Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4067/2023 03.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı3, İddiaçı8, İddiaçı5, İddiaçı7 və İddiaçı4 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X7 və X2, üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Ağentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi, X4, X15, X9, X19, X12, X20, X11, Şərifzadə Ramin, X25, X10, X5, X21, X1, X8, İsmayılov Ramin, Orucov Elmar, Əsədov Ülvi, Alməmmədov Amil və Ağarzayev Rüfətə qarşı «çıxarışın ləğv edilməsi, hasarın sökülməsi, torpaq sahəsi və binanın istifadəyə geri qaytarılması, mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı3, İddiaçı8, İddiaçı5, İddiaçı7 və İddiaçı4 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X7 və X2, üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Ağentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi, X4, X15, X9, X19, X12, X20, X11, Şərifzadə Ramin, X25, X10, X5, X21, X1, X8, İsmayılov Ramin, Orucov Elmar, Əsədov Ülvi, Alməmmədov Amil və Ağarzayev Rüfətə qarşı «çıxarışın ləğv edilməsi, hasarın sökülməsi, torpaq sahəsi və binanın istifadəyə geri qaytarılması, mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı3, İddiaçı8, İddiaçı5, İddiaçı7 və İddiaçı4, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında iş üzrə dövlət rüsumunun ödənilməsi haqqında qəbzin olmasını göstərsə də, lakin işdə olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, ancaq İddiaçı1 dövlət büdcəsinə 100 manat rüsum ödəmiş, digər idiaçılar dövlət rüsumu ödəməmiş, halbuki digər iddiaçıların da hər biri dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəməli idilər. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı3, İddiaçı8, İddiaçı5, İddiaçı7 və İddiaçı4 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X7 və X2, üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Ağentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi, X4, X15, X9, X19, X12, X20, X11, Şərifzadə Ramin, X25, X10, X5, X21, X1, X8, İsmayılov Ramin, Orucov Elmar, Əsədov Ülvi, Alməmmədov Amil və Ağarzayev Rüfətə qarşı «çıxarışın ləğv edilməsi, hasarın sökülməsi, torpaq sahəsi və binanın istifadəyə geri qaytarılması, mənəvi zərərin ödənilməsi» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçılara, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4067/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4067/2023
03.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Torpaq mübahisələri - Digər - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver