Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3815/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxslər: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX "Daşınmaz əmlakın dövlət kadastrı və reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) "qohumluq faktının və sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən aprel 1964-cü il tarixdə təsdiq edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”a əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi həyət evinin sahibi X5 qardaşı-X25, qardaşı oğlu X38, qardaşının nəvəsi-Ərizəçi olması barədə qohumluq faktlarının müəyyən edilməsi, Bakı şəhəri, ünvan 2 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin aprel 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un X13 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi. Ərizənin əsaslandırıldığı hallar Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən aprel 1964-cü il tarixdə təsdiq edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT”a əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi həyət evi mənim atam X20 atası X6 bacısı X7 şəxsi mülkiyyətindədir. Ata babasının bacısı X26 xx.xx.1890-cı il tarixdə anadan olmuş, xx.xx.1970-ci ildə vəfat etmiş, bu barədə xx.xx.1970-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 246 №-li ölüm akt qeydi tərtib edilmiş və onun adına xx.xx.2020-ci il tarixdə ölüm haqqında arayış verilmişdir. Ata babası X25 və onun bacısı X27 ana bir ata ayrı bacı-qardaş olmuşlar. Belə ki, Əlirzanın adına verilmiş olüm haqqında arayışda onun ata adı Cəmşid, Asmanın adına verilmiş olüm haqqında arayışda isə onun ata adı Güləndu qızı göstərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə İƏDÜN-si tərəfindən vəkil sorğusuna cavab 671 saylı xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, X27 vəfatına kimi (xx.xx.1970-ci il tarixli, № ***-**-** ölüm haqqında şəhadətnamə) Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov 24 ünvanında qeydiyyatda olub. Ailə tərkibi: Qardaşı - X25- qeydiyyatda olub, xx.xx.1964-cü ildə vəfat edib. (AZ-İİ № 411951 ölüm haqqında şəhadətnamə); Qardaşı oğlu - X38- qeydiyyatda olub, xx.xx.1995-ci ildə vəfat edib. (AZ-İİ № 411952 ölüm haqqında şəhadətnamə); Qardaşı nəvəsi-Ərizəçi xx.xx.1956-cı il təvəllüdlü həmin ünvanda qeydiyyatdadır. Qardaşı nəvəsi-X28 xx.xx.1963-cü il təvəllüdlü həmin ünvanda qeydiyyatda deyil. Qardaşı nəvəsi-X14 xx.xx.1967-ci il təvəllüdlü həmin ünvanda qeydiyyatda deyil. Qardaşı nəvəsi-X15 xx.xx.1967-ci il təvəllüdlü həmin ünvanda qeydiyyatda deyil. Qardaşı nəvəsi-X39 qeydiyyatda olub, xx.xx.2016-cı ildə vəfat və təqdim edib (AZ-l № 788511 ölüm haqqıda şəhadətnamə). Mərhumun həyat yoldaşının nikahı və başqa övladılarının olub-olmamsı barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur. Məlumatlar ev təsərrüfatı kitabı və təqdim olunan sənədlərə əsasən verilib. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə 101/2025 saylı, xx.xx.2025-ci il tarixli vəkil sorğusu verilərək, ünvan 4 ünvanında qeydiyyatda olmuş ( xx.xx.1890-cı il tarixdə anadan olmuş, xx.xx.1970-ci ildə vəfat etmiş, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 246№-li ölüm akt qeydi tərtib edilmiş, Ölüm haqqında arayışın verildiyi tarix: xx.xx.2020-ci il) X8, onun qardaşı X6 (doğum tarixi: 1988, ölüm tarixi: xx.xx.1964, ölüm haqqında şəhadətnamə AZ-ll № 411951, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1964-cü il tarixdə, 44 № ilə qeyd edilmiş, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamə) və qardaşı oğlu X20 (doğum tarixi: xx.xx.1925, ölüm tarixi: xx.xx.1995, ölüm haqqında şəhadətnamə AZ-ll № 411952, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-cü il tarixdə, 112 № ilə qeyd edilmiş, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamə) ölüm haqqında akt qeydlərinin təsdiq edilmiş surətlərinin, qohumluq əlaqələrini təqdiq edən sənədləri-doğum haqqında şəhadətnamələrinin (arayışlarının) və nikah haqqında şəhadətnamələrinin (arayışlarının) verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi özünün 3-16-5/7-10-11440/25 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə bundan imtina verərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən 9.15. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluqidarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar məhkəmələr tərəfindən EHİS vasitəsilə də əldə edilir. 9.16. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin və ya onların surətlərinin vətəndaşlara və bu Qaydanın 9.15-ci bəndində göstərilən orqanlar istisna olmaqla, digər təşkilatlara verilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən müddəlara əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xarticdəki kosulluq idarələrinin arxivlərin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətində və Naxçıvan Muxtar Respublikası Vətəndaşlıq vəziyyəti arxivlərində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir. xx.xx.1970-ci ildə vəfat etmiş X8, 1964-cü il tarixdə vəfat etmiş X6 və 1995-ci il tarixdə vəfat etmiş X20 vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları hazırda Suraxanı rayon qeydiyyat şöbəsində saxlanılır. Ona görə də bununla bağlı sübutların tərəfindən alınması mümkün olmadığından bu barədə vəsatətlə məhkəməyə müraciət edir. Bundan başqa Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda X6 doğum tarixinə dair heç bir məlumatın aşkar edilmədiyi göstərilmişdir. X1, X6 və X20 qohumluq əlaqələri Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə İƏDÜN-si tərəfindən vəkil sorğusuna cavab 671 saylı xx.xx.2024-cü il tarixli arayışında öz əksini tapmış olur. Digər sənədlər isə odur ki, həmin şəxslərə aid olüm haqqında arayışlar (ölüm haqqında şəhadətnamələr) bu ünvanda yaşayan qohumlarına verilmişdir. Bunu təsdiq etmək üçün Suraxanı rayon qeydiyyat şöbəsindən onların ölüm haqqında akt qeydlərinin alınmasını təsdiq edən sənədlərin surətlərinin məhkəmə sorğusuna əsasən alınmalıdır. Bakı şəhəri, ünvan 1 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin aprel 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un mülkiyyətçisi əslində X27 göstərilməli olduğu halda texniki səhv olaraq X32 göstərilmişdir. Ona görə də hesab edir ki, hazırkı işə baxılarkən həmin “pasport”da göstərilən X32 ilə X5 eyni şəxs olması faktı da müəyyən edilməli və həmin sənədin X13 məxsus olması müəyyən edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizəsini müdafiə edərək izahatında, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, Asma Balayevanı tanıyırdı. Asma Balayeva onun qonşusu olub. Asma Balayeva 1970-ci ildə rəhmətə gedib. Namiq X9r. Namiq Asmanın qardaşı nəvəsidir. Asmanı Mani dəfn edib. X67 Suraxanıda dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində göstərdi ki, Asma Balayeva 1970-ci ildə rəhmətə gedib, o, 1973-cü ildə onun evinə gəlin gəlmişdir. O, Mani Manayevin gəlinidir, həyat yoldaşı rəhmətə gedib. Ərizəçi Asmanın qardaşı nəvəsidir. Mani Əlirzanın oğlu olub. X59 dəfn olunub. Asma və Əlirza bir ananın övladıdırlar, lakin ataları fərqlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadəsində göstərdi ki, Asma Balayeva onun babasının bacısıdır. Namiq X22rdaşının nəvəsidir. O, Asma Balayevaya qulluq eləmişdir. xx.xx.1970-ci ildə Asma Balayeva rəhmətə getdi. X67 Suraxanıda dəfn olunub. Əlirzanın və Asmanın ataları fərqlidir. Hal-hazırda Asma Balayevanın evində Ərizəçi öz ailəsi ilə yaşayır. İş materialları Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən 1923-1925-ci illərə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 09 (sənəddə olduğu kimi) yanvar (sənəddə olduğu kimi) 1925-ci ildə doğulan (soyadı qeyd olunmayıb) Mana (sənəddə olduğu kimi) Əlirza oğlunun təvəllüdü qeyd olunur. Atası: (soyadı qeyd olunmayıb) Əlıza (sənəddə olduğu kimi) Cümşüd oğlu Anası: Sonaxanım (sənəddə olduğu kimi) Sadıq qızı. 13 noyabr 1932-ci ilin məhkəmə qərarı ilə ana qrafasında dəyişiklik edilərək ananın adı Sonaxanım Sadıq qızına düzəliş edilmişdir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı quberniyası vergi idarəsi" fondunun sənədləri üzrə Suraxanı kəndinin 1886-ci ilə dair kameral siyahısında X6 doğum tarixinə dair heç bir məlumat aşkar edilməmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.15-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. Həmin qaydaların 9.16-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin və ya onların surətlərinin vətəndaşlara və bu Qaydanın 9.15-ci bəndində göstərilən orqanlar istisna olmaqla, digər təşkilatlara verilməsi qadağandır. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını" müəyyən edən müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin arxivlərin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir. Qeyd olunanlara əsasən ərizənin tərəfindən təmin olunması mümkün deyil. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X27 xx.xx.1970-cı ildə vəfat etmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.1964-cü ildə ölmüşdür. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X38 xx.xx.1995-ci ildə ölmüşdür. Suraxanı RİHB-nın Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, mərhum X27 vəfatına kimi (xx.xx.1970)-ci il tarixli, (№ ***-**-** ölüm haqqında şəhadətnamə) Yeni ünvan 6 ünvanında qeydiyyatda olub. Onun ailə tərkibi aşağıdakı kimidir. Qardaşı - X25 - qeydiyyatda olub, xx.xx.1964-cü ildə vəfat edib. (AZ-İİ № 411951 ölüm haqqında şəhadətnamə); Qardaşı oğlu - X38 qeydiyyatda olub, xx.xx.1995-ci ildə vəfat edib. (AZ-İİ № 411952 ölüm haqqında şəhadətnamə); Qardaşı nəvəsi - Ərizəçi - 11.05 1956-cı il təvəllüdlü həmin ünvanda qeydiyyatdadır; Qardaşı nəvəsi - X23 - xx.xx.1963-cü il təvəllüdlü həmin ünvanda qeydiyyatda deyil; Qardaşı nəvəsi - X14 - xx.xx.1967-ci il təvəllüdlü həmin ünvanda qeydiyyatda deyil; Qardaşı nəvəsi - X40 - qeydiyyatda olub, xx.xx.2016-cı ildə vəfat edib. (AZ-İ № 788511 ölüm haqqında şəhadətnamə). Mərhumun həyat yoldaşının nigahı və başqa övladlarını olub-olmaması barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur. Məlumatlar ev təsərrüfat kitabı və təqdim olunan sənədlər əsasında verilib. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış «Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri" fondunun sənədlərində Bakı şəhəri Suraxanı kənd məscidinin 1889-1895-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X17 və X5 doğum tarixlərinə dair heç bir məlumat aşkar olunmayıb. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi valideynlər bacı və qardaşları nikahı və övladları barədə "Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən haqqında aşağıdakı məlumatlar aşkar edilmişdir: atası-X68 Rza (doğum tarixi — ölüm tarixi xx.xx.1995-ci il) Anası -X4 ; Qardaşı- X41- (doğum tarixi: xx.xx.1951-ci il, ölüm tarixi xx.xx.2016-cı il); Bacısı - X33- (doğum tarixi xx.xx.1967-ci il); Bacısı - X34 – (doğum tarixi xx.xx.1954-cü il); Bacısı - X29 –(doğum tarixi xx.xx.1963-cü il); Bacısı - X10 - (doğum tarixi xx.xx.1961-ci il, ölüm tarixi xx.xx.2022-ci il); Arvadı- X35 (doğum tarixi xx.xx.1956-cı il; Qızı- X24-(doğum tarixi xx.xx.1995-ci il) X11 valideynləri bacı və qardaşları nikah və övladları barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya Sistemində axtarış aparılarkən heç bir məlumat aşkar edilmədi. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventirazasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Orcanikidze rayon, Kirov qəsəbəsi, Lenin lüçəsi, 24a saylı fərdi yaşayış evinin texniki pasportu İV.1964-cü ildə X12 və X2 adlarına tərtib edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarı. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmənin mövqeyi Ərizəçi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən aprel 1964-cü il tarixdə təsdiq edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”a əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi həyət evinin sahibi X5 qardaşı-X25, qardaşı oğlu X38, qardaşının nəvəsi-Ərizəçi olması barədə qohumluq faktının müəyyən edilməsini, eləcə də Bakı şəhəri, ünvan 2 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin aprel 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un X13 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi X5 qardaşının nəvəsidir (ərizəçinin atası - X38, ərizəçinin babası - X25). X27 xx.xx.1970-ci ildə ölmüşdür. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da ev sahibi kimi X32 və X18 qeyd edilmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Bakı şəhəri, ünvan 2 saylı, yəni texniki pasportda göstərilən ev Ərizəçi babasının bacısı X5 faktiki sahibliyində olmuş, o, qeyd edilən ünvanda yaşamış, orada vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq texniki pasportda ərizəçinin babasının bacısının ata adının düzgün qeyd edilmədiyinə baxmayaraq həmin texniki pasport ərizəçinin babasının bacısı X13 məxsus olmuşdur. Üstəlik, bu səhvin aradan qaldırılması üçün ərizəçi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən məhkəmə hazırda təsdiq edilməsi xahiş edilən faktı hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirir. Məhkəmənin gəldiyi nəticə Yuxarıda qeyd edilənləri və sadalanan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə o qənaətə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1970-cı ildə vəfat etmiş X5 Ərizəçi babasının bacısı (ərizəçinin atası - X38, ərizəçinin babası - X25) olması, Bakı şəhəri, ünvan 2 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin aprel 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un xx.xx.1970-cı ildə vəfat etmiş X13 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-cı ildə vəfat etmiş X5 Ərizəçi babasının bacısı (ərizəçinin atası - X38, ərizəçinin babası - X19r) olması faktı müəyyən edilsin. Bakı şəhəri, ünvan 2 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin aprel 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un xx.xx.1970-cı ildə vəfat etmiş X13 məxsus olması faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3815/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3815/2025
16.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver