Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-156/2025 10.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X12 və Sevinc Yağcıya qarşı əmlakdan çıxarılma, əmlakın boşaldılaraq təhvil verilməsi və əmlaka köçürülmə, müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakdan çıxarılma, əmlakın boşaldılaraq təhvil verilməsi və əmlaka köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərini fərdi yaşayış evdə olan əşyaları ilə birlikdə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evindən və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq ona, İddiaçı təhvil verilməsi və həmin fərdi yaşayış evinə onun köçürülməyinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərini, həmçinin X5 və onun ailə üzvlərini, eyni zamanda fərdi evdə kirayə yaşayan Türkiyə Respublikası vətəndaşı Sevinc Yağcı və onun ailə üzvlərini fərdi yaşayış evində olan əşyaları ilə birlikdə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evindən və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi və həmin fərdi yaşayış evinə onun köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə baxılarkən X6 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə ərizə ünvanlayaraq X6 maraqlarına toxunduğundan iş üzrə onu müstəql tələb irəli sürməyən 3cü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X9 müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb edilmişdir. Daha sonra, İddiaçı, cavabdehlər Cavabdeh, X12 və Sevinc Yağcıya qarşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərini fərdi yaşayış evində olan əşyaları ilə birlikdə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evindən və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi və həmin fərdi yaşayış evinə onun köçürülməsinin təmin edilməsi, həmçinin cavabdeh X12 ilə "xxxx" MMC arasında bağlanılmış xx-xx.2014-cü il tarixli, 100 nömrəli və xx.xx.2014-cü il tarixli, 101 nömrəli alqısatqı müqavilələrin etibarsız hesab edilməsi, X3 və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evindən və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi və həmin fərdi yaşayış evinə onun köçürülməsinin təmin edilməsi; eyni zamanda, cavabdeh fərdi evdə kirayə yaşayan Türkiyə Respublikası vətəndaşı Sevinc Yağcı və onun ailə üzvlərini fərdi yaşayış evində olan əşyaları ilə birlikdə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evindən və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi və həmin fərdi yaşayış evinə onun köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evinin və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsinin tam mülkiyyəti üzrə alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********17-10301 reyestr nömrəli, 10499 inventar №-li Texniki pasportuna əsasən Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən torpaq sahəsinin və tikililərin mərtəbələr üzrə planı verilmiş və fərdi yaşayış evinin hüquq subyekti İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı tam mülkiyyətindədir. Beləliklə, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evi və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsi İddiaçı tərəfindən rəsmi şəkildə alqı-satqı müqaviləsi əsasında alınmış və qeyd edilən həmin fərdi yaşayış evinə və torpaq sahəsinə hüquqlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmışdır. Qeyd edir ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evi və Abşeron rayonu, Saray qəsəbəsi, Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsi iddiaçıya məxsus olmasına baxmayaraq, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin əvvəlki sahibi Cavabdeh həmin fərdi yaşayış evindən və torpaq sahəsindən qısa müddət ərzində çıxmağı söz verməsinə baxmayaraq hələ də iddiaçıya təhvil verməmişdir. İddiaçı tərəfindən, Cavabdeh əşyaları ilə birlikdə həmin fərdi yaşayış evini tərk etməsi və iddiaçının sahibliyinə təhvil verilməsi dəfələrlə tələb edilsə də, cavabdeh fərdi yaşayış evini tərk etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mənə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evi və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin, həmin evə istifadə hüququ məhdudlaşdırılmışdır. Bundan əlavə bildirir ki, baxış zamanı məlum olmuşdur ki, evdə kirayəçilər yaşayır. Həmçinin, nəzərə çatdırmaq istərdi ki, tərəflərindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və İddiaçı şəxsi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evinə və Abşeron rayonu, Saray qəsəbəsi, ’’Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsinə dair Cavabdeh və digər hüquqi və fiziki şəxslərə yuxarıda qeyd olunan daşınmaz əmlaka müvəqqəti təminat tədbirlərinin tətbiqi qismində giriş-çıxışlarının, həmçinin həmin fərdi yaşayış evində qanunsuz təmir-tikinti işlərinin aparılmasının qadağan edilməsi, habelə cavabdeh və digər hüquqi və fiziki şəxslər tərəfindən həmin fərdi yaşayış evindən istifadəyə qadağa qoyulması, cavabdeh və digər hüquqi və fiziki şəxslər tərəfindən həmin fərdi yaşayış evinə qanunsuz müdaxilələrinin qarşısının alınması məqsədilə sözügedən evin qapısının qıfılla bağlanılması və həmin fərdi yaşayış evinə cavabdeh və digər hüquqi və fiziki şəxslər tərəfindən giriş-çıxışlarının qadağan edilməsi barədə Qərardad qəbul edilməsi xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(012)-298/2024 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, İddiaçı Cavabdeh qarşı “sahibliyinə təhvil verilmə və mənzilə köçürülmə” tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Abşeron rayonu, Saray qəsəbəsin, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsinə Cavabdeh və digər şəxslərin girişi, istifadəsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(012)-298 2024 saylı icra vərəqəsi ilə qərardad icraya yönəldilmiş və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 icraatında olmuşdur. Qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(012l- 298/2024 saylı qərardadından X12 şikayət vermiş və Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(012)-298/2024 saylı Qərardadının ləğv edilib, ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinə dair ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Həmçinin, X12 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il, e-16(012)- 298/202- saylı Qərardadı ilə hüquq və maraqlarına toxunmuş şəxs qismində tərəf olaraq onun işə cəlb edilərək qərardadan vermiş olduğu şikayət ərizəsinə baxılmasının təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(012)- 298/2024 saylı Qərardadı ərizəçi X3 e-16(012)-298/2024 saylı mülki iş üzrə hüquq və maraqlarına toxunan şəxs kimi tanınması qərara alınmışdır. İlk növbədə qeyd etmək lazımdır ki, ərizənin təmin edilməsi üçün ərizəçi X12 e-16(012)-298/2024 saylı mülki iş üzrə hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə sadəcə mülahizələrə əsaslanaraq ərizə ilə müraciət etmiş, tələbinin zəruriliyinə dəlalət edən hər hansı əsaslı bir dəlil göstərilməmişdir. Belə ki, X12 öz şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evi və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsi "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2014-cü tarixli alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır. Lakin, müqaviləyə nəzər saldıqda aydın görünür ki, saxta müqavilədir. Belə ki, sözügedən müqavilədə hər iki tərəfin imzası olmamış və “F.İ.P" MMC-nin möhürü vurulmamışdır. Bu isə müqavilənin etibarsız olmasını sübut edir. Həmçinin, X12 xx.xx.2014-cü tarixli 100 nömrəli alqı-satqı müqaviləsinə əsaslanaraq öz şikayət ərizəsini tərtib etmişdir. Lakin, eyni gündə, X12 ilə bağlanmış müqaviləyə nəzər saldıqda müqavilənin nömrəsinin 101 olması aydın görünür. Bu da, xx.xx.2014-cü tarixli, 100 nömrəli və xx.xx.2014-cü tarixli, 101 nömrəli alqı-satqı müqavilələrinin etibarsız olmasını birdaha sübut edir. Tərəflərindən həmin qərardaddan şikayət verilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(012)-298/2024 saylı Qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(012)- 298/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması, ərizəçi İddiaçı Abşeron Rayon Məhkəməsinin e-16(012)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadından vermiş olduğu şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(105)-103/2024 saylı Qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(012)-298/2024 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 izahatında bildirmişdir ki, sözügedən ev Cavabdeh tərəfindən alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış, təhvil verilmişdir və Cavabdeh aid heç bir əşya orada yoxdur. Həmin evdə olan əşyaların Cavabdeh aidiyyatı yoxdur. Odur ki, o, iddia tələbinin Cavabdeh aid olan hissədə təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər X12 və Sevinc Yağcı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi, **********17-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin Texniki pasportundan görünür ki, həmin pasport İddiaçı adına verilmişdir. -xx.xx.2014-cü il tarixli, 100 nömrəli satış müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC Abşeron rayonu, Saray qəsəbəsi ünvanında “Villa Badam” şəhərciyində yerləşən villanı alıcı X1. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, X12 xx.xx.2014-cü il tarixli, 100 nömrəli satış müqaviləsi üzrə öhdəliyini tam yerinə yetirmişdir və "xxxx" MMC-yə borcu yoxdur. -Abşeron Rayon Məhkəməsinin 2(012)-1059/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia təmin edilməmiş, "xxxx" MMC ilə X12 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 100 saylı müqaviləsinin etibarsız hesab edilməsi və 600000 manat pulun "xxxx" MMC-dən tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. -Abşeron Rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri barədə e-16 (012)- 298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizə qismən təmin olunmuş, İddiaçı X8 qarşı “ sahibliyinə təhvil vermə və mənzilə köçürülmə” tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 236.48 kv/m yaşayış sahəsi, 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evi və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsinə X13 və digər şəxslərin girişi, istifadəsi qadağan edilmişdir. -Abşeron Rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri barədə e-16 (012)- 298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün marağına toxunan şəxs X2 Rayon Məhkəməsinin e-16 (012)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən marağına toxunan şəxs kimi tanınmış, həmin qərardaddan İddiaçı şikayət vermiş, şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin e-16 (105)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə Abşeron Rayon Məhkəməsinin e-16 (012)- 298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, X18 Respublikasının vətəndaşıdır, xx.xx.2024-vü il tarixdən xx.xx.2026-cı il tarixədək Azərbaycan Respublikasında yaşaması üçün icazə verilmişdir. -İşə əlavə edilmiş “Villa Badam” yaşayış kompkesindəki mübahisəli evin 2 mərtəbəli və həyətyanı sahədən ibarət olduğu fotoşəkillərdə öz əksini tapmışdır. -Məhkəmə tərəfindən keçirilmiş, yerli baxışdan müəyyən olunmuşdur ki, sözügedən daşınmaz əmlakın 02 (iki) mərtəbəli fərdi yaşayış evi olduğu müşahidə edilir. Ümumi sahəsi 236.5 kvadratmetrdir. Ünvanda faktiki yaşayış vardır. Evin giriş qapısı ünvana əsas yoldan baxan zaman sağ tərəfdə, minik avtomobilləri üçün nəzərdə tutulan qaraj isə sol tərəfdədir. Evin ikinci mərtəbəsində dəmir hasarlarla çevrələnmiş balkonlar mövcuddur. Həmin balkonlar evin xaricindən möhkəm çıxıntılarla ayrılır. Ümumi olaraq nəzər yetirilərkən evin həyətyanı sahəyə malik olduğu görünür. Torpaq sahəsinin ölçüsü 0.0924 hektardır. Fərdi yaşayış evinin daxilində birinci mərtəbədə tambur, qarderob, sanitar qovşağı, 02 (iki) yaşayış otağı, köməkçi sahə, camaşırxana, mətbəx, qarderob və qaraj, ikinci mərtəbədə 03 (üç) yaşayış otağı, dəhliz, 03 (üç) qarderob və 02 (iki) sanitar qovşağının olduğu məlum olur. Evin hər 02 (iki) mərtəbəsində daxili hündürlük 3.0 (üç) metrdir. Evdə yaşayış üçün məişət və ev əşyaları mövcuddur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən isə ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi, **********17-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda xx.xx.2014-cü il tarixli, 100 nömrəli satış müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC Abşeron rayonu, Saray qəsəbəsi ünvanında “Villa Badam” şəhərciyində yerləşən villanı alıcı X1. Abşeron Rayon Məhkəməsinin 2(012)-1059/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia təmin edilməmiş, "xxxx" MMC ilə X12 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 100 saylı müqaviləsinin etibarsız hesab edilməsi və 600000 manat pulun "xxxx" MMC-dən tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Mübahisəli evə yeli baxış zamanı həmin evdə ev, məişət əşyaları, türk vətəndaşı Sevinc Yağcı və ailə üzvlərinin yaşadığı müəyyən olunmuşdur. İddia ərizəsindən göründüyü kimi sözügedən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olsa da, hazırda iddiaçının mülkiyyət hüquqları pozulmuş və evindən istifadə edə bilmir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin evindən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi, evə köçürülməyini və müqavilələlərin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ, İİİ və İV bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İ˝nsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, ˝hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, istər daxili qanunvericilikdə, istərsə də insan hüquq və azadlıqlarına dair beynəlxalqhüquqi aktlarda nasnİ˝) hüquqları haqqında Ümumi Bəyannamə˝nin 17-ci maddəsi, iklüM˝ və siyası hüquqlar haqqında Beynəlxalq Pakt˝ın 14-cü maddəsi və s.) əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. Bununla belə, qanunvericilik həmçinin mülkiyyət hüququnun yaranma anına mühüm əhəmiyyət verir. Belə ki, Azərbaycan Respublikası Müli Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. zamnışaD˝ əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Göründüyü kimi qanunverici mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin nınavodəmhƏ.G˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, ...˝ Mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir...˝ İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı dövlət reyestrindən çıxarışa əsasən, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini almış, nəticədə torpaq və torpaq sahəsi üzərində yerləşən evə istifadə və sahiblik hüququ yaranmış, bununla da iddiaçını gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Məhkəmə hesab edir ki, mübahisəli ev dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı adına qeydə alınmış və bununla da iddiaçı evin sahibi və istifadəçisi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mübahisəli evdə yaşayış üçün əşyalar vardır və Türkiyə Respublikasının vətəndaşı Sevinc Yağcı ailə üzvləri ilə birlikdə evdə kirayə yaşayırlar. İddiaçının və cavabdehin izahatından müəyyən olmuşdur ki, mübahisəli ev Cavabdeh tərəfindən İddiaçı satılmış və həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçı mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ev Cavabdeh tərəfindən satılarkən, ev boşaldılaraq alıcıya azad şəkildə təhvil veriməli olduğu halda, bunlara əməl edilməmiş və nəticədə evdə əşyalarla birlikdə başqa şəxslər yaşamağa davam etmişlər. Ona görə də, iddiaçı haqlı olaraq mülkiyyət hüquqlarının pozulmasını əsas gətirərək məhkəməyə müraciət etmişdir. Məhkəmə sübutları qiymətləndirib hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh, X12 və fərdi yaşayış evində kirayə yaşayan Türkiyə Respublikası vətəndaşı Sevinc Yağcı fərdi yaşayış evində olan əşyaları ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evindən və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsindən çıxarılmalı, fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilməli, İddiaçı həmin fərdi yaşayış evinə köçürülməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia tələblərinin cavabdehlər Cavabdeh, Sevinc Yağcının ailə üzvlərinin mənzildən çıxarılması hissəsində baxılmamış saxlanılması və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində icraata xitam verilməsi barədə məhkəmə qərardadları qəbul edildiyindən, məhkəmə iddia tələbinin bu hissələrinə qiymət vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində dövlət rüsumunu cavabdehlərdən tələb etmədiyi üçün həmin rüsum iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, X12 və Türkiyə Respublikasının vətəndaşı Sevinc Yağcı fərdi yaşayış evində olan əşyaları ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 236.48 kv/m, yaşayış sahəsi 116.01 kv/m, yardımçı sahəsi 120.47 kv/m olan fərdi yaşayış evindən və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A/35 ünvanında yerləşən, ümumi sahəsi 0,0924 ha olan torpaq sahəsindən çıxarılsın, fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin və İddiaçı həmin fərdi yaşayış evinə köçürülsün. İddia ərizəsi qalan hissələrdə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-156/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-156/2025
10.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Torpaq mübahisələri - Mənzil mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver