Məhkəmə qərarları › İş №e-2(012)-4096/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4096/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Torpaq mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4096/2022 27.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 12 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 12629.19 manat əsas borc, 763.8 manat faiz və 39.36 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13432.35 manat məbləğində borcun və 130.30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 15 mart 2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin və 12 aprel 2021-ci il tarixli kredit verilməsinə dair müqavilənin ləğv edilməsi barədə məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 mart 2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 30%-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti verilmişdir. 12 aprel 2021ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 19%-lə 24 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 ilə 15 mart 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evi (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) 12 aprel 2021-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 10 iyun 2022-ci il tarixədək Cavabdeh2 12 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 12629.19 manat əsas, 763.8 manat faiz və 157.44 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13550.43 manat borcu vardır. Cavabdeh2 banka 12 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 157.44 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 39.36 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda xx.xx.2022-ci il tarixinə maliyyə arayışı təqdim edərək, cavabdehin həmin tarixə həmin tarixə olan əsas borcu 11504.19 manat, faiz borcu 1446.88 manat və cərimə borcu 775.69 manat olmaqla, ümumilikdə 13726.76 manat təşkil etdiyini bildirdi. Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, ödənişlər etdiyini bildirərək nəzərə alınmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair Müqavilədən müəyyən edilir ki, kreditor İddiaçı ASC “Sumqayıt” filialı tərəfindən Cavabdeh2 illik 30%-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Kredit verilməsinə dair Müqavilədən görünür ki, İddiaçı ASC “Sumqayıt” filialı tərəfindən Cavabdeh2 illik 19%-lə 24 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-dən 20.000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan RX seriyalı, ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 22 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 214.8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan İddiaçı ASC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 22 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 214.8 kv.m olan fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 90000 (doxsan min) manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 22 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 214.8 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 192 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 həmin tarixə olan əsas borcu 12629.19 manat, faiz borcu 763.8 manat və cərimə borcu 39.36 manat olmaqla, ümumilikdə 13432.35 manat təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 həmin tarixə olan əsas borcu 11504.19 manat, faiz borcu 1446.88 manat və cərimə borcu 775.69 manat olmaqla, ümumilikdə 13726.76 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh2 göndərilən xx.xx.2022-ci il tarixli məktubda 5 gün müddətində borcunu ödəməyi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb olunacağı və tutmanın ipoteka predmetinə yönəldiləcəyi əks olunmuşdur. xx.xx.2022-ci il tarixli İddiaçı ASC tərəfindən verilən ərizədən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 775.69 cərimənin məbləği azaldılmalı və 39.36 olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti- Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 22 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 214.8 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında bağlanan ipoteka müqaviləsində ipoteka predmeti 90 000 manat qiymətləndirilmişdir. Tərəflər ipoteka predmetininlikvid qiymətini mübahisələndirmədiklərindən Məhkəmə ipoteka predmetinin likvid dəyərinin 90 000 manat müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iddia tələbinin evdən istifadə hüququnun itirilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb ipoteka predmetinə yönəldiyindən oradan istifadə hüququ olan cavabdehlərin istifadə hüquqları itirilməli, cavabdeh – ipoteka qoyan mülkiyyətçi olduğundan, fərdi yaşayış evindən çıxmaqla bağlı onun razılığı tələb edilmədiyindən ev hərracda satıldıqdan 1 ay sonra evdən çıxarılmalıdır. Fərdi yaşayış evinin satıldıqdan 1 (bir) ay sonra Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) cıxarılmaları hissəsində iddia təmin edilməməlidir. Belə ki, həmin cavabdehin evi boşaltması ilə bağlı bank qarşısında yazılı öhdəliyi barədə işdə sübut yoxdur. İddia tələbinin evin İddiaçı ASC-yə təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, evin hərracda kimə satılması müəyyən ediləndən sonra ev ona təhvil verilməli olduğundan iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. “İpoteka haqqında Qanun”un 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsinə görə yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslıdır və təmin edilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 130.30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, habelə 30 manat xidməti haqqı olmaqla, ümumilikdə 175.30 manat məhkəmə xərcinin 150 manat məbləğindəki hissəsi Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan hissə isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə təmin edilərək 11504.19 manat, faiz borcu 763.8 manat və cərimə borcu 39.36 manat olmaqla, ümumilikdə 12307.92 manat, 150 manat ödənilmiş dövlət rüsumuna görə pul məbləği tutulub iddiaçıya verilməli, tələb Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, əldə edilən pul borcun ödənilməsinə yönəldilməli, ipoteka predmeti olan həmin əmlakın likvid dəyəri –ilkin satış qiyməti 90 000 (doxsan min) manat müəyyən edilməli, həmin əmlak açıq hərracdan satılmalı və borc satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməli, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən cıxarılmalı, Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) istifadə hüquqları itirilmiş hesab edilməli, həmin fərdi yaşayış evi boşaldılmalı , Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 15 mart 2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilə və 12 aprel 2021-ci il tarixli kredit verilməsinə dair müqavilə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə təmin edilərək 11504.19 manat, faiz borcu 763.8 manat və cərimə borcu 39.36 manat olmaqla, ümumilikdə 12307.92 manat, 150 manat ödənilmiş dövlət rüsumuna görə pul məbləği tutulsun. Tələb Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, əldə edilən pul borcun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) likvid dəyəri – ilkin satış qiyməti 90 000 (doxsan min) manat müəyyən edilsin. Əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən çıxarılsın, ev boşaldılsın. Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 15 mart 2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilə və 12 aprel 2021-ci il tarixli kredit verilməsinə dair müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver