Məhkəmə qərarları › İş №e-2(007)-2638/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2638/2025

30.06.2025 · Barışıq sazişin təsdiqi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2638/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:

1. Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat müəyyən edilmiş alimentin Maraqlı şəxs məcburi qaydada tutulub ona verilməsi barədə xx.xx.2023-cü il tarixli barışıq sazişini təsdiq edərək qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 22 iyul 2010-cu il tarixdə rəsmi nikaha daxil olub. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Kəmalə və xx.xx.2013-cü il təvəllüdlü Zəhra adlı övladları dünyaya gəlib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2668/2023 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması qət edilib. Bildirmək istəyir ki, 18 iyul 2023-cü il tarixli barışıq sazişindən görünür ki, “Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 852 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşıblar. Birinci Tərəf övladları xx.xx.2011-ci il doğum tarixli X2 və xx.xx.2013-cu il doğum tarixli X3 İkinci Tərəfin himayəsində qalmasına etiraz etmir. X8 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 18-nə qədər, hər birinə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. X9 Tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq.” Qeyd edir ki, Maraqlı şəxs nikah pozulduqdan sonra xx.xx.2023-cü il tarixli barışıq sazişiylə müəyyənləşdirilmiş üzərinə götürülmüş aliment öhdəliyini icra etməyib.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin dəlillərini müdafiə edib, ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli barışıq sazişinin “alimetin alınması” hissəsində təsdiq edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

İşin faktiki halı:

8. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Ərizəçi (ikinci tərəf) ilə Maraqlı şəxs (birinci tərəf) arasında mediasiya prosesi nəticəsində 18 iyul 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2668/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur.

Məhkəmənin mövqeyi:

9. Ərizəçi (ikinci tərəf) ilə Maraqlı şəxs (birinci tərəf) arasında mediasiya prosesi nəticəsində 18 iyul 2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 852 nömrə ilə qeydə alınmış nikahın pozulması və bunun məhkəmə qaydasında həlli, Birinci Tərəf övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 İkinci Tərəfin himayəsində qalması, X8 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övlad(ları) yetkinlik yaşına çatanadək, hər ayın 18-nə qədər, hər birinə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürməsi, Sazişin bu bəndinin gələcəkdə aliment məbləğinin artırılıbazaldılması üçün məhdudiyyət yaratmaması, X9 Tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacağı barədə razılıq əldə edilmişdir.

10. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 18 iyul 2023-cü il tarixli barışıq sazişinin “aliment” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir.

11. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 18 iyul 2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır.

12. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

Nəticə:

13. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi (ikinci tərəf) ilə Maraqlı şəxs (birinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023cü il tarixli barışıq sazişi (3-cü bəndinə aid hissədə) aşağıdakı məzmunda təsdiq edilməlidir: X8 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək, hər ayın 18-nə qədər, hər birinə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır.

14. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

15. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi (ikinci tərəf) ilə Maraqlı şəxs (birinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi (3-cü bəndinə aid hissədə) aşağıdakı məzmunda təsdiq edilsin: - X8 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək, hər ayın 18-nə qədər, hər birinə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver