Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2592/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Maraqlı şəxsnə qarşı mülki iş üzrə (Açar sözlər: “nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi” tələbi) Hakimi Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Maraqlı şəxsnə qarşı “nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi" haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Maraqlı şəxsnə qarşı “nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi" haqqında ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, işğaldan azad olunmuş Ağdərə rayonunun Yaycı kəndində aşkar edilmiş, mülkiyyətçisi olmayan və xx.xx.2025-ci il tarixli təhvil-təslim aktı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Xidmətinin Qazax ərazi şöbəsinə təhvil verilmiş “Mercedes C180”markalı nəqliyyat vasitəsinin (ban nömrəsi – “WDB2020181A390313”) sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, işğaldan azad olunmuş Ağdərə rayonunun Yaycı kəndində aşkar edilmiş 1 ədəd “WDB2020181A390313” ban nömrəli “Mercedes C180” markalı sahibsiz nəqliyyat vasitəsi üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və onlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə Şəmkir hərbi prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixli akt əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə təhvil verilib. Beləliklə, aşkar edilmiş “Mercedes C180” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisinin müəyyən edilməməsi, həmin avtomobilin əvvəlki sahibinin ondan imtina edərək onu atması qeyd edilən nəqliyyat vasitəsinə sahiblik etməyə başlamış dövlətin (onun adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) onların üzərində mülkiyyət hüququnun tanınması üçün əsasdır.
İş materialları:
3. Azərbaycan Respublikası Baş prokurorunun müavini Azərbaycan Respublikasının Hərbi prokurorunun xx.xx.2024-cü il tarixli 3-3-060/2-114/24 saylı məktubundan görünür ki, Şəmkir Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kiçik leytenant X2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə cinayət işi istintaq olunaraq tamamlanıb. İstintaq zamanı müəyyən olunub ki, X8 Nazirliyinin N nömrəli hərbi hissəsinin işğaldan azad olunmuş Ağdərə rayonunun Yaycı kəndində xidmətdə olarkən 22 sentyabr 2023-cü il tarixdə həmin kənddə məskunlaşmış erməni əhalinin yaşadığı evlərdən birinin həyətindən “WDB2020181A390313” ban nömrəli “Mercedes C180” markalı avtomobili aşkar etdikdən sonra gizli yollarla Qazax rayonu Xanlıqlar kəndindəki yaşadığı evə gətirərək əmlakı talayıb. Həmçinin, istintaq zamanı həmin avtomobilin Ağdərə rayonu ərazisində qanunsuz məskunlaşmış erməni vətəndaşlarından birinə məxsus olduğu müəyyən olunub. Hazırda həmin avtomobil Qazax rayon polis şöbəsinin cərimə meydançasında saxlanılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1170 nömrəli “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanının 6.4-cü maddəsinin “müvafiq komendantlıqlar işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılmasını, saxlanılmasını və mühafizəsini təşkil etməlidirlər” tələblərini rəhbər tutaraq, həmin avtomobilin qeydiyyata alınmasının təmin edilməsi və aidiyyəti üzrə tədbirlər görülməsi barədə göstəriş verilməsi xahiş edilib.
4. Qazax RPŞ-nin TH-nin kiçik inspektoru polis baş serjantı X3, baş gizir X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Qazax RPŞ-nin saxlama meydançasında olan “Mersedes C 180” markalı avtomaşını Şəmkir hərbi prokurorluğunun növbətçisi baş gizir X4 təhvil verilib.
5. Azərbaycan Respublikası Hərbi prolurorluğu Şəmkir hərbi prokurorluğunun növbətçisi baş gizir Ramil Orucov, ƏMDX-nin Qazax ərazi şöbəsinin məshələtçisi Vahid Kosayev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, işğaldan azad olunmuş Ağdərə rayonundan götürülən və Qazax rayon polis şöbəsinin cərimə meydançasında saxlanılan “Mersedes C 180” markalı avtomobil aidiyyəti üzrə təhvil-təslim edilib.
6. Məhkəməyə “Mersedes C 180” markalı avtomobilin fotoşəkilləri təqdim edilib.
Tərəflərin izahatları:
7. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, avtomobil Ağdərə rayonunda aşkar edilib. Ağdərə rayon Polis Şöbəsi yoxdur, Tərtər rayonunda yerləşir. Hərbi prokurorluq müəyyən edib. Avtomobil hərbçinin evində tapılıb. Bu barədə akt da var. Maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməsinin səbəbi odur ki, Ağdərə rayonundan olan işlərə Maraqlı şəxs baxır.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 323.1. Daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. 326.1. Məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. 326.3. Məhkəmə daşınmaz əşyanın mülkiyyətçisinin olmadığını, yaxud əşyanın mülkiyyətçisi tərəfindən onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan qoyulduğunu və müəyyən edilmiş qaydada uçota alındığını müəyyən edərsə, daşınmaz əşyanın sahibsiz hesab edilməsi və onun üzərində dövlət mülkiyyəti hüququnun tanınması barədə qətnamə çıxarır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.
11. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanın: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqları yaradılması qərara alınmışdır. 4.3-cü bəndinə əsasən müvəqqəti komendantlıqlarının tərkibində İqtisadiyyat Nazirliyinin əməkdaşının da daxil olduğu göstərilmişdir. 6.4-cü bəndinə əsasən kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırıması, saxlanılması və mühafizəsi vəzifəsinin yerinə yetirilməsinin təşkil edilməsi ərazi üzrə fəaliyyət göstərən müvəqqəti komendantlıqlar tərəfindən həyata keçirilir.
İşin faktiki halı:
12. Mülki işin faktiki hallarından da göründüyü kimi, X8 Nazirliyinin N nömrəli hərbi hissəsinin işğaldan azad olunmuş Ağdərə rayonunun Yaycı kəndində xidmətdə olarkən 22 sentyabr 2023-cü il tarixdə həmin kənddə məskunlaşmış erməni əhalinin yaşadığı evlərdən birinin həyətindən “WDB2020181A390313” ban nömrəli “Mercedes C180” markalı avtomobili aşkar etdikdən sonra gizli yollarla Qazax rayonu Xanlıqlar kəndindəki yaşadığı evə gətirərək əmlakı talayıb. Həmçinin, istintaq zamanı həmin avtomobilin Ağdərə rayonu ərazisində qanunsuz məskunlaşmış erməni vətəndaşlarından birinə məxsus olduğu müəyyən olunub. Sahibsiz nəqliyyat vasitəsi üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və onlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə Şəmkir hərbi prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixli akt əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə təhvil verilib.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
14. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi, daşınar əşyanın sahibsiz hesab edilməsi üçün əsaslar onun mülkiyyətçisinin olmaması (məlum olmaması), yaxud mülkiyyətçi məlum olsa da, onun daşınar əşyaya dair öz sahibliyinə xitam vermək məqsədilə imtina etməsi ilə şərtləndirilmişdir.
15. İşin şərh edilən və məhkəmə tərəfindən araşdırılan hallarından da, göründüyü kimi, avtomobilin mülkiyyətçisi məlum deyildir. Ona görə də, ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır.
16. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “WDB2020181A390313” ban nömrəli “Mercedes C180” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi yoxdur, həmin avtomobil müvafiq hüquq mühafizə orqanları tərəfindən aşkar edilməklə onun üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və ondan səmərəli istifadə edilməsi məqsədilə 10 aprel 2025-ci il tarixli akt əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinə təhvil verilmişdir. Yuxarıda göstərilən hallar əmlakın sahibsiz hesab edilməsi üçün əsasdır.
17. Beləliklə, şərh edilənlərdən də göründüyü kimi, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində yaradılmış müvəqqəti komendantlıqların nəzdində Azərbaycan İqtisadiyyat Nazirliyinin əməkdaşları da olduğundan, habelə Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 6.4-cü bəndinə müvafiq olaraq mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi vəzifəsinin yerinə yetirilməsinin təşkil edilməsi ərazi üzrə fəaliyyət göstərən müvəqqəti komendantlıqlar tərəfindən həyata keçirilməli olduğundan ərizəçinin hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Nəticə:
18. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli, 10 aprel 2025-ci il tarixli akt ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinə təhvil verilmiş “WDB2020181A390313” ban nömrəli “Mercedes C180” markalı nəqliyyat vasitəsi sahibsiz hesab edilməli, “WDB2020181A390313” ban nömrəli “Mercedes C180” markalı nəqliyyat vasitəsi üzərində dövlət mülkiyyəti hüququ tanınmaqla dövlət mülkiyyətinə verilməlidir.
19. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə ərizəçi dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 10 aprel 2025-ci il tarixli akt ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinə təhvil verilmiş “WDB2020181A390313” ban nömrəli “Mercedes C180” markalı nəqliyyat vasitəsi sahibsiz hesab edilsin. “WDB2020181A390313” ban nömrəli “Mercedes C180” markalı nəqliyyat vasitəsi üzərində dövlət mülkiyyəti hüququ tanınmaqla dövlət mülkiyyətinə verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva