Məhkəmə qərarları › İş №e-2(007)-2959/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2959/2024

05.09.2024 · Sair mülki iş - Digər - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2959/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onunla X4 arasında bağlanmış MŞB\8\2023-02171 nömrəli, 11 oktyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, “nikahın pozulması, uşağın ananın himayəsində qalması, uşaqla ünsiyyət vaxtının müəyyən olunması və aliment” tələbi ilə bağlı Maraqlı şəxs qarşı Bakı 8 saylı Mediasiya təşkilatına müraciət edib. Nəzərə çatdırır ki, onunla Maraqlı şəxs arasında MŞB\8\2023-02171 nömrəli, 11 oktyabr 2023-cü il tarixli bağlanmış barışıq sazişinə əsasən birgə nikahdan dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hər ay 1000 (min) manat aliment ödəməyi Maraqlı şəxs öz üzərinə öhdəlik kimi götürüb. Lakin hazırki dövrədək yuxarıda qeyd olunan icra olunmalı öhdəlik tam şəkildə icra edilmir. Odur ki, barışıq sazişi üzrə hər ay üçün ödənilməli olan 1000 (min) manat aliment ödəməyi Maraqlı şəxs öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməyib. Habelə qalıq borc qismində 7800 (yeddi min səkkiz yüz) manatı ona ödəməkdən yayınıb. Göstərilən səbəblərdən, MŞB\8\2023-02171 nömrəli, 11 oktyabr 2023-cü il tarixli bağlanmış barışıq sazişinin təsdiqinə zərurət yaranıb. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilərək, barışıq sazişinin 2 və 3-cü bəndinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Maraqlı şəxs ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 11 oktyabr 2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında tərəflər 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.20210ci il tarixdə 2385 nömrəli qeyd ilə bağlanan nikahın pozulması (ləğv edilməsi), birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X1 (ananın) yanında (himayəsində) qalması, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəfin birinci tərəfə xx.xx.2023-cü il tarixdən etibarən hər ay 1000 (bir min) AZN aliment ödəməsi, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X2 (uşaqların mənafei nəzərə alınaraq) ikinci tərəf (atası) Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdən etibarən vaxt məhdudiyyəti olmadan ünsiyyətdə olmasına şərait yaradılması barədə razılıq əldə edilmişdir. Barışıq Sazişinin 6cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 11 oktyabr 2023-cü il tarixli barışıq sazişinin 2 və 3-cü bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 11 oktyabr 2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi (2 və 3-cü bəndlərinə aid hissədə) aşağıdakı məzmunda təsdiq edilməlidir, Birinci tərəf: Ərizəçi: 1. Bu sazişi imzalandıqdan sonra İkinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X1 (ananın) yanında (himayəsində) qalmasına razıdır; 2. Bu sazişi imzalandıqdan sonra İkinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəfin ona xx.xx.2023-cü il tarixdən etibarən hər ay 1000 (bir min) AZN aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini İkinci tərəfə təqdim edəcəyi ona məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair İkinci tətəfın öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs: 1. Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X2 Birinci tərəf Ərizəçi (anasının) yanında (himayəsində) qalmasına razıdır; 2. Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü övladları X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən Birinci tərəfə hər ay 1000 (bir min) AZN aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini Birinci tərəfin ona təqdim edəcəyi və ona məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair öhdəlik götürür. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi (2 və 3-cü bəndlərinə aid hissədə) aşağıdakı məzmunda təsdiq edilsin. Birinci tərəf: Ərizəçi:

1. Bu sazişi imzalandıqdan sonra İkinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X1 (ananın) yanında (himayəsində) qalmasına razıdır;

2. Bu sazişi imzalandıqdan sonra İkinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəfin ona xx.xx.2023-cü il tarixdən etibarən hər ay 1000 (bir min) AZN aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini İkinci tərəfə təqdim edəcəyi ona məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair İkinci tətəfın öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs:

1. Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X2 Birinci tərəf Ərizəçi (anasının) yanında (himayəsində) qalmasına razıdır;

2. Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü övladları X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən Birinci tərəfə hər ay 1000 (bir min) AZN aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini Birinci tərəfin ona təqdim edəcəyi və ona məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair öhdəlik götürür.

Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver