Məhkəmə qərarları › İş №e-2(012)-4191/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4191/2024

21.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzil mübahisələri - Əmlak tələbi - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4191/2024 21.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsi və yaşayış evindən çıxarılma, boşaldılma, təhvil verilmə və köçürülmə tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsi və yaşayış evindən çıxarılma, boşaldılma, təhvil verilmə və köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ “**********” nömrə ilə qeydiyyata alınmış ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 266.10 kv.m-dən ibarət fərdi yaşayış evindən cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, torpaq sahəsinin və üzərində yerləşən yaşayış sahəsinin boşaldılması, ona təhvil verilməsi və oraya köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 266.1 kv.m ibarət fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Satıcı Cavabdeh2, ipoteka saxlayan "xxxx" ASC və alıcı (ipoteka qoyan) olaraq o olmaqla aralarında bağlanmış İP 538 nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 266.1 kv.m ibarət fərdi yaşayış evini almışdır. "xxxx" ASC ilə aralarında bağlanmış 25 noyabr 2019-cu il tarixli İP 538 nömrəli kredit müqaviləsi və ipoteka krediti ilə bağlı kredit Razılaşmasına əsasən ona 128,000 (bir yüz iyirmi səkkiz min) manat məbləğində kredit verilmiş, eyni zamanda qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə mülkiyyətinə verilmiş həmin yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Yaşayış evi tərəfindən alınsa da, o, hərbiçi olduğu üçün həmin ünvanda daimi olaraq yaşaya bilməmişdir. Cavabdehlər (keçmiş sakinlər) is onun bu niyyətini anladıqdan sonra mənzili onlara kirayə verməyini təklif etmişlər. O, onlarla razılaşıb aylıq kirayə haqqını vermələri müqabilində evdə yaşamalarına razılıq vermişdir. Onun da məqsədi o idi ki, aylıq kirayə haqqı hesabına banka olan kredit borcunu ödəsin. Əvvəllər kirayə haqqını alıb özü ödəsə də, sonradan belə bir imkanı çətin olduğundan cavabdehlərə təklif etmişdir ki, kirayə haqqını aparıb banka özləri ödəsinlər. Cavabdehlər bir-neçə ay ödəniş etsələr də, sonradan kirayə haqqını ödəməkdən yayınmağa başladılar. Şərtləşdirilmiş pul vəsaitini banka ödəməmələri səbəbindən kredit ödənişlərində gecikmələr yaranmışdır. Məcbur qalıb bəzən ödənişləri öz hesabına həyata keçirmişdir. Dəfələ cavabdehlərə müraciət edərək toplanmış kirayə haqqını ödəmələrini tələb etsə də, onlar müxtəlif bəhanələrlə yayınmışlar. Cavabdehlər o qədər onu çətin duruma saldılar ki, evi satmaq niyyətinə belə düşmüşdür və cavabdehlərdən rəsmi şəkildə evi boşaldaraq tərk etmələrini tələb etmişdir. Cavabdehlər yenə də onun sadəliyindən və humanistliyindən istifadə edərək onları evdən çıxarmamağını, evi ondan özləri almaq niyyətində olduqlarını, həm gecikmiş kirayə haqqını, həm də digər məbləği əldə edib ona ödəməklə evi almaq üçün müəyyən planları olduğunu bildirməklə xeyli zaman almağa nail olmuşlar. Sonunda isə nə onun zənglərinə cavab verməmiş, nə də ki, kirayə haqlarını razılaşdılımış şəkildə ödəməmişlər. Artıq bank tərəfindən ona bildiriş göndərilmiş, gecikdirilmiş məbləğin ödənilməsi tələb edilmiş, əksi təqdirdə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Onun hazırki durumu kredit məbləğini ödəməyə imkan vermədiyindən onu satıb bütün bu problemlərdən qurtarmalıdır. Bunun üçün isə evini zəbt edən cavabdehlərin evdən çıxarılmaları və evi boşaltmaları şərtdir. O, ikinci Qarabağ müharibəsinin aktiv iştirakçısı olmaqla Qarabağ müharibəsi veteranıdır, vətən qarşısında olan borcunu layiqincə və yüksək səviyyədə yerinə yetirdiyinə görə çoxlu sayda təşəkkür və medallarla təltif edilmişdir. O, mülkiyyətinə ayrılmış torpaq sahəsindən və orada yerləşən yaşayış evindən istifadə edə bilmir, oraya sahiblənə bilmir. Hüquqları cavabdehlər və onların ailə üzvləri tərəfindən əhəmiyyətli dərəcədə tapdalanır. Qanunla ona məxsus olan torpaq sahəsi və yaşayış evi başqaları tərəfindən zəbt edilmişdir. Nəzərə almaq lazımdır ki, yaşayış evi və yerləşdiyi torpaq sahəsi plan və ölçü ilə ölçüləri məlum olmaqla qanunla müəyyən edilmiş qaydada xüsusi mülkiyyətindədir. Cavabdehlərin və ailə üzvlərinin yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqları olmadığından onun iradəsinin əksinə mülkiyyətinə qəsd etməsi və ziyan vurması qanuna ziddir. Bir halda ki, cavabdehlər və ailə üzvlərinin qanunsuz hərəkətləri onun mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozur, cavabdehlərin bu qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdikləri məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsi yeni aldığından və münasibət bildirmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı ünvan 1i ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən "23" Oktyabr 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********37-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına görə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 128000(bir yüz iyirmi səkkiz min) manat məbləğində illik 8(səkkiz) faiz dərəcəsi ilə 300(üç yüz) ay müddətinə ipoteka krediti vermişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X4 Reyestri Publik Hüquqi Şəxsi 13 mart 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1idə yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 266,10 kv.metr olan fərdi yaşayış evi həmin tarixdən İddiaçı mülkiyyətindədir. Əmlaka dair onun adına 11 mart 2020-ci il tarixli, 3853 saylı texniki pasport tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, **********861 saylı ərizənin surətindən görünür ki, X2 həyat yoldaşı Cavabdeh2 məxsus olan ünvan 1i ünvanında yerləşən (Çıxarış RX 1412186) fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin satılmasına və ipotekaya qoyulmasına razıdır. Alqı satqı və ipoteka müqaviəsinin şərtləri iə tanışdır. İpoteka qoyulmuş mənzilə gələcəkdə tutma yönəldildikdə və həmin mənzl satıldıqda (məhkəmədən kənar və ya məhkəmə yolu ilə) razıdır və bu halda Bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, PB-OUT-03867-2024 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, 25 noyabr 2019-cu il tarixli İP 538 nömrəli kredit müqaviləsi və ipoteka krediti ilə bağlı kredit Razılaşmasına əsasən İddiaçı 128,000 (bir yüz iyirmi səkkiz min) manat məbləğində kredit verilmiş, eyni zamanda qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə 26 noyabr 2019-cu il tarixli İP 538 nömrəli Alqı-Satqı və ipoteka müqaviləsi imzalanaraq ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 266.1 kv.m ibarət fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İP 538 saylı alqı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********37-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2024-cü il tarixinə "xxxx" ASC qarşısında öhdəlikləri İP538 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 120,416.07 (bir yüz iyirmi min dörd yüz on altı manat yeddi qəpik) manatı əsas borc, 27786.62 (iyirmi yeddi min yeddi yüz səksən altı manat altmış iki qəpik) manat faiz borcu, 26343.78 (iyirmi altı min üç yüz qırx üç manat yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 174,546.47 (bir yüz yetmiş dörd min beş yüz qırx altı manat qırx yeddi qəpik) manat təşkil edir, gecikmə günlərinin sayı - 388 gün təşkil edir. Sözü gedən kredit öhdəlikləri qısa zamanda icra edilmədiyi halda bu bildiriş göndərildiyi gündən 5 (beş) gün sonra ipoteka predmetinə qanunvericiliyin tələblərinə uyğun olaraq notariusun icra qeydi əsasında və ya məhkəmə qaydasında tutma yönəldiləcəkdir. İş materiallarından görünür ki, mübahisəli əmlak 13 mart 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Hazırda iddiaçı həmin əmlakdan cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, torpaq sahəsinin və üzərində yerləşən yaşayış sahəsinin boşaldılması, ona təhvil verilməsi və oraya köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli yaşayış sahəsini xx.xx.2020-ci il tarixdən alqı-satqı yolu ilə əldə etmiş İddiaçı ilə cavabdehlər arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı münasibət yaranmamışdır. Belə olan halda, cavabdehlərin mübahisəli evdə yaşamaları mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi ki, iş materiallarından görünür ki, mübahisəli ev hazrda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehlərin yaşamaları onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus əşyalarla birlikdə ünvan 1ində yerləşən ümumi sahəsi 266,10 kv.metr olan fərdi yaşayış evindən çıxarılmalı, həmin ünvanda yerləşən 0,06 ha torpaq sahəsi boşaldılmalı, həmin fərdi yaşayış evi və həmin torpaq sahəsi İddiaçı təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, cavabdehlərin əmlakları ilə birlikdə mənzildən çıxarılması hissəsində iddia təmin edildiyindən iddiaçının oraya köçürülməsi tələbinin təmin edilməsinə zərurət yoxdur, çünki digər tələblər qalan tələbi özündə ehtiva edir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər- iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 onlara məxsus əşyalarla birlikdə ünvan 1ində yerləşən ümumi sahəsi 266,10 kv.metr olan fərdi yaşayış evindən çıxarılsınlar. ünvan 1ində yerləşən 0,06 ha torpaq sahəsi boşaldılsın. Qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməli olan 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver