Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3471/2024 05.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı Azərbaycan Beynəlxalq X5 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Kristal-Abşeron MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq X5 Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Kristal-Abşeron MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 125 saylı, xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən 26018,68 manat əsas və 1251,33 manat faiz borcu olmaqla, cəmi 27270,01 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 171,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, poteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Beynəlxalq X5 Cəmiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 125 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 25553,89 manat əsas və 254,94 manat faiz borcu olmaqla, cəmi 25808,83 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 171,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh2 arasında bağlanmış 125 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 10 faiz olmaqla, 180 ay müddətinə 46900 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023-cü il) ipotekaya qoyulması barədə xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bununla yanaşı Cavabdeh3 MTK ilə "xxxx" ASCnin Səbail filialı arasında 125-K.A saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Eyni zamanda, Cavabdeh1 ilə "xxxx" ASC-nin Səbail filialı arasında 125- K.A saylı, xx.xx.2019-cu zaminlik müqaviləsi imzalanmışdır. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün tərəfimizdən ümumilikdə 52.48 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı bankın nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 125 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana illik 10 faiz olmaqla, 180 ay müddətinə 46900 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdən xx.xx.2032-ci il tarixə qədər olan dövr ərzində hər ay 503,99 manat borcu hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. -Azərbaycan Beynəlxalq Bankı ASC ilə zamin Kristal-Abşeron MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli 125-K.A saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -Azərbaycan Beynəlxalq Bankı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 125/Z-K.A saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -İpoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC ilə borclu-ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilni bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak Kristal- Abşeron MTK tərəfindən 61377 manat dəyərində qiymətləndirilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixli 125 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi ətinə Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmış və bu barədə **********81-05302-093105 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydə alınmışdır. -Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kristal-Abşeron MTK-ya, Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Beynəlxalq Bankı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 125 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 25553,89 manat əsas və 254,94 manat faiz borcu olmaqla, cəmi 25808,83 manat kredit borcu vardır. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" ASC - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2021-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1005, ünvan 3rmasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 Şəki şəhəri, Şəki kəndi, Cavabdeh1 isə ünvan 4i ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -X3 MMC-nin xx.xx.2024-cü il tarixli LBC-14/2024 saylı arayışından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzilnin hal-hazırda bazar qiyməti: 77000 manat; likvid qiyməti: 69000 manat təşkil edir. Arayışdan daha sonra görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh2 digər cavabdehlər olan zaminlər Cavabdeh1, Kristal-Abşeron MTK ilə birlikdə bank qarşısında öhdəliyi yaranmış və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 125 saylı kredit müqaviləsinə əsasən borcalana illik 10 faiz olmaqla, 180 ay müddətinə 46900 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən işə əlavə olunmuş arayışlardan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Mülki Məcəllənin: 472.1 maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2 maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3 maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 və Kristal-Abşeron MTK-nın bank ilə bağladığı zaminlik müqavilələrinə əsasən cavabdehlərin borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması öz təsdiqini tapdığından, məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Kristal-Abşeron MTK-dan müştərək qaydada iddiaçı Azərbaycan Beynəlxalq Bank ASC-nin xeyrinə 25553,89 manat əsas və 254,94 manat faiz borcu olmaqla, cəmi 25808,83 manat kredit borcunun tutulması qənaətinə gəlir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun adlanacaq) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilni iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında ipoteka ilə yüklü etmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak Kristal Abşeron MTK tərəfindən 61377 manat dəyərində qiymətləndirilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilnin ilkin satış qiyməti göstərilmədiyindən, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka predmetinin dəyərinin 61377 manat olması və aradan keçən müddət ərzində daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və bu hal mübahisə yaratdığından məhkəmə X3 MMC-nin xx.xx.2024-cü il tarixli LBC-14/2024 saylı arayışına əsasən əmlakın bazar qiymətinin likvid qiymətinin 69000 manat dəyərində müəyyən edilməsinə əsaslanaraq, Cavabdeh2 məxsus fərdi yaşayış evinin likvid qiymətinin 69000 manat müəyyən olunmaqla açıq hərracdan satılması qərarına gəlir. Belə ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka haqqında Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilnin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra, əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh2, Cavabdeh1 və Kristal-Abşeron MTK-dan müştərək qaydada tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 52,48 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 171,79 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməli, ipoteka predmetinin qiymətləndirilməsinə görə 300 manat xidmət haqqı isə X3 MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Kristal-Abşeron MTK iddiaçı Azərbaycan Beynəlxalq Bank ASC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 125 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 25553,89 manat əsas və 254,94 manat faiz borcu olmaqla, cəmi 25808,83 manat kredit məbləğində kredit borcu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində rüsumu və xidmət haqqı, eyni zamanda 171,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulmalı, tutma ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) 69000 manat müəyyən edilməklə, əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait borca ödənilməli, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 52,48 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 171,79 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməli, ipoteka predmetinin qiymətləndirilməsinə görə 300 manat xidmət haqqı isə X3 MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 125 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 25553,89 manat (iyirmi beş min beş yüz əlli üç manat səksən doqquz qəpik) əsas və 254,94 manat (iki yüz əlli dörd manat doxsan dörd qəpik) faiz borcu olmaqla, cəmi 25808,83 manat (iyirmi beş min səkkiz yüz səkkiz manat səksən üç qəpik) kredit məbləğində kredit borcu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat (əlli iki manat qırx səkkiz qəpik) məbləğində rüsumu və xidmət haqqı, eyni zamanda 171,79 manat (yüz yetmiş bir manat yetmiş doqquz qəpik) dövlət rüsumu və 0,40 manat (qırx qəpik) xidmət haqqı tutulsun. Tutma ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) 69000 (altmış doqquz min) manat müəyyən edilməklə, əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait borca ödənilsin, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Daşınmaz əmlakın qiymətləndirilməsinə görə ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Kristal-Abşeron MTK-dan müştərək qaydada tutularaq X3 MMC-nin hesabına (VÖEN: **********, Hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, Paşa Bank ASC, Bakı şəhəri, (AZ 1005) Y.Məmmədəliyev küçəsi 15, Tel: 4965000, Faks: 4965010, Kod: 505141, Vöen: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov