Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3425/2023 25.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə, istifadə hüququ itirilmiş hesab edilməklə yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə, istifadə hüququ itirilmiş hesab edilməklə yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 16A saylı evin 12 saylı mənzilinə köçürülməsi, Cavabdeh həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması, Cavabdeh X4 ilə birgə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 16A saylı evin 12 saylı mənzilindən çıxarılması, Cavabdeh məxsus cehiz əşyalarının - yataq dəsti qonaq dəsti, mətbəx mebeli, dəhliz mebeli, eyvan şkafı, məişət əşyaları - soyuducu, paltaryuyan, qabyuyan, televizor, ütü və s. Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 16A saylı evin 12 saylı mənzilindən onun öz hesabına çıxarılması və həmin mənzilin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-179/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə bağlanmış 02.11. 2019-cu il tarixli nikahın pozulması, X2 anası Cavabdeh yanında saxlanması, İddiaçı 06 oktyabr 2022-ci il tarixdən başlayaraq, 26 may 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi, İddiaçı 06 oktyabr 2022-ci il tarixdən başlayaraq, 26 may 2021-ci il tarixdə doğulmuş X2 3 yaşına qədər hər ay 50 manat məbləğində alimentin tutulub Cavabdeh verilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 26 may 2021-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək İddiaçı əlavə xərc kimi hər ay 50 manat məbləğində pulun tutulmaqla Cavabdeh verilməsi qət edilmişdir. Cavabdehlə nikahın pozulması haqda xx.xx.2023-cü il tarixdə akt qeydləri kitabında 89 nömrə ilə qeydə alınmaqla AZ-İ 442020 nömrəli şəhadətnamə verilmişdir. Onunla "xxxx" MTK arasında xx.xx.2019-cu il tarixli, 16A/00-12 saylı çoxmənzilli yaşayış binasının tikintisi haqda fərdi müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi "xxxx" MTK-ya məxsus olan 16 A nömrəli binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 1 otaqlı 12 saylı mənzili almışdır. Mənzilin dəyərini təşkil edən 36350 manat həmin gün, xx.xx.2019-cu il tarixdə tam ödənilmişdir və mənzil həmin tarixdən faktiki olaraq onun mülkiyyətindədir. Mənzili aldıqdan sonra onu tam təmir etdirmişdir. 2019-cu ilin sentyabr ayının sonları oktyabr ayının əvvəllərində cavabdehin cehiz əmlakları onun mənzilinə gətirilmişdir. Həmin ilin noyabr ayında Şəmkir rayonunda toy mərasimi olmuş, 5-10 gündən sonra qeyd olunan mənzildə yaşamağa başlamışlar. Nikah pozulduqdan sonra cavabdeh faktiki olaraq onu öz mənzilindən məhrum etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz evində yaşaya bilmir. Artıq bir neçə aydır ki, kirayədə yaşamağa məcbur olmuşdur. Cavabdeh ona məxsus mənzildə yaşamaqda davam etməklə və əşyalarını mənzildə saxlamaqla ona öz mənzilindən istifadə etməsində, əmlakı üzərində sərəncam verməsində mane olur. Halbuki cavabdehin mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 39 saylı evdə yerləşən 3 otaqlı 43 nömrəli mənzil vardır. Cavabdeh bu mənzili hələ nikahdan əvvəl alqı-satqı yolu ilə əldə etmişdir. Göründüyü kimi, cavabdehin mənzil ehtiyacının təmin olunması üçün tam şəraiti və imkanı olmaqla onun 1 otaqlı mənzilindən istifadə edib yaşamasına ehtiyacı yoxdur. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən onun Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 16A saylı evin 12 saylı mənzilinə köçürülməsi, Cavabdeh həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması, Cavabdeh X4 ilə birgə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 16A saylı evin 12 saylı mənzildən çıxarılmaları, Cavabdeh məxsus cehiz əşyalarının yataq dəsti qonaq dəsti, mətbəx mebeli, dəhliz mebeli, eyvan şkafı, məişət əşyaları soyuducu, paltaryuyan, qabyuyan, televizor və ütünün həmin mənzildən Cavabdeh hesabına çıxarılması, cavabdehə məxsus əmlaklar bu mənzildən çıxarıldıqdan sonra həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2, habelə iştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Cavabdeh bildirdi ki, iddiaçının mübahisəli evə köçüb yaşamasına etirazı yoxdur. İddianın digər hissələri isə əsassızdır. Bu mənzilin əldə edilməsinə görə onun valideynləri iddiaçıya 5000 manat maddi yardım göstərmişlər. Evin təmiri ilə o da məşğul olmuşdur. Bu hallara əsasən onun və uşağının mənzildən çıxarılması yolverilməzdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 16A/00-12 saylı çoxmənzilli yaşayış binasının tikintisi haqda fərdi müqavilədən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus olan 16 A nömrəli binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 1 otaqlı 12 saylı mənzilin tikintisi və təhvil verilməsi barədə İddiaçı ilə "xxxx" MTK razılaşmışlar. İşdə olan xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus olan 16 A nömrəli binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 1 otaqlı 12 saylı mənzilin alınması üçün MTK-ya 36350 manat vəsait ödəmişdir və payçının mənzilə görə MTK-ya borcu yoxdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanı X3 adına Bakı şəhəri 50 saylı NK-nın 4ə-303 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X3 adına Biləsuvar rayonu, Əskərabad kəndində 3,0118 ha kənd təsərrüfatı təyinatlı torpaqlarına dair (6 nəfər ailə üzvləri ilə birlikdə) dövlət aktı vardır. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş tam olmayan elektron baza məlumatlarında həmin vətəndaşa dair təvəllüd göstəriciləri aşkar edilməmişdir. İsrayıllı (Məmmədli) Məhbubə İsa qızının adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər əmlaklar aşkar edilməmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(007)- 179/2023 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia tam, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından 26 may 2021-ci il tarixdə doğulmuş X2 anası Cavabdeh yanında qalması, İddiaçı 06 oktyabr 2022-ci il tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(007)- 2751/2022 nömrəli qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla), 06 oktyabr 2022-ci il tarixdən başlayaraq uşağın 3 yaşına qədər hər ay 50 manat, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək tutulmaqla Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan AZ-İ 442020 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahının pozulması xx.xx.2023-cü il tarixdə akt qeydləri kitabında 89 nömrə ilə qeydə alınmışdır. İşdə olan ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin 43 saylı mənzili xx.xx.2023cü il tarixdən X1 adına qeydə alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından 1 övladları anadan olmuşdur. Tərəflər arasında münasibətlərin kəskinləşməsi ailənin faktiki olaraq dağılması ilə nəticələnmişdir. Nikah münasibətləri məhkəmə qətnaməsinə əsasən 19 yanvar 2023-cü il tarixdə pozulmuş və bu barədə onlara xx.xx.2023-cü il tarixdə AZ-İ 442020 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İşdəki müqavilə və maliyyə arayışı ilə müəyyən olunur ki, iddiaçı hələ nikahdan əvvəl, yəni xx.xx.2019-cu il tarixdə 16A/00-12 saylı çoxmənzilli yaşayış binasının tikintisi haqda fərdi müqaviləyə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus olan 16 A nömrəli binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 1 otaqlı 12 saylı mənzili dəyərini ödəməklə almışdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənildiyinə görə, ona dair reyestrdən çıxarış mövcud olmasa da, o, həmin əmlakın faktiki mülkiyyətçisidir, belə ki Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarxli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edildiyi kimi, tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlər 2019-cu ildə yarandığından məhkəmə hesab edir ki, bu mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları ilə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. İş materialları ilə müəyyən olunur ki, cavabdeh boşanmadan sonra da mübahisəli evdə uşağı ilə birlikdə yaşamaqdadır. Cavabdehin mülkiyyətində daha geniş mənzil mövcuddur. İddiaçı bu əsasla hesab edir ki, cavabdehin mübahisəli evdən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Cavabdeh iddiaçı ilə nikahına xitam verildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən mübahisəli mənzildən istifadə hüququ mövcud deyildir. Mövcud olmayan hüququn itirilmiş hesab edilməsi isə hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tirilmiş hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Bununla belə, yuxarıda sadalan normalara və işin hallarına əsaslanmaqla məhkəmə hesab edir ki, qeyd edilən mənzil iddiaçının faktiki mülkiyyətində olması səbəbindən və cavabdehin mübahisəli mənzildən istifadə hüququ olmadığından onun azyaşlı uşağı və əmlakları ilə birlikdə oradan çıxarılması, həmçinin mənzilin iddiaçıya təhvil verilməsi barədə tələb təmin edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının mübahisəli mənzilə köçürülməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin çıxarılması hissəsində iddia tələbi təmin edildiyindən, iddiaçının həmin mənzil üzərində əvvəlki hüquqları bərpa edildiyindən və sonuncuya həmin mənzillə bağlı heç bir maneə yaranmadığından onun həmin mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə bütün hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş arvadı onu yaşadığı evdən qanuni əsas olmadan məhrum edib. Qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli mənzilə dair gözlənilən mülkiyyət (gözlənti) hüququ mövcuddur ki, cavabdehin bu yaşayış sahəsində məskunlaşması buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada qismən sübut edə bilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh övladı X4 ilə birgə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 16A saylı evin 12 saylı mənzilindən çıxarılmalı, Cavabdeh məxsus cehiz əşyaları - yataq dəsti qonaq dəsti, mətbəx mebeli, dəhliz mebeli, eyvan şkafı, məişət əşyaları - soyuducu, paltaryuyan, qabyuyan, televizor və ütü Cavabdeh hesabına həmin mənzildən çıxarılmalı, cavabdehə məxsus əmlaklar bu mənzildən çıxarıldıqdan sonra həmin mənzil iddiaçıya təhvil verilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsrayıllı (Məmmədli) Məhbubə İsa qızı övladı X4 ilə birgə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 y/m, 16A saylı evin 12 saylı mənzilindən çıxarılsın. İsrayıllı (Məmmədli) Məhbubə İsa qızına məxsus cehiz əşyaları - yataq dəsti, qonaq dəsti, mətbəx mebeli, dəhliz mebeli, eyvan şkafı, məişət əşyaları - soyuducu, paltaryuyan, qabyuyan, televizor və ütü İsrayıllı (Məmmədli) Məhbubə İsa qızının hesabına həmin mənzildən çıxarılsın və cavabdehə məxsus əmlaklar bu mənzildən çıxarıldıqdan sonra Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 y/m, 16A saylı evin 12 saylı mənzili İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3425/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3425/2023
25.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver