Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-386/2023 22.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh6 və Cavabdeh5 24 aprel 2019-cu il tarixli, NRAVT-0412 saylı kredit müqaviləsi üzrə kreditə görə 20231,66 manat, faiz borcuna görə 16212,71 manat, cərimə borcuna görə 18360 manat, cəmi 54804,37 manat pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 302 manat məbləğində pulun və ipoteka predmetinin qiymətləndirilməsi üçün əvvəlcədən ödənilmiş 500 manat xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması, kredit müqaviləsi üzrə tələbin Cavabdeh5 məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi 22-ci məhəllə ünvanında 0,01923 ha torpaq sahəsində yerləşən 144,3 kv.metr yaşayış, 145,8 kv.metr köməkçi sahədən ibarət 85 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyəri) 138000 manat müəyyən edilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin 24 aprel 2019-cu il tarixli, NRAVT-0412 saylı kredit müqaviləsi üzrə cəmi 54804,37 manat borcunun və dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 842 manat məbləğində pulun ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi 22-ci məhəllə ünvanında 0,01923 ha torpaq sahəsində yerləşən 144,3 kv.metr yaşayış, 145,8 kv.metr köməkçi sahədən ibarət 85 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmeti açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh6 arasında bağlanmış 24 aprel 2019-cu il tarixli, NRAVT-0412 saylı kredit müqaviləsinə əsasən cavabdehə avtomobil alınması üçün illik 19 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 91800 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1.1.,1.3.,1.4 və 1.5-ci maddələri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 24 aprel 2019-cu il tarixdə İddiaçı ASC-nin Nərimanov filialı ilə digər Cavabdeh5 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 24 aprel 2019-cu il tarixli, NRAVT-0412 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 24 aprel 2019-cu il tarixli, NRAVT-0412 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kreditlər üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdələrinə götürsələr də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişlər. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışlarına əsasən cavabdehlərin xx.xx.2022-ci il tarixinə 24 aprel 2019-cu il tarixli, NRAVT-0412 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 20231,66 manat, faiz borcuna görə 16212,71 manat, cərimə borcuna görə 18360 manat, borcun cəmi məbləği 54804,37 manat təşkiledir. 24 aprel 2019-cu il tarixli, NRAVT-0412 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 22-ci məhəllə ünvanındakı 0,01923 ha torpaq sahəsində yerləşən 144,3 kv.metr yaşayış, 145,8 kv.metr köməkçi sahədən ibarət 85 nömrəli fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh6 və Cavabdeh5 24 aprel 2019-cu il tarixli, NRAVT-0412 saylı kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 20231,66 manat, faiz borcuna görə 16212,71 manat, cərimə borcuna görə 18360 manat olmaqla, cəmi 54804,37 manat məbləğində pul tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti satıldıqdan sonra cavadehlər ipoteka predmetindən çıxarılmalı, onların ipoteka predmetində qeydiyyatı ləğv edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, göstərmişdir ki, xx.xx.2022-ci il tarixinə cavabdehlərin "xxxx" ASC-yə kredit borcuna görə 0 manat, faiz borcuna görə 16954,51 manat, dəbbə borcuna görə isə 18360 manat olmaqla, cəmi 35314,51 manat borcu, eyni zamanda tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat, dövlət rüsumu kimi ödənilmiş 301,95 manat və qiymətləndirmə ekspertizası üçün ödənilmiş 500 manat qaytarılmamış pul borcu vardır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin azaldılması barədə ərizənin nəzərə alınması, iddia tələbinin qalan hissələrdə tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İştirak etdiyi məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iddia tələbini müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrini dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi 22-ci məhəllə ünvanında 0,01923 ha torpaq sahəsində yerləşən 144,3 kv.metr yaşayış, 145,8 kv.metr köməkçi sahədən ibarət 85 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması hissəsində iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə görə işin icraatına bu hissələrdə xitam verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə” xx.xx.2023-cü il tarixli 02/2023 saylı qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsindən görünür ki, o, 27 sentyabr 2019-cu il tarixdə bağlanmışdır və deməli, yuxarıdakı normaların tələbinə görə iddianın qeyd edilən hissəsi üzrə icraata xitam verilməlidir. Məhkəmənin qənaətinə görə hazırda qüvvədə olan normalara əsasən mübahisəli əmlaka tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan və həmin əmlak üzrə qeydiyyatdan çıxmamaları iddiaçıya hazırki tələblə məhkəməyə müraciət etməyə hüquq vermir, çünki bu məsələ “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən ayrıca məhkəmə qərarı tələb olunmadan, məhz tərəflər arasında imzalanmış ipoteka müqaviləsi əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi barədə icra sənədinə əsasən həll olunur. Başqa sözlə, hazırki işə həmin hissələrdə məhkəmədə baxılmalı deyildir, bu isə həmin hissələrdə iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi 22-ci məhəllə ünvanında 0,01923 ha torpaq sahəsində yerləşən 144,3 kv.metr yaşayış, 145,8 kv.metr köməkçi sahədən ibarət 85 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması hissələrində xitam verilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-386/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-386/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver