Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1260/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər 1 saylı Bakı Şəhəri 14 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan torpaq sahəsindən Cavabdeh çıxarılması, fərdi yaşayış evinin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddanın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı ilə onun arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə-836 nömrə ilə qeydə alınmış 8 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəməyə qarşılıqlı iddia tələbinə düzəliş barədə ərizə göndərərək, ilkin iddanın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə-836 nömrə ilə qeydə alınmış 8 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh ilə İddiaçı aralarında “Daşınmaz əmlakın alqısatqısına dair” 08 iyun 2022-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə görə cavabdehyəni satıcı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177.7 kv.m olan fərdi yaşayış evini və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan 0.06 ha torpaq sahəsini alıcı yəni iddiaçının mülkiyyətinə verməyi, alıcı isə qeyd edilən əmlakların ümumi dəyəri olan 120000 (yüz iyirmi min) manat məbləğində pul vəsatini ödəməyi öhdəsinə götürmüşdür. Bildirir ki, müqavilə üzrə öhdəliklər tərəfindən tam şəkildə icra edilmiş, ünvan 7 nında yerləşən fərdi yaşayış sahəsini dəyəri olan 110000 (yüz on min) manat və fərdi yaşayış sahəsinə aid olan 0.06 ha torpaq sahəsinin dəyəri olan 10000 (on min) manat məbləğində ümumlikdə isə 120000 (yüz iyirmi min) manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən satıcıya ödənilmişdir. Qeyd edilən alqı-satqı müqaviləsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və 08 iyun 2022-ci il tarixdə 4Ə-836 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. Cavabdehlə aralarında bağlanmış olan “daşınmaz əmlakın alqı-satqısı haqqında” müqavilə əsasında göstərilən fərdi yaşayış evinə və ona aid olan torpaq sinə mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə ********** qeydiyyata nömrəsi dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı olaraq iddiaçıya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bildirir ki, bugünədək satıcı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə icra etməmişdir. Belə ki, tərəflər arasındakı mövcud alqı-satqı müqaviləsi olmasına həmçinin əmlakların dəyərinin tam şəkildə iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq sonuncu həmin əmlakları iddiaçının istifadəsinə və sahibliyinə verməmişdir. Nəsibov Təvəkkül tərəfindən dəfələrlə xəbardar edilməsinə baxmayaraq, qanunsuz hərəkətlərinə davam etmiş və əmlakları tam şəkildə boşaldaraq iddiaçıya təhvil verməmişdir. Göründüyü kimi cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Qeyd olunanlara əsasən o, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, ilkin iddia tələbini qəbul etmir. Torpağın özəlləşdirilməsinə ehtiyacı vardı. Bir makler başqa bir nəfəri yanına gətirmişdir. Həmin şəxs ona çıxarış almağa köməklik edə biləcəyini amma faizə pul götürməli olduğunu bildirmişdir. Onlar 14 saylı Notariat Kontoruna gəlmiş və alqı-satqı etmişlər. Rüstəm 65000 manat pul götürmüş, o isə pul götürməmişdir. O, pulu qaytarmağı üçün zəng etmiş, lakin həmin şəxs ona pulu tezliklə qaytaracığını demişdir. Pulu həmin dələduz götürmüş, alqı– satqını isə o etmişdir. Həmin dələduz X4 ilə bağlı Nəsimi rayon Polis Şöbəsində cinayət işi açılmışdır. O, müqaviləyə qol çəkməklə səhv etmişdir. Həmçinin Rüstəm özünü ona Daxili İşlər Nazirliyinin cinayət-axtarış Şöbəsinin mayoru kimi təqdim etmişdir. Odur ki, o, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında və etirazında göstərdi ki, ilkin iddia əsassız olduğundan qəbul etmir. Belə ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 177.7 kv.m olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətində olmuşdur. Bundan başqa Bakı şəhəri Nərimanov Rayonu “Montin” deyilən yerdə Cavabdeh 0.06 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin Cavabdeh məxsus olması barədə Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı olsa da, torpağın çıxarışı olmamış, Cavabdeh də buna görə torpaq sahəsini sata bilməmişdir. 2022-ci ilin may ayında Nəsibov X1 ilə tanış olmuşdur. Rüstəm ev alqı-satqısı ilə məşğul olmuşdur. Rüstəm, Cavabdeh “Montin” deyilən yerdəki 0.06 ha torpaq sahəsini satmaq istədiyini biləndə ona “həmin torpaq sahəsinə çıxarış ala bilər, bu işi görməyə onun adamı var, bu məsələni həll edə bilər, bunun üçün təxminən 60000 manat pul lazımdır, həmin pulu aparıb dövlətin reyestr xidmətinin kassasına köçürəcəkdir” demişdir. Cavabdeh vəsiqə göstərib özünün polis əməkdaşı olduğunu demişdir. Cavabdeh Rüstəmə inanmış, lakin həmin pulu verməyə maddi imkanı olmamışdır. Rüstəm Cavabdeh təklif etmişdir ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 177.7 kv.m olan fərdi yaşayış evini kiminsə adına keçirib pul götürsünlər, “Montin” deyilən yerdəki 0.06 ha torpaq sahəsinin sənədlərini aldıqdan sonra oranı satıb pulu götürdükləri şəxsə faizləri və əsas məbləği qaytararlar, evi yenidən Cavabdeh adına keçirərlər. Rüstəm sonradan X10 adında bir nəfər şəxsi Cavabdeh yanına gətirərək evi bu şəxsin adına sənədləşdirəcəyini bildirmiş və notariat kontoruna getməyi təklif etdimişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh 14 saylı notariat ofisinə getmiş, Notariat ofisinə Sərdarla Rüstəm sonradan adını bildiyi X10 ilə gəlmişdilər. Rüstəm müqaviləni imzalamağı Cavabdeh təklif edərək, demişdir ki, “müqaviləni oxumuşam, hər şey qaydasındadır, imzala”. Cavabdeh latın qrafikası ilə yazıb oxuya bilmədiyi üçün müqavilənin mətnindən xəbərsiz olmuşdur, lakin Rüstəmə inandığından müqaviləni imzalamışdır. Müqaviləni həmçinin Təyyar Rəhimov imzalamışdır. Notariusun hesabına ödənilmiş Cavabdeh məlum olmayan məbləği Rüstəm özü almış, pulu almağı barədə sənədə isə Cavabdeh imza etdirmişdir. Sonra tərəflər notariat ofisindən çıxmışlar. Rüstəm demişdir ki,Təyyardan 60000(altmış min) manat faizə pul götürüb, həmin pulun 12000 manatını faiz kimi Təyyara qaytarmışdır. Təyyar özü faizə pul verəndir və 6 ay müddətində pulu qaytarıb evi geri almalıdırlar. Həmin vaxtdan sonra Cavabdeh Rüstəmi görə bilməmişdir. Rüstəmlə Təyyar əlbir olub onu atdatmış, eviylə torpağına 120000 manat qiymət qoyaraq Dilarə Mahmudovanın adından Cavabdehlə müqavilə bağlamışlar. Halbuki Cavabdeh eviylə torpağının qiyməti 200000 manatdan yuxarıdır. Cavabdeh evini, torpağı satmaq niyyəti olmamışdır. X9 Təvəkülü aldatdıqları barədə Bakı şəhəri Nəsimi RPİ-nə şikayət etmişdir. Cavabdeh şikayəti əsasında İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı Sübhan Zeynalov həmin şəxslərin barəsində cinayət işi başlamışdır, ibtidai istintaq davam edir. Qeyd olunanlara əsasən o, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasında nümayəndəsi Vəkil izahatı ilə eyni məzmunda izahat verərək ilkin iddianın rədd,qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər 1 saylı Bakı Şəhəri 14 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən məhkəmə işə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 ifadəsində bildirdi ki, Təvəkülü 2021-ci ildən tanıyır. Təvəkülün Nərimanovda yeri olmuş və oranı satmaq istəmişdir. Bir xanım ona torpağın sahibinin Təvəkül olduğunu və onunla gedib danışmaqlarını bildirmişdir. Təvəkül ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177.7 kv.m olan fərdi yaşayış evini və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan 0.06 ha torpaq sahəsini satmamış, faizə qoyub pul götürmüşdür. O, Təyyarı görmüşdür. O, bilir ki, Təyyar pulu 5 %-lə verilmişdir. Rüstəm tərəfindən 3 ay vaxt ərzində pul qaytarılmalı idi. Notariusda evi 60000 manata alqı-satqı etmək mümkün deyildi. 120000 pul qoyulmuşdur. Həmin alqı-satqı müqaviləsindən Cavabdeh hər hansı bir məbləğ verilməmişdir. Pulun yarısını Rüstəm Təyyara qaytarmış, əlavə olaraq 12000 manat da Təyyara pul verilmişdir. Qalan 48000 manat pula X3 torpağına sənəd düzəltməli idi. Alqı-satqı prossesi təxminən 2 saat çəkmişdir. İş materiallarında olan Bakı Şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli, AN-İ № ******* saylı, 4Ə-836 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Nəsibov X5 rayonu, Novxanı kəndi, Əliağa Vahid küçəsi, Ev 16A ünvanında yerləşən, ümumi sahəsi 177.7 kv.m olan fərdi yaşayış evini və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan 0.06 ha torpaq sahəsini alıcının mülkiyyətinə verməyi, alıcı isə qeyd edilən əmlakların ümumi dəyəri olan 120000 (yüz iyirmi min) manat məbləğində pul vəsatini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177.7 kv.m olan fərdi yaşayış evinə və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan 0.06 ha torpaq sahəsinə dair Bakı Şəhəri 14 saylı Notariat Ofisində tərəflər arasında bağlanmış 8 iyun 2022-ci il tarixdə,reyestrdə 4Ə-836 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və həmin müqavilə əsasında göstərilən fərdi yaşayış evinə və ona aid olan torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsaslanmış və iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin mülkiyyət və alqı- satqı münasibətlərini tənzimləyən 152,157 və 646-cı maddələrinə istinad etmiş,qarşılıqlı iddia üzrə iddiaçı tərəf isə 8 iyun 2022-ci il tarixli alqısatqı müqaviləsinin tərəflərin həqiqi iradə ifadəsini əks etdirmədiyini bildirərək iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı münasibətləri tənzimləyən 337 və 339-cu maddələrinə istinad olunmuşdur. Məhkəmədə sübutların tədqiqatı zamanı tərəflər arasında 8 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsi, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və hesaba ödənilmiş məbləğin alınması barədə sənədə Cavabdeh imza etməsi mübahisə predmeti olmamışdır. Məhkəmədə mübahisə həmin müqavilənin görünüş üçün bağlandığı və tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olmuşdur. Məhkəmə,məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177.7 kv.m olan fərdi yaşayış evinə və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan 0.06 ha torpaq sahəsinə dair Bakı Şəhəri 14 saylı Notariat Ofisində bağlanmış 8 iyun 2022-ci il tarixdə,reyestrdə 4Ə-836 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərəflərin həqiqi hüquqi niyyətlərini və iradə ifadələrinin əsl məzmunu ifadə etmədiyindən,yalnız bağlanmış müqavilənin formasına əsaslanmaqla, həmin müqavilənin alqı-satqı niyyəti ilə bağlandığı anlamına gəlməklə həqiqətə nail olunması mümkün deyildir. Belə ki, Cavabdeh və onun nümayəndəsinin qarşılıqlı iddia ərizəsində göstərdikləri və məhkəmədə verdiyi izahatları,məhkəmədə şahid qismində dindirilən X2 ifadəsi ilə tam təstiqini tapmış,belə ki, alqı-satqı müqaviləsinin iştirakçısı olmuş şahid tərəddüdsüz olaraq təstiq etmişdir ki, Cavabdeh mübahisəli daşınmaz əmlakı satmaq niyyəti olmamış,alqı-satqı müqaviləsinin bağlanmasının səbəbi Təvəkülün Nərimanovdakı torpağının sənədləşdirilməsi üçün pula ehtiyac olduğundan faizə pul götürməsi olmuşdur. Məhkəmə həmçinin ona da qeyd etməyi zəruri hesab edi ki, 8 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsində ünvan 7 ünvanda yerləşən fərdi yaşayış sahəsinin 110000 (yüz on min) manat qiymətləndirildiyi halda, həmin fərdi yaşayış sahəsinə aid olan 0.06 ha torpaq sahəsinin isə 10000 (on min) manata qiymətləndirilərək satılması,məhkəmədə həmin müqavilənin alqı-satqı niyyəti ilə bağlanmasını şübhə altına almasına məhkəməyə kifayət qədər əsas verir və bu xüsusatı da Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında xüsusi ilə qeyd etmişlər. Bundan başqa 8 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilənin 11-ci bəndinə görə satıcı Cavabdeh satdığı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177.7 kv.m olan fərdi yaşayış evini və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan 0.06 ha torpaq sahəsini xx.xx.2022-ci tarixinədək,yəni həmin müqavilənin bağlanmasından bir gün sonra alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüş,lakin İddiaçı və İddiaçı adından alqı-satqıda iştirak etmiş oğlu X7 müqavilənin bağlanmsından sonra 5 ay ərzində hərəkətsiz qalmaları qarşılıqlı iddia üzrə iddiaçının göstərdiklərinin həqiqət olmasına daxili inam yaradır. Beləliklə yuxarıda qeyd olunan faktiki hallardan belə nəticəyə gəlmək olur ki, tərəflər arasında bağlanmış 8 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi başqa bir əqdi pərdələmək niyyəti görünüş üçün bağlanmış yalan əqddir, əslində tərəflər eyni anda iki ayrı əqd bağlamış, görünən alqı-satqı müqaviləsi tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməmiş, tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmamış və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq tərəflər əslində başqa bir müqavilə(faizə pul vermək,faizə pul götürmək) barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələmişlər. Bu səbəbdən məhkəmə aşağıda qeyd olunan maddi hüquq normalarına istinad edərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə-836 nömrə ilə qeydə alınmış 8 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, müqavilə etibarsız hesab edildiyindən,həmin müqaviləyə əsasən verilmiş xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əssən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.4-cü maddəsinə əssən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan 0.06 ha torpaq torpaq sahəsindən ilkin iddia üzrə Cavabdeh çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq ilkin iddia üzrə İddiaçı təhvil verilməsi barədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə- 836 nömrə ilə qeydə alınmış 8 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-1260/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1260/2023
19.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Digər - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma - Mənzil müna
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver