Məhkəmə qərarları › İş №e-2(012)-4330/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4330/2022

08.08.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Maddi ziyanın ödənilməsi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4330/2022 08.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı MTK-in Cavabdeh və maraqlı şəxs "xxxx" ASC-yə qarşı «müqavilələrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi, mənzilə dair sənədlərin geri qaytarılması və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbi barədə iddia ərizəsi nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı MTK Cavabdeh və maraqlı şəxs "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində tikilməkdə olan 2-ci bina, B bloku, 8-ci mərtəbə 66 nömrəli 2 otaqlı mənzilə dair İddiaçı MTK ilə payçı yəni, Cavabdeh arasında bağlanmış 22 noyabr 2016-ci il tarixli, 0026 saylı payçı müqaviləsi və Abşeron rayonu, Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 15-ci kilometrliyində yerləşən, 1 saylı binada, sahəsi 60.3 kv.m olan 21 saylı mənzilə dair 22 noyabr 2016-ci il tarixli, 0026 saylı Müqaviləyə 09 avqust 2018-ci il tarixli 1 saylı əlavənin ləğv edilməsi, həmin mənzillə bağlı dəymiş maddi ziyana görə 4450,6 manat, mənəvi ziyana görə 5000 manat, eləcə də məhkəməyə dövlət rüsumu kimi ödənilən 114,51 manat olmaqla, cəmi 9565,11 manat pulun Cavabdeh alınaraq İddiaçı MTK-ya ödənilməsi, həmin mənzilə dair hüquqi sənədlər (payçı müqaviləsi, kredit müqaviləsi, ödəniş cədvəlləri) qanunsuz sahiblikdən götürülərək iddiaçıya geri qaytarılması, mənzilin boşaldılaraq MTK-ya təhvil verilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Lakin hazırki iş üzrə İddiaçı MTK Cavabdeh kimi, "xxxx" ASC-ni isə maraqlı şəxs kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumat vərəqəsinə əsasən, "xxxx" ASCnin hüquqi ünvanı ünvan 2inə əsaslanaraq hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə ya cavabdehin qeydiyyatda olduğu Tovuz Rayon Məhkəməsinə yaxud maraqlı şəxsin hüquqi ünvanının yerləşdiyi Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. İddiaçı MTK iddia ərizəsinin məzmununda müstəsna aidiyyət qaydalarını tənzimləyən AR MPM-in 39-cu maddəsinə istinad edərək mülki işin baxılması üçün Abşeron rayon məhkəməsinə göndərmişdir. Lakin, məhkəmə iddia ərizəsini bütövlükdə mahiyyəti üzrə qiymətləndirərək hesab edir ki, İddiaçı MTK AR MPM-in 39-cu maddəsinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, mülki işin faktiki hallardan göründüyü kimi, iddia tələbinin əsas mahiyyəti müqavilənin ləğv edilməsi ilə əlaqədar olduğundan,digər tələblər isə müqavilənin ləğvi ilə birbaşa bağlı olduğundan məhkəmə hesab edir ki, hazırki tələb müstəsna aidiyyət qaydlarını tənzimləyən AR MPM-in 39-cu maddəsinin təsiri altına düşmür. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı MTK-in Cavabdeh və maraqlı şəxs "xxxx" ASC-yə qarşı «müqavilələrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi, mənzilə dair sənədlərin geri qaytarılması və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MTK-in Cavabdeh və maraqlı şəxs "xxxx" ASC-yə qarşı «müqavilələrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi, mənzilə dair sənədlərin geri qaytarılması və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver