Məhkəmə qərarları › İş №e-2(009)-2162/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2162/2020

02.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2162/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 firmasının Maraqlı şəxs1, Maraqlı şəxs2, “Maraqlı şəxs3 “MTK və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxx” MMC-ə və X3 qarşı xüsusi sərt karantin rejimi vaxtından sui istifadə ilə mənzil hüququndan məhrum etmə, yaşayış yeri hüququna qəsdən son qoyulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 firmasının Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 MTK və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxx” MMC-ə və X3 qarşı xüsusi sərt karantin rejimi vaxtından sui istifadə ilə mənzil hüququndan məhrum etmə, yaşayış yeri hüququna qəsdən son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən konkret tələbinin nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən qanunun bu tələblərinə əməl edilməmiş, cavabdehin yaşayış yeri barədə DİN BPQMİ-nin MAPS şöbəsinin arayışının surəti iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 firmasının Maraqlı şəxs1, Maraqlı şəxs2, “Maraqlı şəxs3 “MTK və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxx” MMC-ə və X3 qarşı xüsusi sərt karantin rejimi vaxtından sui istifadə ilə mənzil hüququndan məhrum etmə, yaşayış yeri hüququna qəsdən son qoyulması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar