Məhkəmə qərarları › İş №e-2(009)-277/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-277/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-277/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 ilə, İddiaçı QSC “Bank Standart” KB-nın (ləğv prosesindədir)– Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC “Bank Standart” KB-nın (ləğv prosesindədir)– Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB iləCavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/93462/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 298.12 (iki yüz doxsan səkkiz manat, 12 qəpik) manat məbləğində əsas borc, 198 (yüz doxsan səkkiz) manat məbləğində faiz borcu, 297.50 (iki yüz doxsan yeddi manat, 50 qəpik) manat məbləğində cərimə borcu, 92.20 (doxsan iki manat 20 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 885.82 (səkkiz yüz səksən beş manat, 82 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəməyə Barışıq Sazişini təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bir tərəfdən ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu digər tərəfdən Cavabdeh, iddiaçı və cavabdeh arasında bağlanmış 11 aprel 223-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtlərinə əsasən, Maddə 1. Sazişin predmeti. İddiaçı QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2014-cü il tarixli, 1xx/xx/119095/14 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mübahisə. Maddə 2. Sazişin şərtləri, 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin 02 iyul 2014-cü il tarixli, 1xx/xx/119095/14 saylı kredit müqaviləsi üzrə 298.12 manat məbləğində əsas borc, 198 manat məbləğində faiz borcu, 297.50 manat cərimə və 92.20 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 885.82 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər razılaşırlar ki, Cavabdeh tərəfindən 298.12 manat əsas borc, 51.88 manat faiz borcu olmaqla, ümumilikdə 350 manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. 2.3. Bu Sazişin 2.2-ci bəndində göstərilən 350 manat məbləğinin 7 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 50 manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 885.82 manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. 3. Sazişin qüvvədə olma müddəti. 3.1. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu andan qüvvəyə minir. 3.2. Bu Saziş tərəflərin öz öhdəliklərini tam icra etməsi anınadək qüvvədədir. 3.3. Tərəflər öhdələrinə götürürlər ki, bu Saziş üzrə öhdəliklərini tam, vaxtında icra etdikdən sonra bir-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacaqdır. 4. Sazişə dəyişikliklər və əlavələr edilməsi qaydası 4.1. Bu Sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 4.2. Bu Sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrılmaz tərkib hissəsi hesab edilir. 5. Yekun müddəalar 5.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 5.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur. 5.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sazişi təsdiq edən məhkəməyə, digər nüsxələri isə Tərəflərə təqdim edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5 maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş uzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İ. Bir tərəfdən ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu digər tərəfdən Cavabdeh, iddiaçı və cavabdeh arasında bağlanmış 11 aprel 223-cü il tarixli aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Maddə 1. Sazişin predmeti iddiaçı QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2014-cü il tarixli, 1xx/xx/119095/14 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mübahisə. Maddə 2. Sazişin şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin 02 iyul 2014-cü il tarixli, 1xx/xx/119095/14 saylı kredit müqaviləsi üzrə 298.12 manat məbləğində əsas borc, 198 manat məbləğində faiz borcu, 297.50 manat cərimə və 92.20 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 885.82 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər razılaşırlar ki, Cavabdeh tərəfindən 298.12 manat əsas borc, 51.88 manat faiz borcu olmaqla, ümumilikdə 350 manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. 2.3. Bu Sazişin 2.2-ci bəndində göstərilən 350 manat məbləğinin 7 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 50 manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 885.82 manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır.

3. Sazişin qüvvədə olma müddəti 3.1. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu andan qüvvəyə minir. 3.2. Bu Saziş tərəflərin öz öhdəliklərini tam icra etməsi anınadək qüvvədədir. 3.3. Tərəflər öhdələrinə götürürlər ki, bu Saziş üzrə öhdəliklərini tam, vaxtında icra etdikdən sonra bir-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacaqdır.

4. Sazişə dəyişikliklər və əlavələr edilməsi qaydası 4.1. Bu Sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 4.2. Bu Sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrılmaz tərkib hissəsi hesab edilir.

5. Yekun müddəalar 5.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 5.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur. 5.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sazişi təsdiq edən məhkəməyə, digər nüsxələri isə Tərəflərə təqdim edilir.

İİ. İddiaçı QSC “Bank Standart” KB-nın (ləğv prosesindədir)– Cavabdeh qarşı "xxxx" tələbinə dair 2(009)-277/2023 saylı mülki işin icraatına xitam verilsin. İİİ. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar