Məhkəmə qərarları › İş №e-2(007)-3669/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3669/2024

06.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3669/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması, alqı-satqı müqaviləsi əsasında alınmış çıxarış və bağlanmış digər əqdlərin ləğvi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması, alqı-satqı müqaviləsi əsasında alınmış çıxarış və bağlanmış digər əqdlərin ləğvi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir; 150.1.5-ci maddəsinə əsasən, iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, İddiaçı "xxxx" ASC-nin 7 saylı şöbəsi vasitəsi ilə 13 avqust 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə 300 manat dövlət rüsumu ödəmişdir. Halbuki, iddiaçı iddia ərizəsi ilə həmin məhkəməyə deyil, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bu isə, dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməməsi deməkdir və iddia ərizəsinin geri qaytarılması əsaslarındandır. Əlavə hal olaraq qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil verilmiş xx.xx.2024-cü il tarixli orderdə tapşırığın yerinə yetirildiyi təşkilat qismində Bakı şəhəri Nizami Rayon Məhkəməsi deyil, Binəqədi Rayon Məhkəməsi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsanları aradan qaldırdıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması, alqı-satqı müqaviləsi əsasında alınmış çıxarış və bağlanmış digər əqdlərin ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanları aradan qaldırdıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver