Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-217/2023 22.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 19498.3 manat əsas, 876.23 manat faiz olmaqla, cəmi 20374.53 manat borc, 151.52 manat dövlət rüsumu və bildirişin qeydiyyatı ilə bağlı 30.40 manat pul vəsaitinin tutulması, ipoteka predmeti olan cavabdehə məxsus Abşeron rayonu, Məmmədli kəndi, “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksində yerləşən 7 saylı evin, 42 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın həmin mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və tələbin satılmış əmlakın hesabına ödənilməsi, mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyanın digər şəxslərlə birlikdə 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, e-2(012)-3925/2022 saylı qərardadı ilə mülki iş üzrə ipoteka predmetinin qiymətləndirilməsinə dair mütəxəssis rəyinin alınması qərara alınmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 255.0.5-ci maddəsinə əsasən, mülki iş üzrə icraat dayandırılmışdır. “X2 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, 012-113/2022 saylı rəyi Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-217/2023 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Hazırki iş üzrə xx.xx.2023-cü il tarixinə, saat 10:50-yə və xx.xx.2023-cü il tarixinə, saat 10:50-yə təyin olunmuş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 260.3. maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, mülki iş üzrə ipoteka predmetinin qiymətləndirilməsinə dair mütəxəssis rəyinə görə cəmi 250 manat dövlət rüsumu bərabər hissələrdə tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş xx.xx.2022-ci il tarixdə, saat 11:02-də Azərbaycan Respublikası Mərkəzi X1, Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ66CTRE********************, Hesablaşma forması: (kart) ödənilmiş 151.12 (yüz əlli bir manat on iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Daşınmaz əmlakın qiymətləndirilməsinə görə ödənilmiş 250 (iki yüz əlli) manat dövlət rüsumunun 125 (yüz iyirmi beş) manat hissəsi İddiaçı ASC-dən, 125 (yüz iyirmi beş) manat hissəsi isə Cavabdeh tutularaq X2 Mərkəzi MMC-nin hesabına (VÖEN: **********, Hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, Paşa Bank ASC, Bakı şəhəri, (AZ 1005) Y.Məmmədəliyev küçəsi 15, Kod: 505141, Vöen: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) keçirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov