Məhkəmə qərarları › İş №e-2(012)-223/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-223/2023

20.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - Digər - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-223/2023 20.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş hasarın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və onun faktiki sahibliyə verilməsi tələbi barədə mülki işə 20 fevral 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş hasarın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və onun faktiki sahibliyə verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən uzunmüddətli icarə ilə onun istifadəsinə verilmiş 0,02 ha torpaq sahəsinin təxminən 50 kv.m. hissəsinin Cavabdeh tərəfindən özbaşına tutulmasının qanunsuz sayılması, cavabdehin həmin torpaq sahəsində inşa etdiyi daş hasarın onun öz vəsaiti hesabına sökülərək oradan çıxarılması, zəbt etdiyi torpaq sahəsinin boşaldılaraq iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməsi, ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə tərəflər iştirak etmədiyindən hal-hazırkı vaxtadək məhkəmə ekspertizasının keçirilməsinin baş tutmadığını bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Onunla telefon əlaqəsi saxlanılmış, məhkəmə prosesində iştirak etmək istəmədiyini bildirmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş hasarın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və onun faktiki sahibliyə verilməsi tələbinə dair mülki iş üzrə mübahisəli torpaq sahəsi Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşdiyindən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin: 39.1. maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1. maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, iş materiallarından müəyyən oldu ki, mübahisəli torpaq sahəsi inzibati ərazi vahidi olaraq Suraxanı rayonu ərazisində yerləşdiyindən məhkəmə hesab edir ki, qanunun qeyd edilən tələbləri nəzərə alınaraq mülki iş ərazi aidiyyəti üzrə mübahisəli ərazinin yerləşdiyi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş hasarın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və onun faktiki sahibliyə verilməsi tələbi barədə mülki iş ərazi məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar