Məhkəmə qərarları › İş №e-2(012)-2525/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2525/2025

05.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2525/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1dən istifadə hüququnun itirilmiş hesab edilməsi, ödənilmiş 100 manat dövlət rüsumun cavabdehdən alınaraq ona ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1ə dair İddiaçı mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi əsasında dövlət reyestrində qeydə alınmışdır. Həmin evi iddiaçı evin əvvəlki mülkiyyətçisi X2 ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqavilə əsasında almışdır. Qeyd edilmiş müqavilənin 11-ci bəndində satıcı xx.xx.2023-cü il tarixdə mənzili iddiaçıya təhvil verməyi, 13-cü bəndində isə satıcı xx.xx.2024-cü ilədək iddiaçıya satdığı mənzildən qeydiyyatdan çıxacağını öz öhdəsinə götürmüşdür .Alqı-satqı müqaviləsi bağlanan gündən, yəni xx.xx.2023-cü il tarixdə həmin evdə qeydiyyatda olan Cavabdeh notariat qaydasında yazdığı ərizəsi ilə ünvan 1in satılmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk edəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçıya məxsus evin əvvəlki mülkiyyətçisi X2 aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək xx.xx.2023-cü il tarixdə mənzili iddiaçıya təhvil vermiş, xx.xx.2024-cü ilədək həmin mənzildən qeydiyyatdan çıxmışdır. Lakin Cavabdeh notariat qaydasında xx.xx.2023-cü il tarixdə yazdığı ərizəsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ünvan 1dən çıxmış olsa da, bugünədək qeydiyyatdan çıxmamışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etdiyində qeydiyyata düşməyə rəsmi yaşayıq yeri olmadığından, ona məxsus evdən qeydiyyatdan çıxmaqdan imtina elmişdir. Aşağıda göstərilmiş əsaslara görə hesab edir ki, cavabdehin iddiaçıya məxsus evdən istifadə hüquqların itirilmiş şəxs hesab edilməlidir. İlk növbədə hesab edir ki, Cavabdeh dəyərini ödəməklə alqı-satqı yolu ilə aldığı mənzildə qeydiyyatda olan şəxs olmuş, mənzilin satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk edəcəyinə dair üzərinə öhdəlik götürmüş, ailəsinin üzvü olmamış və deyildir. Bu əsasla da cavabdehin iddiaçıya məxsus evdə qeydiyyatda qalması iddiaçının AR Konstitusiyasının 13,29 və AR MM-nin 152.1-ci maddələri və dövlət tərəfindən qorunan mülkiyyət və əmlaka sərəncam vermək hüquqlarını pozur. Belə ki, AR Konstitusiyasının 13 və 29-cu maddələrinə görə hər bir mülkiyyətçinin mülkiyyət hüquqları dövlət tərəfindən qorunur və müdafiə olunur. AR MM-nin 152.1-ci maddəsinə görə isə hər bir mülkiyyətçi əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək kimi hüquqları vardır. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla heç kimin mülkiyyətçinin mülkiyyətinə sərəncam vermək hüquqlarını məhdudlaşdırmaq və müəyyən maneələr yaraqmaq hüququ yoxdur. Bununla əlaqədar hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının yuxarıda istinad edilmiş maddələrlə qorunan, əmlakına sərbəst və maneəsiz sərəncam vermək və sahiblik etmək hüququnu pozur. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ünvanlayaq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, onun özünün yaşadığı evin rəsmi sənədləri olmadığından o, ünvan 1də qeydiyyata düşmüşdür. Odur ki, o, sözügedən ünvan 1də heç vaxt yaşamamışdır, sadəcə orada qeydiyyatda qalmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, hazırki iş üzrə yaşayış sahəsindən onun istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbini qəbul edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X1 ilə alıcı İddiaçı arasında Bakı Şəhəri 29 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 1i alıcıya 40000 manat satmışdır. -Cavabdeh tərəfindən Bakı Şəhəri 29 saylı Notariat Ofisində yazılaraq təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********027 nömrəli ərizədən görünür ki, o, ünvan 1in satılmasına etiraz etmir və müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi öhdəsinə götürmüşdür. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********16-10301 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. -Asan-3 tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı ilə birlikdə Cavabdeh da ünvan 1 ünvanında qeydiyyatdadır. -Cavabdeh tərəfindən tarixində məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, hazırki iş üzrə yaşayış sahəsindən onun istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbini qəbul edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri A.Şaiq küçəsi, ev 206, mənzil 5, Cavabdeh isə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 18-ci küçə, 170 ünvanında qeydiyyatdadır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, X1 ilə alıcı İddiaçı arasında Bakı Şəhəri 29 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən göründüyü kimi satıcı ünvan 1i alıcıya 40000 manat satmış, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********16-10301 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Asan-3 tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışa əsasən, İddiaçı ilə birlikdə Cavabdeh da ünvan 1 ünvanında qeydiyyatdadır. Bu səbəbdən hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin mənzilə istifadə hüququnun itirilmiş barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Cavabdehin izahatından da göründüyü kimi cavabdeh sözügedən evdə heç vaxt yaşamamışdır və cavabdehin iddiaçının evində qeydiyyatda qalması formal xarakter daşıyır. Bundan əlavə Cavabdeh tərəfindən yazılmış ərizədən göründüyü kimi o, onun ünvan 3 ünvanında istifadə hüququnun itirilmiş hesab edilməsinə razıdır və iddianı qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə qanunun tələblərini, cavabdehin iddianın qəbul edilməsi barədə ərizəsini, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh ünvan 1ə istifadə hüququ itirilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1ə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh ünvan 1dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver