Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3505/2022 25.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı X2 qarşı evin təhvil verilməsi və evdən çıxarılma barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı X2 qarşı evin təhvil verilməsi və evdən çıxarılma barədə iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində inşa edilmiş fərdi yaşayış evinin cavabdeh tərəfindən ona təhvil verilməsi və cavabdehin həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının pretenziya qaydasına riayət etməsini göstərən hər hansı sənəd iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, işdən görünür ki, tərəflər arasında bağlanmış 13 avqust 2021-ci il tarixli podrat müqaviləsinin 5.1-ci maddəsinə görə tərəflərin bu müqavilə üzrə mübahisələrinin onların qarşılıqlı razılığı ilə, belə razılıq olmadıqda isə qanunvericilikdə nəzərdə tutulan qaydada həll edilməsi müəyyən edilir. MPM-nin 152.1.6-cı maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə geri qaytarır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub, QƏRARAALDİM: İddiaçı X2 qarşı evin təhvil verilməsi və evdən çıxarılma barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3505/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3505/2022
25.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver