Məhkəmə qərarları › İş №e-2(012)-3274/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3274/2022

01.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Mənzil mübahisələri - Maneənin aradan qaldırılması - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3274/2022 01.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsindən çıxarılma barədə tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması barədə iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən, mülkiyyət hüququ əsasında ona məxsus olan 0,086 ha torpaq sahəsindən və həmin torpaq sahəsi daxilindəki fərdi yaşayış evlərindən çıxarılması və yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə çox vaxt Naxçıvan Muxtar Respublikasında yaşayır. Mütəmadi olaraq Bakı şəhərinə gəlib-gedir. 2022-ci ildən etibarən ünvan 2 ünvanında yerləşən 0,086 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini almışdır. Həmin torpaq sahəsinin ona məxsus olması Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində **********89-10301 saylı çıxarışla təsdiq edilmişdir. Həmin torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyətinə keçəndə hazırki iş üzrə cavabdehlər ailə üzvləri ilə birlikdə müvəqqəti razılığa əsasən (2022-ci ilin aprel ayınadək köçmək üçün vaxt vermişdir) orada yaşayırdılar. Onlar 2022-ci ilin aprel ayına qədər onun mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evlərindən çıxmağa söz vermişdirlər, lakin hələ də orada yaşayırlar. Cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən o, mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmir və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsaslanmaqla tələbini dəyişdirmiş və məhkəmədən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,086 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin daxilindəki evdən cavabdehlərin və kənar şəxslərin əşyaları ilə birlikdə çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, mübahisəli daşınmaz əmlak dəyəri ödənilməklə və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən alınmış, iddiaçının adına sənədləşdirilmişdir. Qarşı tərəf isə heç bir əsas olmadan onun mülkiyyətində olan əmlakdan çıxmır. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0,015 ha torpaq sahəsini və orada yerləşən tikilini 2009-cu ildə ona satmış, bu barədə əmlakın mülkiyyətçisi Nayidə Musayeva adlı şəxs ona 30 illik etibarnamə vermişdir. Bu torpaq sahəsi isə Nayidə Musayevaya bələdiyyənin xx.xx.2002ci il tarixli qərarı ilə verilmişdir. O, torpaq sahəsini öz vəsaiti ilə əldə etdiyindən iddia ona dair hissədə təmin edilməməlidir. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan daşınmaz əmlakın AN-İ ******* saylı, xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, X11 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,086 ha torpaq sahəsini 3500 manata Seyidov X2. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, Süleyman Rəhimov küçəsi, 0,086 ha torpaq sahəsində yerləşən 145 saylı ev xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2022-ci il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan Məmmədli kənd bələdiyyəsinin 15 aprel 2002-ci il tarixli, 19 saylı qərarından görünür ki, Abşeron rayonu, Məmmədli kənd sakini X6 ev tikmək məqsədilə bələdiyyə fondundan 0,10 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan ƏN-İ 131913 saylı, xx.xx.2009-cu il tarixli etibarnamədən görünür ki, X1 bələdiyyəsinin 15 aprel 2002-ci il tarixli, 19 saylı qərarı ilə ona verilmiş 0,015 ha torpaq sahəsinin çıxarışını aldıqdan sonra əmlak üzərinə sərəncam vermək və s. səlahiyyətləri xx.xx.2038-ci ilədək Cavabdeh2 vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 475 saylı layihə sənədindən görünür ki, Cavabdeh2 adına Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi ev haqqında layihə hazırlanmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı hazırda ona məxsus torpaq sahəsindən və üzərində yerləşən yaşayış evindən həmin əmlaklara heç bir hüququ olmayan Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi əvvəllər X7 mülkiyyətində olmuş, o isə həmin əmlakı xx.xx.2021-ci il tarixdə 3500 manat müqabilində Seyidov X2. Bu əmlakla bağlı onun adına reyestrdən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi və ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onların bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Bununla belə, iddianın əmlakdan kənar şəxslərin çıxarılması hissəsi konkret tələb olmadığından onun təmin edilməsi mümkün deyildir. Məhkəmə əmlakın mülkiyyətçisi İddiaçı izah edir ki, qüvvədə olan prosessual qanunvericiliyə görə o, iddiaçı olaraq konkret şəxslərə qarşı tələb irəli sürə bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0,086 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən cavabdehlər əşyaları ilə birlikdə çıxarılmalı və həmin əmlak boşaldılaraq iddiaçıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Əliyev X13 rayonu, Məmmədli kəndi, Süleyman Rəhimov küçəsi, ev 145 ünvanında yerləşən 0,086 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən əşyaları ilə birlikdə çıxarılsınlar və həmin əmlak boşaldılaraq İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver