Məhkəmə qərarları › İş №e-2(012)-144/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-144/2023

31.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-144/2023 31.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi X2, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X4 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X10) qarşı daşınmaz əmlakın cavabdehlərin qeyriqanuni sahibliyindən götürülməsi, cavabdehlərin məcburi qaydada torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X10) qarşı vurulmuş daşınmaz əmlakın cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi, cavabdehlərin məcburi qaydada torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Abşeron rayonu Novxnı kənd ərazisində yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılması, 7.500 manat əldən çıxmış faydanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, bundan sonra qeyd edilən yaşayış sahəsi ilə bağlı hər hansı qanunsuz hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, iddiaçı Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən təmirsiz fərdi yaşayış evini X3 almış və ona 66300,0 (altmış altı min üç yüz manat pul ödəmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən təqdim edilən **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd olunan daşınmaz əmlak xx.xx.2020-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı ailə üzvlərilə birlikdə həmin evə köçmək niyyətində olduğu üçün evin təmirinə 10.000 (on min) manatdan artıq vəsait xərcləmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ona məxsus tikilinin kilidini qıraraq içəri daxil olduğunu aşkar etmişdir. Həmçinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir neçə dəfə iddiaçıya zəng edərək evi sökdürəcəyi ilə ona hədə-qorxu gəlmişdir. Bu səbəbdən İddiaçı xx.xx.2020-ci il tarixdə AR DİN-nin “102” xidmətinə zəng vuraraq və xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. Araşdırma zamanı qeyd olunan xüsusatlar həm təqdim edilən sübutlar əsasında, həm də izahatı alınan şəxslərin ifadələrində öz təsdiqini tapmışdır. Təhqiqat araşdırması zamanı X8 2020-ci ilin avqust ayında mülkiyyətində olan torpaq sahəsini və təmirsiz tikilini İddiaçı 68.000 manata satdığını bildirmişdir. İzahatı alınmış Cavabdeh2 qeyd olunan daşınmaz əmlaka şərikliyinin olduğunu iddia etmiş lakin iddia etdiyi xüsusatlar heç bir sübutla öz təsdiqini tapmamışdır. Abşeron RPİ TŞ-nin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hörmətli məhkəmə, cavabdehlər xx.xx.2020-ci il tarixdən etibarən ona məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən torpaq sahəsinin kilidini qıraraq məcburi qaydada əraziyə daxil olmuş və oranı zəbt etmişlər. Bu günə kimi tərəflərlə aparılan danışıqlar heç bir nəticə əldə edilməmişdir. Dəfələrlə cavabdeh tərəflə görüşmüş və çıxarışları təqdim edərək həmin torpaq sahəsinin ona məxsus olmasını bildirmiş və ərazini tərk etmələrini tələb etsə də, cavabdehləri qanunsuz əməllərindən çəkindirmək mümkün olmamamışdır. Eyni zamanda, məsələ ilə bağlı Abşeron rayon Prokurorluğuna və Abşeron RPİ-nə etdiyi müraciətlər də nəticəsiz qalmışdır. Bununla da mülki hüquqlarının pozulması ilə yanaşı, ona ciddi maddi ziyan dəyir. Cavabdehlər iddiaçıya məxsus əraziyə qanunsuz daxil olaraq oranı zəbt edib icazəsiz təmir-tikinti işləri aparmaqda davam edirlər. Bunun nəticəsində də mülkiyyət hüquqlarının pozulması ilə yanaşı iddiaçıya xeyli miqdarda maddi ziyan dəyir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən də məhrum olmuşdur. Mülkiyyət hüquqlarının məhdudlaşdırılmadığı təqdirdə mülkiyyətin yerləşdiyi əraziyə və yaşayış evinin şəraitinə uyğun olaraq adi şəraitdə həmin fərdi yaşayış evini aylıq 500 (beş yüz) manata kirayəyə verə biləcəyi halda bu gəlirindən məhrum olmuşdur. Əvvəli məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X4 vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, torpaq sahəsinə dair çıxarışı ilk öncə X10 əldə etmişdir. Sonra iddiaçı torpaq sahələrinin birləşdirilməsi ilə şəhadətnamə əsasında torpaq almışdır. X5 məxsus faktiki istifadəsində olan torpaq sahəsinin çıxarışda olan ölçüləri yerində koordinatları ilə üst-üstə düşür, mübahisəli tikili də İlqar Həsənlinin torpaq sahəsindədir. Tikili də İsmayıl Ramazanov tərəfindən tikilmişdir,iddiaçıya satılan torpaq sahəsinin mübahisəli torpaq sahəsinə aidiyyatı yoxdur. Mübahisəli torpaq sahəsi Həsənli İlqara məxsusdur, amma faktiki olaraq həmin torpaq sahəsinin və tikilinin sahibi Cavabdeh1dur.Tikintini də İsmayıl tikib, halhazırda da İsmayıl tikintini davam etdirir.Odur ki, iddia tələbini qəbul etmir, rədd edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 bildirmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini almazdan əvvəl onunla məsləhətləşmiş və o da bildirmişdir ki, yer mübahisəlidir, məsləhət görmür. Digər tərəflər məhkəmənin sonrakı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, mülki işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin mühəndisi Azər Əhmədov izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il tarixli Fərmanına əsasən vətəndaşlara Dövlət Aktı əsasında bölgü sxemi nəzərə alınmaqla pay torpaqları verilmişdir. Əvvəllər elektron məlumat bazası olmadığından xəritə materiallarından istifadə olunurdu. Bölgü sxemi xəritə materialların üzərində işləndikdən sonra naturada vətəndaşa metrə vasitəsi ilə göstərilməklə paylanırdı. Elektron məlumat bazası yarandıqdan sonra vətəndaşlara yeni koordinat sistemi əsasında çıxarış və plan ölçü verildi. Dövlət aktına əsasən onlara verilmiş torpaq sahələri alqı-satqı əsasında digər şəxslərə satılırdı. 2006-cı ildən sonra vətəndaşlara torpaq sahələrinə dair çıxarış və plan ölçü verilirdi. Hazırda kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair tədbirlər, dürüstləşmə işləri aparılır. Hazırda torpaq sahələrində sürüşmələr olduğundan hər hansı mülkiyyətçinin hüquqları pozulmuş olur. Ona görə də rəy verilməsi mümkün olmamışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 08.09.200-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,107504 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 rayonu, Novxanı kəndində yerləşən 0,107504 ha torpaq sahəsini 663000 manata İddiaçı satmışdır. Mülki iş materiallarında olan xx.xx.2020-ci i tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” Xidmətinə zəng vuraraq və xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, İsmayıl adlı şəxs ona məxsus Novxanı qəsəbəsində yerləşən yarım tikilinin qapısının kilidini sındıraraq maddi ziyan vurduğunu, eyni zamanda evin ona aid olduğunu iddia edərək sökdürəcəyi hədə-qorxular gəldiyini bildirmişdir. İddiaçı, mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilməsi, təhqiqata şəxsiyyəti İsmayıl adı ilə məlum olan şəxsin gələcəkdə şəxsiyyəti və yeri müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsinə qərar verilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh2 Talib oğlu bildirmişdir ki, İddiaçı evi almamışdan bir müddət qabaq onu tapmış və evi almaq istədiyini bildirmişdir. Novxanı qəsəbəsində yerləşən bağ evi Səttər Pasayevə məxsus olsa da həmin evə onun da şərikliyi olmuşdur. İddiaçı bildirmişdir ki, həmin evi Aygün Abasovaya girov qoyub pul götürüb bunun müqabilində də ayda 1000 manat olmaqla 8000 manat pul ödəmişdir. Halhazırda isə pulu ödəməyə imkanı yoxdur. Bu səbəbdən halallıq olmayacagı üçün evi almamasını məsləhət bilmişdir. Lakin, sonradan İddiaçı həmin evi aldığını eşidib, ona zəng vurmuş və evi almağında düzgün etmədiyini bildirmişdir. Mülki işin materiallarında olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 01 fevral 2023-cü il tarixli 3-21-3-32/2- 1017/2023 nömrəli mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: - Dövlət aktına əsasən verilmiş xx.xx.2020-ci il tarixli, **********78 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0,107604 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2018-ci il tarixli, **********41 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0,1062 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bildiririk ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarfna, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması va xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı" hazırlanmışdır.Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildirdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2064/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2023-cü il tarixli 10/991 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,107504 ha torpaq sahəsinin, həmin torpaq sahəsinə dair tərtib olunmuş plan və ölçü sənədində qeyd olunan koordinatlara əsasən tələb etdiyi torpaq sahəsinin sol tərəfində yerləşən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Qərardadın ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, X4 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz Əmlakın dövlət reyestrində 531 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1062 ha torpaq sahəsinin, həmin torpaq sahəsinə dair tərtib olunmuş plan və ölçü sənədində qeyd olunan koordinatlara əsasən faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı və X4 adlarına olan qeyd edilən torpaq sahələrinin, həmin torpaq sahələrinə dair tərtib olunmuş plan və ölçü sənədlərinə əsasən üst-üstə düşmədiyi, bir-birinə bitişik qonşu sahələr olduğu müəyyən olundu. Qeyd edilən ekspert rəyinin təsviri hissəsində qeyd edilir ki, mülki iş materiallarında olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan koordinatları naturaya köçürülən zaman İddiaçı və X4 mülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir- birinə bitişik qonşu sahələr olduğu müəyyyən olunur.Baxış zamanı cavabdehin faktiki istifadəsində olan və mübahisə predmeti olan torpaq sahəsinin mişar daşı ilə hasarlandığı və daxilində fərdi yaşayış evinin inşa edildiyi müəyyən olundu. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X6 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək ona tanıdılmışdır. Eyni zamanda bildirilmişdir ki, ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur. Sənəd üzrə 0.1062 ha torpaq sahəsinin 0.0631 ha hissəsi başqa şəxslər tərəfindən mişar daşla hasara alındığı üçün mübahisə predmetidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, iddiaçı Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsini X3 almış və ona 66300,0 (altmış altı min üç yüz manat pul ödəmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən təqdim edilən **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd olunan daşınmaz əmlak xx.xx.2020-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı iddia edir ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ona məxsus tikilinin kilidini qıraraq içəri daxil olduğunu aşkar etmişdir. Həmçinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir neçə dəfə iddiaçıya zəng edərək evi sökdürəcəyi ilə ona hədə-qorxu gəlmişdir. Bu səbəbdən İddiaçı xx.xx.2020-ci il tarixdə AR DİN-nin “102” xidmətinə zəng vuraraq və xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. Araşdırma zamanı qeyd olunan xüsusatlar həm təqdim edilən sübutlar əsasında, həm də izahatı alınan şəxslərin ifadələrində öz təsdiqini tapmışdır. Həmçinin, işin materiallarından müəyyən edilir ki, iş üzrə 3-cü şəxs X4 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz Əmlakın dövlət reyestrində 531 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1062 ha torpaq sahəsi faktiki olaraq iş üzrə Cavabdeh1 istifadəsindədir.Hər iki torpaq sahələri qonşu torpaq sahələridir.İçərisində tikili olan torpaq sahəsi faktiki olaraq X4 adına olan torpaq sahəsinin üzərində yerləşməklə, Cavabdeh1 faktiki sahibliyindədir. Bundan başqa, iş üzrə alınmış ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,107504 ha torpaq sahəsinin, həmin torpaq sahəsinə dair tərtib olunmuş plan və ölçü sənədində qeyd olunan koordinatlara əsasən tələb etdiyi torpaq sahəsinin sol tərəfində yerləşən torpaq sahəsi ilə üst-üstə düşdüyü, X4 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz Əmlakın dövlət reyestrində 531 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1062 ha torpaq sahəsinin, həmin torpaq sahəsinə dair tərtib olunmuş plan və ölçü sənədində qeyd olunan koordinatlara əsasən faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, İddiaçı və X4 adlarına olan qeyd edilən torpaq sahələrinin, həmin torpaq sahələrinə dair tərtib olunmuş plan və ölçü sənədlərinə əsasən üst-üstə düşmədiyi, bir-birinə bitişik qonşu sahələr olduğu müəyyən olundu. Ekspert rəyinin təsviri hissəsindən göründüyü kimi baxış zamanı cavabdehin faktiki istifadəsində olan və mübahisə predmeti olan torpaq sahəsinin mişar daşı ilə hasarlandığı və daxilində fərdi yaşayış evinin inşa edildiyi müəyyən olundu. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi Dövlət aktına əsasən verilmiş xx.xx.2020-ci il tarixli, **********78 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0,107604 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2018-ci il tarixli, **********41 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0,1062 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mütəxəsiss tərəfindən mümkün olmamışdır. Həmin uyğunsuzluqlar Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planf'na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olduğu bildirilmişdir. Göründüyü kimi hələ iddiaçıya məxsus torpaq sahəsinin plan-sxemə əsasən naturada yerlşəmə yerini yerləşmə yerini müəyyən etmək mümkün deyildir.Bu səbəbdən tikilinin mübahisəli torpaq sahəsinin üzərində yerlşməsini də müəyyən etmək mümkün deyildir.Bundan başqa, iddiaçı torpaq sahəsini üzərindəki tikili ilə aldığını iddia edir.Lakin, iş materiallarından göründüyü kimi mübahisəli tikili daş hasarın icərisində olmaqla Cavabdeh1 faktiki istifadəsindədir.Elektrik enerjisindən istifadəyə görə ödənişlər torpağın mülkiyyətçisi olan X4 adından aparılır.İddiaçı isə müvafiq orqana müraciət edərək 16.04. 2021-ci il tarixdən ona məxsus abonnent kodunun dəyişdirilməsi səbəbindən abonentin adından çıxarılıb onun adına keçirilməsini xahiş etmişdir. Həmçinin, iddia tələbinin maddi ziyan hissəsini də əsaslandıran sübutlar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X10) qarşı vurulmuş daşınmaz əmlakın cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi, cavabdehlərin məcburi qaydada torpaq sahəsindən çıxarılması tələbinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti özünə aid edilməlidir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci vardır ki, iddia təmin edilmədiyindən həmin məbləğ iddiaçıdan tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülsün Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X10) qarşı vurulmuş daşınmaz əmlakın cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi, cavabdehlərin məcburi qaydada torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 50 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver