Məhkəmə qərarları › İş №e-2(012)-2686/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2686/2022

09.08.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2686/2022 09.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 14 noyabr 2019-cu il tarixli, MAS-1429 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630081 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması və Cavabdeh 14 noyabr 2019-cu il tarixli, MAS-1429 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 mart 2022-ci il tarixə 1649,57 manat əsas, 271,76 manat mükafat, həmin günə hesablanmış 592,23 manat dəbbə pulu olmaqla, ümumilikdə 2513,56 manat borc və 45,54 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MMC ilə X9 arasında bağlanılmış 14 noyabr 2019-cu il tarixli, MAS-1429 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630081 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 25 iyul 2020-ci il tarixdə X9, X8 və İddiaçı MMC arasında MAS-1429 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 14 noyabr 2019-cu il tarixli, MAS-1429 saylı “Daxili lizinq müqaviləsi” üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 30 iyul 2020-ci il tarixdə X8, X5 və İddiaçı MMC arasında MAS- 1429 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 14 noyabr 2019-cu il tarixli, MAS- 1429 saylı “Daxili lizinq müqaviləsi” üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 04 fevral 2021-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS-1429 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 14 noyabr 2019-cu il tarixli, MAS-1429 saylı “Daxili lizinq müqaviləsi” üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 25 oktyabr 2021-ci il tarixdə 600 manat məbləğində olmuşdur. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630081 ban nömrəli, ağ rəngli avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və bu səbəbdən iddiaçı şirkətə ödəniş edə bilməmişdir. Qəzanın hansı tarixdə baş verdiyini isə xatırlamır. Bununla bağlı cinayət işi də açılmışdır. Sözügedən avtomobil hazırda qəzalı vəziyyətdədir. Odur ki, o, əsas məbləği aybaay hissə-hissə ödəməyə razıdır. Lakin faiz borcunun siliməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 14 noyabr 2019-cu il tarixli, MAS-1429 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, X9 (lizinq alan) ilə İddiaçı MMC (lizinq verən) arasında daxili lizinq müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə görə lizinq verən lizinq alanın sifariş etdiyi lizinq obyektini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 10800 manat təşkil etmişdir. İş materiallarında olan 25 iyul 2020-ci il tarixli, MAS-1429 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, X8 (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X9 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X9 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri X6 ötürmüş və X8 isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan 30 iyul 2020-ci il tarixli, MAS-1429 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, X5 (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X8 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X8 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri X2 ötürmüş və X5 isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan 04 fevral 2021-ci il tarixli, MAS-1429 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, Cavabdeh (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X5 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X5 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan 04 fevral 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X5 və Cavabdeh, X5 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan Khazar LX markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 14 noyabr 2019-cu il tarixli, MAS-1429 saylı “Daxili lizinq müqaviləsi” üzrə Cavabdeh 24 mart 2022-ci il tarixə 1649,57 manat əsas, 271,76 manat mükafat, həmin günə hesablanmış 592,23 manat dəbbə pulu olmaqla, ümumilikdə 2513,56 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında 04 fevral 2021-ci il tarixli, MAS-1429 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi” imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 25 iyul 2020-ci il tarixli, MAS-1429 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, X8 (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X9 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X9 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri X6 ötürmüş və X8 isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. 30 iyul 2020-ci il tarixli, MAS-1429 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, X5 (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X8 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X8 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri X2 ötürmüş və X5 isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. 04 fevral 2021-ci il tarixli, MAS-1429 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, Cavabdeh (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X5 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X5 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. 04 fevral 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X5 və Cavabdeh, X5 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan Khazar LX markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. Daha sonra Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar LX” minik markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630081 ban nömrəli, ağ rəngli avtomobil avtomobil tam yararsız vəziyyətə salınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 14 noyabr 2019-cu il tarixli, MAS-1429 saylı “Daxili lizinq müqaviləsi” nə əsasən hesablanmış 592,23 manat cərimə 10 manat məbləğində olmalıdır. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və işin faktiki hallarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməklə kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə tərəflər arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, MAS-1429 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilməlidir. Həmçinin cavabdeh tərəfindən 14 noyabr 2019-cu il tarixli, MAS-1429 saylı “Daxili lizinq müqaviləsi” üzrə öhdəliklər yerinə yetirilmədiyindən, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630081 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 45,54 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış 14 noyabr 2019-cu il tarixli, MAS-1429 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilsin. Lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630081 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 14 noyabr 2019-cu il tarixli, MAS-1429 saylı “Daxili lizinq müqaviləsi” üzrə, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 mart 2022-ci il tarixə 1649,57 manat əsas, 271,76 manat mükafat, həmin günə hesablanmış 10 manat dəbbə pulu olmaqla ümumilikdə 1931,33 manat borc və 45,54 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver