Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1297/2025 03.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı «satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqlarının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna məxsus ünvan 1 ünvanında yerləşən 103 nömrəli yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılaraq Fonda təhvil verilməsi, 04 avqust 2022-ci il tarixli, KM2032 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, satmaq öhdəliyi ilə kirayə müqaviləsinə əsasən ödənilməli aylıq ödənişlər üzrə yaranmış 2346,29 manat məbləğində borc, o cümlədən 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə Cavabdeh tərəfindən borc tam ödənildiyi üçün Fondla cavabdeh arasında 23 yanvar 2025-ci il tarixli, 10 nömrəli Barışıq sazişi bağlandığını, məhkəmənin 04 fevral 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehə müvafiq Barışıq sazişinin imzalanmış 1 nüsxəsinin təqdim edildiyi, Barışıq sazişinin digər 1 nüsxəsinin isə məhkəməyə təqdim edildiyini, eyni zamanda “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirildiyini bildirmiş, müvafiq Barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı təşkilat ilə Barışıq sazişi imzaladıqlarını bildirdi və Barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Tərəflər - iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və Cavabdeh 23 yanvar 2025-ci il tarixli, 10 nömrəli barışıq sazişini məhkəməyə təqdim еdərək, razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və Cavabdeh aşağıdakı şərtlərlə razılaşırlar: Maddə 1. Mübahisənin qısa təsviri 1.1. Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-6989/2024 saylı iş üzrə, iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Cavabdeh qarşı satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, kirayə haqlarının ödənilməsi tələbi barədə iddia qaldırılmışdır. 1.2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nın 9.6-cı bəndinə əsasən bu Qaydanın 9.3.3-cü yarımbəndində müəyyən edilən əsasla Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başladıqda kirayəçi kirayə müqaviləsi üzrə yaranmış borc məbləğini kirayə münasibətlərinə xitam verilənədək (məhkəməyə müraciət edildiyi halda — məhkəmə qətnaməsi çıxarılanadək) tam ödəyərsə, Fond kirayəçi ilə kirayə münasibətlərini (məhkəməyə müraciət edildiyi halda — barışıq sazişi bağlamaqla) davam etdirir. Mövcud iş üzrə məhkəmə tərəfindən tərəflərə barışıq sazişinin bağlanılması tövsiyə edilmiş, həmçinin Cavabdeh 21 yanvar 2025-ci il tarixində Fonda ümumi borcunu (ödənilməmiş aylıq ödənişləri) tam ödəmişdir. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və Abşeron Rayon Məhkəməsi (bundan sonra — məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən Tərəflər arasında bağlanmış 04 avqust 2022-ci il tarixli KM2032 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra — kirayə müqaviləsi) üzrə münasibətlər təkrar davam etdirilir və Tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir. 2.2. Birinci tərəf təsdiq edir ki, bu Saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli: üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxtlı-vaxtında həyata keçirəcəkdir. 2.3. Tərəflər tesdiq edir ki, Birinci tərəf 21 yanvar 2025-ci il tarixinədək ümumilikdə ödənilməmiş borcu olan 2939,68 , (iki min doqquz yüz otuz doqquz manat, 68 qəpik) manat vəsaiti İkinci tərəfə nağdsız qaydada ödəmişdir. 2.4. Birinci tərəf təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir. 2.5. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər. 2.6. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunan səbəblərdən İkinci tərəf kirayə müqayiləsinə birtərəfli qaydada xitam verdikdə, Birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq İkinci tərəfə 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə İkinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu Sazişin məcburi icrası üzrə icra sənədi ilə icraya müraciət edir. 2.7. Bu Sazişin imzalanması və .məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə. və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin və Tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır. 2.8. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə ve birdəfəlik azad edirlər. 2.9.Tərəflər razılığa gəlirlər ki, bu Saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri tərəflərin özləri qarşılayırlar. 2.10. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir. 2.11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir. 2.12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bu Sazişi imzalayaraq təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır vəonlar bu Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər, həmçinin təsdiq edirlər ki, onlar bu Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə Birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu Sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı bir məlumatı, sənədləri və ya bu Sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyir. Bu Sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır. 3.4. Bu Saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır, Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. 3.5. Bu Saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün Abşeron Rayon Məhkəməsinə təqdim ediləcəkdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və Cavabdeh arasında bağlanmış 23 yanvar 2025-ci il tarixli, 10 nömrəli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan əlavə iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu X1 vasitəsilə xx.xx.2024-cü il tarixdə 16:19-da Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Yuxarıda göstərilənlərə və АR МPМ-in 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı «satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqlarının ödənilməsi» tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə tərəflər arasındakı aşağıdakı şərtlər ilə bağlanmış 23 yanvar 2025-ci il tarixli, 10 nömrəli barışıq sazişi təsdiq edilsin. Maddə 1. Mübahisənin qısa təsviri 1.1. Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-6989/2024 saylı iş üzrə, iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Cavabdeh qarşı satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, kirayə haqlarının ödənilməsi tələbi barədə iddia qaldırılmışdır. 1.2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nın 9.6-cı bəndinə əsasən bu Qaydanın 9.3.3-cü yarımbəndində müəyyən edilən əsasla Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başladıqda kirayəçi kirayə müqaviləsi üzrə yaranmış borc məbləğini kirayə münasibətlərinə xitam verilənədək (məhkəməyə müraciət edildiyi halda — məhkəmə qətnaməsi çıxarılanadək) tam ödəyərsə, Fond kirayəçi ilə kirayə münasibətlərini (məhkəməyə müraciət edildiyi halda — barışıq sazişi bağlamaqla) davam etdirir. Mövcud iş üzrə məhkəmə tərəfindən tərəflərə barışıq sazişinin bağlanılması tövsiyə edilmiş, həmçinin Cavabdeh 21 yanvar 2025-ci il tarixində Fonda ümumi borcunu (ödənilməmiş aylıq ödənişləri) tam ödəmişdir. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və Abşeron Rayon Məhkəməsi (bundan sonra — məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən Tərəflər arasında bağlanmış 04 avqust 2022-ci il tarixli KM2032 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra — kirayə müqaviləsi) üzrə münasibətlər təkrar davam etdirilir və Tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir. 2.2. Birinci tərəf təsdiq edir ki, bu Saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli: üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxtlı-vaxtında həyata keçirəcəkdir. 2.3. Tərəflər tesdiq edir ki, Birinci tərəf 21 yanvar 2025-ci il tarixinədək ümumilikdə ödənilməmiş borcu olan 2939,68 , (iki min doqquz yüz otuz doqquz manat, 68 qəpik) manat vəsaiti İkinci tərəfə nağdsız qaydada ödəmişdir. 2.4. Birinci tərəf təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir. 2.5. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər. 2.6. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunan səbəblərdən İkinci tərəf kirayə müqayiləsinə birtərəfli qaydada xitam verdikdə, Birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq İkinci tərəfə 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə İkinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu Sazişin məcburi icrası üzrə icra sənədi ilə icraya müraciət edir. 2.7. Bu Sazişin imzalanması və .məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə. və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin və Tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır. 2.8. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə ve birdəfəlik azad edirlər. 2.9.Tərəflər razılığa gəlirlər ki, bu Saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri tərəflərin özləri qarşılayırlar. 2.10. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir. 2.11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir. 2.12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bu Sazişi imzalayaraq təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır vəonlar bu Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər, həmçinin təsdiq edirlər ki, onlar bu Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə Birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu Sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı bir məlumatı, sənədləri və ya bu Sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyir. Bu Sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır. 3.4. Bu Saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır, Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. 3.5. Bu Saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün Abşeron Rayon Məhkəməsinə təqdim ediləcəkdir. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı «satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqlarının ödənilməsi» tələbinə dair iddiası ilə əlaqədar 2(012)-1297/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı «satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqlarının ödənilməsi» tələbinə dair 2(012)-1297/2025 saylı mülki iş üzrə X1 vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1297/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1297/2025
03.03.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver