarından kənara sərbəst surətdə getməsinə icazə verilməlidir.
26. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı 01 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək, onunla birlikdə daimi əsaslarla ölkəni tərk etməsi istisna olunmaqla, Cavabdeh Bekir oğlunun (Cavabdeh) razılığı olmadan Azərbaycan Respublikası hüdudlarından kənara sərbəst surətdə getməsinə icazə verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva