Məhkəmə qərarları › İş №e-2(012)-4357/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4357/2025

30.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4357/2025 30.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh3 direktoru X15, Cavabdeh1, onun vəkilləri-nümayəndələri Vəkil4 və Vəkil2, Cavabdeh5 vəkili-nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı «qeyri-yaşayış tikintisi haqqında müqavilənin, icarə müqavilələrinin etibarsız hesab edilməsi,pul, qeyri-yaşayış sahələrinə edilmiş dəyişikliklərin cavabdehlər tərəfindən aradan qaldırılaraq həmin sahələrin ilkin vəziyyətinə qaytarılması və qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış qeyri-yaşayış tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 0110-Q nömrəli müqavilə, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli və cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməklə, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.m qeyri-yaşayış sahəsinin və B(5) blokunun 2-ci mərtəbəsində yerləşən 469,7 kv.m qeyri-yaşayış sahəsinin tam boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış qeyriyaşayış tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 0110-Q nömrəli müqavilə, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli və cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməklə, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.m qeyri-yaşayış sahəsi və B(5) blokunun 2-ci mərtəbəsində yerləşən 469,7 kv.m qeyri-yaşayış sahəsi tam boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1, ümumilikdə, 270000 manat (hər ay 5000 manat icarə haqqı kimi aldığı vəsait), Cavabdeh5 10000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddiaçıya məxsus yuxarıda göstərilən qeyri-yaşayış sahələrində edilmiş dəyişikliklərin cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 tərəfindən aradan qaldırılaraq, həmin sahələrin qeyd edilən cavabdehlərin vəsaitləri hesabına layihəyə uyğun olaraq ilkin vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, vətəndaş X21 və xx.xx.2021-ci il tarixdə onun vəfatından sonra hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh3 MMC arasında 2019-cu il tarixdən etibarən məhkəmə mübahisələri olmuş və nəhayət, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı iddiası qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.m qeyri-yaşayış sahəsi, B(5) blokunun 2-ci mərtəbəsində yerləşən 469,7 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh3 MMC tərəfindən İddiaçı təhvil verilməsi və maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3986/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-35/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi icraya yönəldilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov xx.xx.2025-ci il tarixdə icra hərəkətlərini həyata keçirərkən, iddiaçı (tələbkar) İddiaçı məxsus olan qeyri-yaşayış sahələrinin kənar şəxslər tərəfindən zəbt olunduğunu aşkar etmişdir. Qeyd edilən şəxslər icra məmuruna qeyri-yaşayış sahələrinə dair xx.xx.2021-ci il və xx.xx.2025-ci il tarixli icarə müqavilələrini və Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış qeyri-yaşayış tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 0110-Q nömrəli müqaviləni təqdim etmişdirlər. İddiaçı hesab edir ki, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair kənar şəxslərin tərtib etdiyi yuxarıda qeyd edilən müqavilələr etibarsızdır (əhəmiyyətsizdir) və iddiaçının mülkiyyət hüquqları təmin edilərək, sonuncuya məxsus qeyri-yaşayış sahələri boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Həmçinin iddiaçı hesab edir ki, Cavabdeh1 özünün etiraf etdiyi kimi 2021-ci ilin aprel ayından, Cavabdeh5 isə 2025-ci ilin aprel ayından iddiaçıya məxsus daşınmaz əmlaklardan qanunsuz faydalandıqlarını nəzərə alaraq, Cavabdeh1, ümumilikdə, 270000 manat (hər ay 5000 manat icarə haqqı kimi aldığı vəsait), Cavabdeh5 isə 10000 manat məbləğində pul vəsaiti tutularaq ona, yəni İddiaçı ödənilməlidir. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən İddiaçı məxsus qeyri-yaşayış sahələrində layihəyə zidd olaraq qanunsuz dəyişikliklər edilmişdir. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən öz hesablarına həmin dəyişikliklər aradan qaldırılmalı və qeyri-yaşayış sahələri layihəyə uyğun olaraq ilkin vəziyyətinə qaytarılmalıdır. Cavabdeh3 MMC və digər şəxslərlə, uzun müddətdir, davam edən məhkəmə prosesləri hazırda da davam edir. Hazırkı iş üzrə cavabdehlərlə onların əlaqələri olmamış, daha sonra cavabdehlər üzə çıxmışdırlar. İndiki iş ilə əlaqəsi olan keçmiş məhkəmə işlərindən biri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi işi müvafiq apellyasiya instansiyası məhkəməsinə qaytararkən sənəd üzrə yerin faktiki olaraq həmin mövcud yer olub-olmamasının müəyyənləşdirilməsinə dair göstəriş vermişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və nəticədə yaranmış suala aydınlıq gətirilmişdir. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi maliyyə arayışı mötəbər deyildir, belə ki, məhkəmə prosesinin olduğunu bilə-bilə qəsdən belə bir sənəd hazırlanmışdır. Hazırkı məsələ ilə bağlı məhkəmə prosesi 2019-cu ildən etibarən gedir və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən sonuncu qərar 2024-cü ildə qəbul edilmişdir. Cavabdeh3 MMC ilə Sadiq Axundov arasında eyni yer ilə bağlı mübahisə olmuş, 2016-cı ildə bağlanmış müqavilənin arxa hissəsinə 2017-ci ildə verilmiş şəxsiyyət vəsiqəsinin göstəriciləri qeyd edilmiş, Ali Məhkəmə tərəfindən həmin müqavilə etibarsız hesab edilmişdir. Hesab edir ki, ödənişlərlə bağlı qəbzlər olmalıdır. Cavabdeh1 tərəfindən təqdim edilmiş sənəd mötəbər deyildir. İddiaçının atası X21 ilə Cavabdeh3 arasında olan müqavilədən əvvəl birinci müqavilə olaraq "xxxx" MMC ilə X21 arasında müqavilə bağlanmışdır. Həmçinin bildirir ki, cavabdehin vəkili-nümayəndəsi AR MPM-nin 78.2-ci maddəsinə əsasən özü sorğu verməlidir. İndiki halda isə sorğu verilməmiş və imtina alınmamışdır. Qarşı tərəfin sistemə yüklədiyi sənədlər əvvəlki məhkəmə işlərinə aiddir. Cavabdehlər tərəfindən İddiaçı məxsus qeyriyaşayış sahələrindən istifadə edilmiş, qarşı tərəf də icra mərhələsində ayda 5000 manat gəlir götürdüklərini və qeyd edilən əmlaklardan 2021-ci ildən etibarən istifadə etdiklərini etiraf etmişdir. Sadiq Axundova dair müqavilə Cavabdeh3 MMC tərəfindən gətirilmiş, həmin müqavilə saxta olmuşdur. Onlar əvvəlcə Cavabdeh1 və Cavabdeh5 dair müqavilənin mövcudluğundan xəbərdar deyildilər. 2021-ci ilin martında müqavilə bağlanılmış, 2022-ci ilin dekabr ayında maliyyə arayışı alınmışdır. 2021-ci ilin aprel ayında qarşı tərəf aldıqları obyekti başqa şəxsə icarə vermişdir. Cavabdeh1 faktiki və ya rəsmi olaraq adı heç yerdə keçmir. Sadiq Axundovun ilə bağlı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ləğv edilib mülki işi yenidən araşdırmaya göndərilmişdir. Müqavilə bağlandıqdan sonra Sadiq Axundov özü bildirmişdir ki, obyekt ona məxsusdur və icarəyə verilmişdir. Cavabdeh3 MMC tərəfindən məhkəməyə verilmiş cavab məktubunda X33 məxsus olduğu qeyd edilmişdir. Məhz bu səbəbdən də Cavabdeh1 adı heç bir rəsmi sənəddə çəkilməmişdir. Sadiq Axundov özü də bildirir ki, o, obyekti Cavabdeh2 MMC-yə icarəyə vermişdir. Onların xeyrinə qərar çıxarıldıqdan sonra Cavabdeh1 ortaya çıxmışdır. Mübahisənin yaranmasına səbəb odur ki, iddiaçının atası X21 vaxtilə mübahisə predmeti olan obyekti alsa da Müzəffər Məmmədlini oraya buraxmamışdırlar. Daha sonra Cavabdeh3 MMC tərəfindən iddiaçının atası ilə olan müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırılmış, lakin iddia rədd olunmuşdur. Cavabdeh1 müqaviləsi əhəmiyyətsiz müqavilədir və bu müqavilə formal olaraq tərtib olunmuşdur. İddiaçı Ali Məhkəmənin qərarından sonra icra məmuru ilə obyektin olduğu yerə getmişdir. Hesab edirlər ki, Cavabdeh1 Cavabdeh3 MMC-yə yaxın adamdır və hazırda əsas Cavabdeh3 MMC-dir. 2022-ci ildə Cavabdeh3 MMC-nin nümayəndəsi məhkəmə prosesində bildirmişdir ki, ərazinin sahibi Sadiq Axundovdur. Cavabdeh1 maraqlarına toxunulmaması ilə bağlı məhkəmə tərəfindən qəbul edilmiş müvafiq qərar mövcuddur. Qərarda həmçinin müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İcra mərhələsində Cavabdeh2 MMC-nin iddiaçının qeyd etdiyi əmlakda mağazası olduğu aşkar edilmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi onlara bildirmişdir ki, həmin obyekti icarəyə götürmüşdürlər. Bu obyekt ilə bağlı cavabdehlər Cavabdeh5 və Cavabdeh1 dair başqa müqavilələrin olduğu ortaya çıxmışdır. Cavabdeh1 vəkili tərəfindən təqdim edilmiş sənədlər içərisində olan kassa-mədaxil qəbzləri ciddi hesabat blankları deyildir. Belə ki, qarşı tərəf Cavabdeh3 MMC-yə heç bir vəsait ödəməmişdir və məhkəməyə təqdim olunmuş sənədlər kserosurətlərdir. 14 iyun 2022-ci ildə Cavabdeh3 MMC-nin blankında qeyd edilmişdir ki, daşınmaz əmlak Sadiq Axundova təhvil verilmişdir. Həmçinin Cavabdeh3 MMC tərəfindən əmlak ilə bağlı Sadiq Axundovun müqaviləsinin olması qeyd edilsə də sənəd saxta olmuşdur. 2021-ci ilin 12 avqust tarixində sözügedən sahə Sadiq Axundova təhvil verilmişdir. Saxta müqavilənin davamı olaraq ortaya digər müqavilələr çıxmışdır, həmin müqavilələr isə əhəmiyyətsizdir, belə ki, bununla bağlı preyudisial qərarlar mövcuddur. Hesab edir ki, qarşı tərəf onlara məxsus əmlaklardan faydalanmışdır və onlar qarşı tərəfdən icarə haqlarını da istəyirlər. Sadiq Axundovun vəkili əvvəlki məhkəmə proseslərində hazırkı iş üzrə Cavabdeh1 dair müqavilənin olması barədə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsinə əsasən əhəmiyyətsiz müqavilə məhkəmə qaydasında mübahisələndirilibmübahisələndirilməməsindən asılı olmayaraq əhəmiyyətsizdir. 2021-ci ilin mart ayında Cavabdeh3 nümayəndəsi X32 müqaviləni imzalayaraq həmin yeri Cavabdeh1 satmışdır. 12 gün sonra, həmin ilin aprel ayında isə bu obyekt icarəyə verilmiş, avqust ayında isə müvafiq akt ilə icra məmuru tərəfindən Sadiq Axundova bu ərazi təhvil verilmişdir. Qeyd edir ki, 2018-ci ildən Rafiq Tağıyev Cavabdeh3ndə direktor olmuşdur və həmin tarixdən əvvəl olan hadisələrdən onun xəbəri yoxdur. X4 özü də bildirir ki, o, iddiaçının atası Müzəffər Məmmədliyə müqavilə və maliyyə arayışı vermişdir. Bu barədə Sumqayıt Apellyasiya Məhkəməsinə 2022-ci ildə arayış da verilmişdir. Fəxrəddin Hüseynovun törətidiyi cinayət əməlinə görə aldığı cəza artıq bəllidir. Fəxrəddin Hüseynov səlahiyyətinin olmaması onun pulu özü üçün aldığını təsdiq edir. Cavabdeh1 isə əmlaka görə Cavabdeh3nə heç bir ödəniş etməmişdir. Bir daha bildirir ki, Sadiq Axundovun vəkili əmlakın Sadiq Axundova məxsus olduğunu söyləmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkili-nümayəndəsi Nümayəndə1 izahatında qeyd edilənləri təsdiq edərək bildirdi ki, iddia tələbində göstərilən obyekt 2016-cı ildə onun atası Müzəffər Məmmədliyə satılmışdır. 2018-ci ildə o, Türkiyə Respublikasından qayıtmış, 2020-ci ilin axırında isə obyekt istifadəyə verilmişdir. 2018-ci ildə Yasamal Rayon Məhkəməsində onlara qarşı müqavilənin etibarsızlığı tələbi qoyulmuşdur. Onlar öz obyektlərinə girə bilməmişdirlər, çünki obyekt bağlı olmuşdur. Fəxrəddin Hüseynov ilə onun atası arasında mübahisə yaranmış, məhkəmədə mülki iş olduğu üçün polis tərəfindən araşdırma davam etdirilməmişdir. 2021-ci ilin yanvar ayında onun atası Müzəffər Məmmədli vəfat etmişdir. Ona bir nəfər zəng etmişdir ki, obyektdə təmir işləri aparılır. O, obyektə getmiş, Cavabdeh3 MMC-nin direktoru da oraya gəlmiş və onlar arasında dava olmuşdur. 2021-ci ilin avqust ayında o, vərəsəlik hüququ almışdır. Şirkət özü Araz Əbdüləzimovun müqaviləsini təqdim etmişdir. Sadiq Axundovun vəkili də bildirmişdir ki, onlar sahəni Cavabdeh2 MMC-yə icarəyə vermişdirlər. 2024-cü ildə onlar məhkəmə işi ilə əlaqədar ekspert və hakimlər ilə obyektə getdikdə Cavabdeh2 MMC-nin nümayəndəsi qarşılarına çıxaraq həmin obyekti işlətdiyini bildirmişdir. Həmçinin 2021-ci ilin yay ayında binanın altında əvvəl Cavabdeh3 nümayəndəsi Rafiq Tağıyev, daha sonra Fəxrəddin Hüseynov ilə görüşmüş, Fəxrəddin Hüseynov ona sahəsini satdığını və pulunu qaytaracağını bildirmişdir. Həmin vaxt ona məxsus əmlakda təmir getmişdir. Ələkbər müəllim demişdir ki, obyektin ölçülməsindən sonra məbləğ dəqiqləşdiriləcək və bu da təqribən 600000 manat pul edəcəkdi. Odur ki, göstərilənlər əsasında o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş, növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsinə etirazında və məhkəmə hazırlıq iclasında göstərmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi sözügedən qeyri-yaşayış sahəsini Cavabdeh1 digər Cavabdeh3 MMC ilə bağladığı 29 mart 2021-ci il tarixli, 0110-Q saylı müqavilə əsasında dəyəri 355600 manat ödənilməklə əldə etmişdir. Cavabdeh1 əmlakı əldə etdiyi tarixdən də həmin qeyri-yaşayış sahəsindən istifadə etməyə başlamışdır və sahəyə faktiki sahiblik edir. Belə ki, Cavabdeh1 həmin qeyri-yaşayış sahəsini təmir etdirmiş, oraya külli miqdarda vəsait sərf etmiş, eyni zamanda həmin qeyri-yaşayış sahəsinin M.Hüseynzadə küçəsinə baxan 16 mərtəbəli B blokunun yan tərəfinə və 12 mərtəbəli BC bloklarının ön tərəfinə (M.Hüseynzadə küçəsi) birinci mərtəbənin qeyri-yaşayış hissəsinə əlavə 6 metr enində zirzəmili birmərtəbəli qeyri-yaşayış sahəsi artırma edərək, dəyərini əhəmiyyətli dərəcədə artırmışdır. Həmçinin cavabdeh sözügedən qeyriyaşayış sahəsini 12 aprel 2021-ci il tarixindən Cavabdeh2 MMC-yə icarəyə vermişdir. Bildirmək istəyir ki, Cavabdeh1 qeyri-yaşayış sahəsinin mübahisəli olduğunu bilməmişdir və bilə də bilməzdi. Bu müddət ərzində cavabdehin mübahisə ilə bağlı heç bir məlumatı olmamışdır. Hesab edir ki, Cavabdeh1 vicdanlı alıcıdır və onun bu mübahisədən icraçılar həmin qeyri-yaşayış sahəsinə gəldikdə məlumatı olmuşdur. Bu zaman Əhmədov X24 Rayon Məhkəməsinə həmin məhkəmənin 11 oktyabr 2021-ci il tarixli, 2(012)-4031/2021 saylı qətnaməsindən şikayət verərək və ərizə ilə 3-cü şəxs qismində işə cəlb olunması ilə bağlı müraciət etmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 2(012)-4602/2025 saylı qərardadı ilə maraqlı şəxs hesab olunmamışdır. Həmçinin əlavə edilmiş sənədlərdən də görünür ki, sözügedən qeyri-yaşayış sahəsi barəsində X21 ilə real müqavilə bağlanmamışdır. Belə ki, qeyri-yaşayış sahəsinin tikintisi haqqında 25 yanvar 2017-ci il tarixli müqavilə və kassa mədaxil orderinin qəbzi X7 adına nümayəndəsi olduğu Əlimurad Əliyevə məxsus torpaq sahəsinin əvəzinə torpaq sahəsinin satılması ilə əlaqədar girov təminatı olaraq yazılmışdır. Bildirir ki, sözügedən əmlak Cavabdeh3 MMC tərəfindən ona satılarkən Cavabdeh1 həmin əmlaka hər hansı bir 3-cü şəxslərin hüquqlarının olduğunu bilməmişdir və bilə də bilməzdi. Cavabdeh3 MMC tərəfindən həmin əmlak Cavabdeh1 başqa şəxslərin hüquqlarının yüklülüyü olmayan şəkildə satılmışdır. Belə olan halda Cavabdeh1 vicdanlı sahibdir, çünki həmin əmlakın dəyərini ödəmiş, həmin əmlakda yaxşılaşdırmalar etmiş, əmlakın dəyərini əhəmiyyətli dərəcədə, hətta demək olar ki, öz qiymətindən iki dəfədən çox artırmışdır. Cavabdeh1 tərəfindən hər ay ödəniş edildiyini təsdiq edən maliyyə arayışı da mövcuddur. Qeyri-yaşayış sahəsi müqavilə bağlandığı vaxtdan onlarda olmuşdur, belə ki, sözügedən sahə 2021-ci ildən onlara təhvil verilmişdir. Təmir işlərinin kim tərəfindən aparılması və təhvil-təslim ilə bağlı aktın mövcud olması barədə onun məlumatı yoxdur. Qeyd edilənlər əsasında o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi X8 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş və şirkət olaraq onlarla rəsmi qaydada icarə müqaviləsi bağlanıldığını bildirmiş, daha sonra növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh şirkətin nümayəndəsi X5 məhkəməyə ərizə göndərərək, əməkdaş sayının çatışmaması səbəbilə məhkəmə iclasında onların iştirakının mümkün olmadığını bildirmiş və iştiraklarının zəruri olmasının nəzərə alınaraq, məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmiş,lakin növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 məhkəmə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, o, hazırkı iş ilə bağlı Bakı şəhəri Yasamal Rayon Prokurorluğundan sənədlər götürülməsi barədə ərizə versə də onun ərizəsi təmin olunmamışdır. Bununla yanaşı sübutların toplanılması üçün sorğu vermişdirlər. İddiaçı tərəf məhkəmə qətnaməsini sübut kimi təqdim etmişdir. Belə ki, həmin qətnamənin qəbul edildiyi iş üzrə onlar maraqlı şəxs qismində cəlb edilsəydilər, onlar sözügedən qətnamədən şikayət verə biləcəkdilər. Lakin onlar işə maraqlı şəxs kimi cəlb edilmələrinə dair ərizə versələr də məhkəmə tərəfindən ərizə təmin olunmamışdır, bu səbəbdən də onlar qətnamədən şikayət verə bilməmişdirlər. Hesab edirlər ki, həmin qətnamə məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməməlidir. Həmçinin Cavabdeh1 tərəfindən verilmiş etiraz ərizəsində qeyd edilənləri təsdiq edərək bildirdi ki, vicdanlı alıcı kimi tərəflərindən müraciət olunmuşdur və qeyri-yaşayış sahəsinin yaxşılaşdırılması istiqamətdə işlər görülmüşdür. Hazırkı iş ilə əlaqəli olan və xx.xx.2020-ci il tarixdə qəbul edilmiş məhkəmə qərarı mövcuddur. Həmin işə məhkəmədə baxılarkən onlar həm mülkiyyətçi, həm də icarəçi olaraq özlərini təqdim etmiş, lakin məhkəmə prosesində onların iştirakı təmin olunmamışdır. İddiaçı tərəf indiyənədək onlara qarşı iddia qaldırmamışdır. Hesab edirlər ki, iddiaçı tərəf özü də onların üçüncü şəxs qismində işə cəlb olunmamalarında maraqlıdır və bu, düşünülmüş bir addımdır. Cavabdeh1 vicdanlı alıcı kimi hər ay ödəniş etməsi barədə onların maliyyə arayışı vardır. Cavabdeh1 müqavilə üzrə hər ay vaxtı-vaxtında ödəniş etmişdir ki, nəticədə ona maliyyə arayışı vermişdirlər və hesab edirlər ki, kassa-mədaxil qəbzlərinin olmasına zərurət yoxdur. Onlar Cavabdeh3 MMC-yə nağd şəkildə ödəniş etmişdirlər. Daha sonra qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən digər Cavabdeh2 MMC-yə icarəyə verilmişdir. Onlarda olan məlumata əsasən qəbzlərin əsli maliyyə arayışı ilə birlikdə müqavilənin digər tərəfinə verilmişdir. Həmçinin onun hüquqlarını müdafiə etdiyi Cavabdeh1 vergi ödəyicisi kimi 04 may 2021-ci il tarixdə Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçmişdir. Cavabdeh1 ilə digər Cavabdeh2 MMC arasında 2021-ci ildə icarə müqaviləsi bağlanmışdır və icarəyə verdikləri obyektə görə icarə haqları hər ay təxirə salınmadan ödənilmişdir. Cavabdeh1 obyekti əldə edib təmir etdirmiş və icarəyə verəcək səviyyəyə salmışdır. Qarşı tərəf vaxtilə qeyri-yaşayış sahəsinin qarşılığında Cavabdeh3 MMC-yə heç bir ödəniş etməmişdir, sözügedən əmlak sadəcə nəyinsə əvəzi və qarşılığı olaraq iddiaçıya verilmişdir. Bundan əvvəl qarşı tərəf ilə aralarında heç bir mübahisə olmamışdır. İddiaçının qeyd etdiklərinin əksinə, onlar iddiaçıya məxsus əmlaka müdaxilə etməmişdirlər. Hesab edirlər ki, məhkəmənin prediyusal əhəmiyyətə malik qərarının mövcud olmasının onlara heç bir məhdudiyyəti yoxdur. İddiaçı atası Müzəffər Məmmədli ilə Cavabdeh3 MMC ilə arasında başqa münasibət olmuş, bu səbəbdən iddiaçının atası ilə vaxtilə müqavilə bağlanmışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 etiraz ərizəsində göstərdiklərini təstiq edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil4 izahat verərək bildirdi ki, o, 2015-ci ilə kimi müstəntiq işləmiş və cinayət işlərindən birində İddiaçı atası Müzəffər Məmmədlini zərərçəkmiş şəxs qismində tanımamışdır. Müzəffər Məmmədli "xxxx" MMC-yə daşınmaz əmlak tikməyə yer vermiş, Fəxrəddin Hüseynov da Müzəffər Məmmədliyə susması müqabilində müqavilələr vermişdir. X26 zərərçəkmiş şəxs qismində tanımamışdır. Sözügedən əmlakı Fəxrəddin Hüseynovun qardaşı X27 Məmmədliyə vermişdir. Qeyd edilənlər əsasında o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun vəkili-nümayəndələri Vəkil4 və Vəkil2 izahatında qeyd edilənləri təsdiq edərək bildirdi ki, o, əvvəllər Fəxrəddin Hüseynovu tanımamışdır. Həmin qeyri-yaşayış sahəsini aldıqdan sonra onun həmin yerdə mənzili də olmuşdur. O, təxminən 60000-65000 manat məbləğində ilkin ödəniş etmişdir və ayda 24000 manat ödəniş etməli olmuşdur. Hətta o, bir dəfəlik 170000 manat pul ödəmişdir. O, həmin pulu kredit götürmüş və sahibkarlara yaradılmış fürsətdən istifadə etmişdir. Hesab edir ki, onlara qarşı haqsız yerə iddia qaldırılmışdır. Belə ki, iddiaçı tərəf maliyyə arayışı və müqavilənin əslini məhkəməyə təqdim etməmişdir. Obyekti 6-7 ay ərzində təmir etdikdən sonra İddiaçı bir şəxs ilə birlikdə gəlmiş, həmin vaxt o, iddiaçıya nəyə görə indiyədək buraya gəlmədiklərini soruşmuşdur. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh5 vəkili-nümayəndəsi Vəkil3 iddia ərizəsinə etirazında və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı iddia tələbinin Cavabdeh5 münasibətdə ona əsaslanmışdır ki, vətəndaş X21 və xx.xx.2021-ci il tarixdə onun vəfatından sonra hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh3 MMC arasında 2019-cu il tarixdən etibarən məhkəmə mübahisələri olmuş və nəhayət, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı iddiası qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.metr qeyri-yaşayış sahəsi, B(5) blokunun 2-ci mərtəbəsində yerləşən 469,7 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh3 MMC tərəfindən İddiaçı təhvil verilməsi və maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3986/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-35/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi icraya yönəldilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov xx.xx.2025-ci il tarixdə icra hərəkətlərini həyata keçirərkən, İddiaçı məxsus olan qeyri-yaşayış sahələrinin kənar şəxslər tərəfindən zəbt olunduğunu aşkar etmişdir. Qeyd edilən şəxslər icra məmuruna qeyri-yaşayış sahələrinə dair xx.xx.2021-ci il və xx.xx.2025-ci il tarixli icarə müqavilələrini və Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanılmış qeyri-yaşayış tikintisi haqqında 0110-Q nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləni təqdim etmişlər. İddiaçı hesab edir ki, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair kənar şəxslərin tərtib etdiyi yuxarıda qeyd edilən müqavilələr etibarsızdır (əhəmiyyətsizdir) və iddiaçının mülkiyyət hüquqları təmin edilərək, sonuncuya məxsus qeyri-yaşayış sahələri boşaldılmalı və ona təhvil verilməlidir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddia ərizəsi tam əsassızdır və rədd edilməlidir. İddiaçının əsaslarına və birinci tələbinə, yəni Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqavilələri etibarsız hesab edilməklə, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.metr qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsinə cavab olaraq bildirir ki, İddiaçı Cavabdeh5 qarşı hazırda belə bir tələblə iddia qaldırmaq subyektinə malik deyildir. Belə ki, Cavabdeh5 ilə iş üzrə cavabdeh olan Cavabdeh3 MMC arasında Cavabdeh3 MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının A blokunda yerləşən, 2-ci mərtəbəsində yerləşən 430 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin satılmasına dair xx.xx.2021-ci il tarixli müqavilə və ona aid maliyyə arayışı vardır və dəyərini tam ödəməklə almışdır. Hazırda da həmin müqavilə və maliyyə arayışı ləğv edilməyib və qüvvədədir, qeyri-yaşayış sahəsi isə onun istifadəsindədir. Belə olan halda Cavabdeh5 qüvvədə olan müqavilə üzrə sərbəst şəkildə müqavilə (icra müqaviləsi və s.) bağlaya bilər. Hazırda da icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. İddiaçı belə müqavilə üzrə tərəf deyildir. Bundan əlavə olaraq qeyd edir ki, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.metr qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbi də hazırda tələb oluna bilməz, belə ki, yuxarıda qeyd etdiyi kimi Cavabdeh3 MMC ilə Cavabdeh5 arasında Cavabdeh3 MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının A blokunda yerləşən, 2-ci mərtəbəsində yerləşən 430 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin satılmasına dair xx.xx.2021-ci il tarixli müqavilə və ona aid maliyyə arayışı vardır və dəyərini tam ödəməklə almışdır ki, həmin müqavilə qüvvədədir. Baxmayaraq ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı iddiası qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh3 MMC tərəfindən İddiaçı təhvil verilməsi və maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqi belə icra edilmədən geri qaytarılmışdır ki, hazırkı vəziyyətdə həmin qeyriyaşayış sahəsinə dair Cavabdeh5 arasında Cavabdeh3 MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının A blokunda yerləşən, 2-ci mərtəbəsində yerləşən 430 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin satılmasına dair xx.xx.2021-ci il tarixli müqavilə vardır. Eyni zamanda da mübahisəli qeyri-yaşayış sahəsinin sxem-planı mövcud olmadığından mövcud vəziyyətdə icra sənədində göstərilən qeyri-yaşayış sahəsinin tələbkar olan iddiaçıya təhvil verilməsi mümkün deyildir. Hesab edir ki, hazırkı iddia tələbi üzrə də həm qüvvədə olan müqaviləyə münasibətdə, həm də ki iddiaçının məhkəmə qətnaməsi üzrə təmin edilmiş hissəsi olan 135,7 kv.m qeyri-yaşayış sahəsinin planı olmadığından və qətnamədə bu barədə rəy olmadığından təmin edilməsi belə mümkün deyildir. Eyni zamanda da bildirir ki, iddiaçının tələbinin əsası olan zəbt olunmadan belə söhbət gedə bilməz, belə ki, hazırda Cavabdeh5 arasında Cavabdeh3 MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının A blokunda yerləşən, 2-ci mərtəbəsində yerləşən 430 kv.m sahəsi olan qeyriyaşayış sahəsinin satılmasına dair xx.xx.2021-ci il tarixli müqavilə vardır və müqavilə bağlandığı vaxtdan da onun istifadəsinə verilmiş və təmir edilmişdir. İddiaçının təmin olunan qətnaməsi isə 2024-cü ildə çıxarılmışdır və həmin qeyri-yaşayış sahəsinin Cavabdeh3 MMC-dən təhvil alınması qəti olaraq qeyd edilmişdir. İddia tələbinin ikinci hissəsinə, yəni Cavabdeh5 10000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə də iddia tələbi təmin edilə bilməz. Belə ki, cavabdeh qanunsuz olaraq iddiaçının sahəsini zəbt etməmiş və qazanc əldə etməmişdir. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh5 ilə Cavabdeh3 MMC arasında Cavabdeh3 MMCyə məxsus çoxmərtəbəli yaşayış binasının A blokunda yerləşən, 2-ci mərtəbəsində yerləşən 430 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin satılmasına dair xx.xx.2021-ci il tarixli müqavilə vardır və müqavilə bağlandığı vaxtdan da onun istifadəsinə verilmiş və təmir edilmişdir. Əksinə isə iddiaçının iddiası təmin edildiyi təqdirdə cavabdeh olaraq Cavabdeh5 iddiaçıya yaxşılaşdırmaya görə çəkilmiş xərcini tələb etmək hüququ vardır. Odur ki, iddia tələbi təmin edilə bilməz. İddiaçının üçüncü tələbi olan iddiaçıya məxsus yuxarıda göstərilən qeyri-yaşayış sahələrində edilmiş dəyişikliklərin Cavabdeh5 və Cavabdeh3 tərəfindən aradan qaldırılaraq, həmin sahələr qeyd edilən Cavabdeh5 vəsaiti hesabına layihəyə uyğun olaraq ilkin vəziyyətinə qaytarılması tələbi də təmin edilə bilməz. Birincisi, bu tələb digər tələblərlə bağlı olan tələbdir, eyni zamanda da iddiaçının iddia tələbi o halda əsaslı hesab edilə bilərdi ki, cavabdeh qanunsuz olaraq mübahisəli qeyri-yaşayış sahəsini zəbt etmiş olsun. Hesab edir ki, hazırkı işdə əsas Cavabdeh3 MMC-dirsə, o zaman həmin sahə iddiaçıya Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən Cavabdeh3 MMC tərəfindən verilməlidir. Hazırda isə iddiaçının onlardan nəsə tələb etmək hüququ yoxdur. Əlavə olaraq qeyd edir ki, onlar bu ərazi üçün çıxarış almaq məqsədilə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdırlar. Onlar qeyri-yaşayış sahəsi ilə bağlı hissə-hissə olmaqla ödəniş etmiş və həmin sahəyə 600000 manata yaxın xərc çəkmişdirlər. X14 özü də bildirdi ki, iddiaçının atası Müzəffər Məmmədli və digər şəxslər həmin obyektdən imtina etmişdirlər. Hesab edir ki, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməlidir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 direktoru X32 izahatında bildirdi ki, onlar vaxtilə İddiaçı atası X12 mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair sənəd vermiş, lakin aralarında olan sövdələşmədən sonra iddiaçının atası onlara həmin sənədi qaytarmamışdır. Fəxrəddin Hüseynovun səhlənkarlığına görə Müzəffər Məmmədlidən müqaviləni geri ala bilməmişdirlər. O, 2018-ci ildən Cavabdeh3ndə direktordur. Hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh1 verilməlidir. Onun Cavabdeh1 maliyyə arayışını verib-verməməsi dəqiq yadında deyildir. Lakin sözügedən obyekt girov kimi Müzəffər Məmmədlinin adına yazılmış və ondan başqa heç kimin adına yazılmamışdır. X33 satılması barədə 14 iyun 2022-ci il tarixli arayışı o, imzalamışdır. Fəxrəddin Hüseynov ona sənədləri imzalamasını demiş, o da sənədlərə imza atmışdır. Lakin obyektin satışından əldə edilmiş pul məbləğini o, almamışdır. O, özü qeyri-yaşayış sahəsi ilə bağlı pul almamış, pulun kassaya mədaxil olmasını görməmişdir. O, sadəcə kassamədaxil sənədlərinə imza atmışdır. Yeni Yasamal adlanan ərazidə iddiaçının atası Müzəffər Məmmədlinin bir sot torpaq sahəsi olmuş, bu qeyri-yaşayış sahəsi girov kimi Müzəffər Məmmədliyə yazılmışdır. İddiaçı tərəfin qeyd etdiyi kimi əgər qeyri-yaşayış sahəsi, həqiqətən də onlara məxsus olmuşdursa, orada təmir işləri getdiyi zaman iddiaçı tərəf buna etiraz edərdilər. Belə ki, obyekt Cavabdeh1 tərəfindən təmir edildikdə ona qarşı etiraz edilməmişdir. Müzəffər Məmmədli 2018-ci ildə idmançılarla birlikdə bir dəfə həmin əraziyə gəlmiş, lakin söhbətin başqa cür olduğunu bilib getmişdirlər. İddiaçı bir dəfə oraya gəlib demişdir ki, onun atası sənədi onlara qaytarmasını söyləmişdir. Lakin daha sonra iddiaçı gedib məsləhətləşdikdən sonra onlara demişdir ki, ona 200000 manat pul verməlidirlər. Digər Cavabdeh5 təqribən 300 kv.m.-lik sahə satılmışdır. Cavabdeh5 də qeyri-yaşayış sahəsini onlar satmışdırlar və Fəxrəddin Hüseynova pul nağd şəkildə ödənilmişdir. Araz Əbdüləzimov isə öz hissəsindən Cavabdeh5 xeyrinə imtina etmişdir. Araz Əbdüləzimova pulu Fəxrəddin Hüseynov qaytarmışdır. Fəxrəddin Hüseynov ilə Araz Əbdüləzimov arasında mübahisə olmuş, daha sonra sözügedən əmlak ilə bağlı Cavabdeh1 ilə müqavilə bağlanılmışdır. Həmin sahə ilə əlaqədar İddiaçı ona 200000 manat pul ödənilməsini istəmişdir. Kassa-mədaxil orderi və müqavilə də həmin vaxtda imzalanmış, lakin sövdələşmə bundan əvvəl olmuşdur. Qeyd edilən obyekt Cavabdeh5 satılmışdır və o, pulun verilməsində iştirak etmişdir, lakin müqavilədə nəzərdə tutulmuş ümumi məbləğ tam ödənilməmişdir. Belə ki, pulun onlara tam şəkildə ödənilməsi gecikdirilmişdir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh4 və müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəməyə şahid qismində dindirilmiş X4 məhkəmədə ifadəsində göstərdi ki, o, 2017-ci ildə sözügedən qeyri-yaşayış sahəsini götürmüşdür. Ondan əvvəl isə qardaşı Ələkbər Hüseynov həmin əmlakı girov kimi İddiaçı atası Müzəffər Məmmədliyə yazmışdır. Onun qardaşı Ələkbər Hüseynov bu ərazini Yasamal rayonunda olan 1 sot torpaq sahəsi qarşılığında Müzəffər Məmmədliyə vermiş və ona bir maşın da verilmişdir. X28 hissə-hissə olmaqla pul ödəmiş, daha sonra o, ərazini təhvil götürmüşdür. O, Müzəffər Məmmədliyə 20000 manat məbləğində qalan borcdan 2000 manat pul vermişdir. Həmçinin hazırkı iş üzrə iddiaçıya da o, aybaay pul vermişdir. O, Əlmurad müəllimin evinə getmiş, Əlmurad müəllim ona xəstə olduğunu, Müzəffər Məmmədliyə pul verilməsinin dayandırılmalı olduğunu söyləmişdir. Bir şəxs ona zəng edərək, İddiaçı pul verməsini demiş, o da həmin şəxsə Əlmurad müəllimin Müzəffər Məmmədliyə pul verilməsini dayandırmasını bildirdiyini qeyd etmişdir. Bir gün Müzəffər Məmmədli 11 nəfər idmançı ilə binaya gəlmiş və möhürün ona verilməsini tələb etmişdir. Daha sonra Müzəffər Məmmədli ona bir az da pul vermələrini demiş, qardaşı onlara müqavilə və maliyyə arayışı vermişdir. Həmçinin o da şirkətə rəhbər olduqdan sonra həmin sənədləri Müzəffər Məmmədliyə vermişdir. Aralarındakı razılaşmaya əsasən X28 olan öhdəliklərini tam yerinə yetirdikdən sonra Müzəffər Məmmədli girov kimi verilmiş qeyri-yaşayış sahəsi ilə bağlı aldığı sənədləri onlara qaytaracaqdı. Mübahisə predmeti olan əmlak ilə bağlı zərərçəkmiş şəxs yoxdur. Müzəffər Məmmədli vəfat etdikdən sonra onun oğlu olan İddiaçı onlara atasının sənədləri yiyəsinə qaytarmasını vəsiyyət etdiyini bildirmişdir. Qeyd edir ki, həmin ərazidə yerləşən 5-ci blok Cavabdeh1dır və Sadiq Axundov tərəfindən ona satılmışdır. Cavabdeh1 qeyriyaşayış sahəsinin dəyərini hissə-hissə olmaqla Sadiq Axundova ödəmişdir. Pul onların kassasına ödənilmiş, Sadiq Axundov da gəlib pulu götürmüşdür. Qeyd edir ki, qeyri-yaşayış sahəsi ilə bağlı sənədlər məhz ona məxsus otaqda imzalanmışdır. O, ödəniş edilməsi ilə bağlı qəbz yazıb vermişdir. Cavabdeh1 həmin qeyri-yaşayış sahəsinin yan tərəfi ilə bağlı ona ödəniş etmişdir. Cavabdeh1 özü ilkin ödənişi onlara, onlar da həmin pulu Sadiq Axundova vermişdirlər. O, Sadiq Axundova bu pulu başqa bir qəbz şəklində vermişdir. Sadiq Axundov ilə Cavabdeh1 tanış olub gəlmişdirlər. Cavabdeh1 qeyri-yaşayış sahəsini aldıqda o, Cavabdeh1 Müzəffər Məmmədlinin adına sənəd olduğunu bildirməmişdir. Yasamal rayonunda olan torpaq sahəsi ilə bağlı girov kimi onlar sənəd yazmışdırlar. O, "xxxx" MMC-nin direktoru olmuşdur. O, İddiaçı də pul vermişdir. Belə ki, hədə-qorxu ilə ondan 200000 manat pul istənilmiş, o da həmin məbləğdə pulu verməyə razı olmuşdur. Lakin o, qarşı tərəfə 200000 manat dəyərində 3 ev vermişdir. Cavabdeh1 sahədə təmir işləri apardığı zaman Müzəffər Məmmədli ona işlərin dayandırılması barədə bildirməmişdir. Onlar Cavabdeh1 ödəniş sənədlərinin əslini alıb maliyyə arayışı təqdim etmişdirlər. Həmçinin o, Cavabdeh5 pul almış, Araz Əbdüləzimova isə pul qaytarılmışdır. Onlara hissə-hissə olmaqla pul qaytarılmış, bu səbəbdən Cavabdeh5 ilə müqavilə bağlandıqdan bir il sonra Araz Əbdüləzimov obyektdən imtina etmişdir. Əlavə olaraq bildirir ki, o, "xxxx" MMC-də bir aylıq direktor olsa da Cavabdeh3 MMC-nin direktoru olmamışdır. Sadiq Axundov həmin yeri Cavabdeh1 satmışdır. Cavabdeh1 ilkin ödəniş edib pulu ödədikdə Sadiq Axundov həmin pulu götürmüşdür. Müqavilə üzrə nəzərdə tutulmuş məbləğ ödənilənə kimi qeyri-yaşayış sahəsi əvvəlki sahibin adında qalır. Cavabdeh1 isə əmlaka görə tam ödəniş etməmişdir. Güman edir ki, Cavabdeh1 qeyri-yaşayış sahəsini Cavabdeh2 MMC-yə icarəyə vermişdir. Əvvəlki mülki iş ilə bağlı isə onlar məhkəmə iclasına çağırılmamışdırlar. İş materiallarında olan 29 mart 2021-ci il tarixli, 0110-Q nömrəli qeyri-yaşayış tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Cavabdeh3 MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 2-ci mərtəbəni bir pay kimi payçı Cavabdeh1 verməyi, payçı Cavabdeh1 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh3 MMC tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 2-ci mərtəbəsində, ümumi sahəsi 508 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri olaraq payçı Cavabdeh1 tərəfindən 355600 manat tam ödənilmişdir. İş materiallarında olan 30 aprel 2021-ci il tarixli, 430 Qy nömrəli qeyri-yaşayış tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Cavabdeh3 MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında A blok, 2-ci mərtəbəni bir pay kimi payçı Cavabdeh5 verməyi, payçı Cavabdeh5 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh3 MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında A blok, 2-ci mərtəbəsində, ümumi sahəsi 430 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri olaraq payçı Cavabdeh5 tərəfindən 400000 manat tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 12 aprel 2021-ci il tarixli, 07/2021 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Cavabdeh1 icarə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 2-ci mərtəbədə, ümumi sahəsi 508 kv.m olan qeyri-yaşayış sahəsini icarəçi Cavabdeh2 istifadəsinə verməyi, icarəçi Cavabdeh2 isə ondan, habelə bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu əldə edərək bunun üçün icarəyə verən Cavabdeh1 icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan X22 tərəfindən "xxxx" MMC-nin direktoru X3 ünvanlanmış ərizənin surətindən görünür ki, X22 "xxxx" MMC-yə məxsus yeni tikilmiş çoxmərtəbəli yaşayış binasında olan ona məxsus 4-cü blok, 2-ci mərtəbə, ümumi sahəsi 334 kv.m olan qeyri-yaşayış sahəsinin ödənişindən 200400 manat geri almışdır. İş materiallarında olan Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən notarial qaydada təsdiq edilmiş X9 xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, X22 "xxxx" MMC-də müqavilə əsasında onun adında olan ünvan 1 ünvanında həmin MMC-nin inşa etdiyi yaşayış binanın, 4-cü blok, 2-ci mərtəbəsində ümumi sahəsi 334 kv.m olan qeyri-yaşayış sahəsindən və həmin MMC-də olan payından imtina etmiş, həmin paya münasib istənilən şəxs ilə müqavilə bağlanmasına, ona tam ödəniş barədə maliyyə arayışı verilməsinə və gələcəkdə göstərilən əmlakın həmin şəxs tərəfindən özəlləşdirilərək satılmasına etiraz etmədiyini, həmin əmlak ilə bağlı heç bir məhkəmə mübahisəsinin olmadığını, gələcəkdə bununla bağlı məhkəmə və digər orqanlarda iddia qaldırmayacağını bildirmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1312/2020 nömrəli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4031/2021 nömrəli qətnamələrinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, X13 “Cavabdeh3 MMC-nin üzərinə 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqavilə üzrə öhdəliyi olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə” iddiasının təmin olunmaması, İddiaçı iddiasının qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.metr qeyri-yaşayış sahəsinin, B(5) blokunun 2-ci mərtəbəsində yerləşən 469,7 kv.metr qeyri-yaşayış sahəsinin Cavabdeh3 MMC tərəfindən İddiaçı təhvil verilməsi və maneələrin aradan qaldırılması, İddiaçı iddiasının qalan qeyriyaşayış sahəsinə aid hissədə təmin olunmaması və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın X10, 100 manatın Cavabdeh3 MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3986/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, birinci iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, ikinci iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 35/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2025-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Cavabdeh5 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1, A blok, 2-ci mərtəbə ünvanında yerləşən obyektin 430 kv.m sahəsini icarəçi Cavabdeh4 öz fəaliyyətini sərbəst həyata keçirmək üçün 5 il müddətində icarəyə vermiş, icarəçi Cavabdeh4 icarə sahəsi üçün növbəti ayın onunadək olmaqla hər ay 500 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4602/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(012)-4031/2021 saylı qətnaməsi üzrə Cavabdeh1 maraqlı şəxs hesab olunmaması və onun apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadələrini dinləyib işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk öncə məhkəmə onun qeyd etməyi zəruri hesab edir ki,məhkəmədə tədqiq edilmiş sübutların məcmusundan məlum olur ki, tərəflər arasında bağlanmış qeyri-yaşayış tikintisi haqqında müqavilələr podrat müqavilələrinin ünsürlərini özündə əks etdirir, qanunvericinin tələbinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi və sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür və mülki hüquq münasibətlərini tənzimləyən normalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci, 442-ci, 452.1-ci, 752.1-ci və 755 maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə hesab edir ki, məhkəmənin gələcəyi nəticə məhz tərəflər arasında bağlanmış qeyri-yaşayış tikintisi haqqında müqavilələrin etibarlılığından asılı olduğundan ilk növbədə, iddia tələbinin əsaslandığı əqdlərin etibarlılığına qiymət verilməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən hallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli Sərəncamına əsasən, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçəsinin kəsişməsində yaşayış binalarının tam tikintisinə icazə "xxxx" MMC-yə verilmiş, sonradan Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli Sərəncamına əsasən, həmin yaşayış binalarından ibarət kompleksin A və B bloklarının tikintisini "xxxx" MMC, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən həmin kompleksin B və C bloklarının tikintisini Cavabdeh3 MMC həyata keçirmişdir. Mülki işin digər hallarından görünür ki, İddiaçı mərhum atası X21 ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli müqavilə ilə MMC yuxarıda qeyd olunan binanın 4 və 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən 956 kv.metr qeyri-yaşayış sahəsini təhvil verməsini öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin ümumi dəyəri tam ödənilmişdir. X1 ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış, MMC eyni ünvanda yerləşən binanın A və B blokunun 2ci mərtəbəsində 780 kv.metr qeyri-yaşayış sahəsini, əlavə 176 kv.metr lift və pilləkən yerini Müzəffər Məmmədliyə təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsilə ilə bağlı X21 iləCavabdeh3 MMC arasında 2019-cu il tarixdən etibarən məhkəmə mübahisələri olmuş,xx.xx.2021-ci il tarixdə X7 vəfatından sonra onun hüquqi varisi, hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh3 MMC arasında 2019-cu il tarixdən etibarən məhkəmə mübahisələri olmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı iddiası qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.m qeyri-yaşayış sahəsi, B(5) blokunun 2-ci mərtəbəsində yerləşən 469,7 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh3 MMC tərəfindən İddiaçı təhvil verilməsi və maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3986/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-35/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə işin hallarından göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3986/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.m qeyri-yaşayış sahəsi, B(5) blokunun 2-ci mərtəbəsində yerləşən 469,7 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı müqavilənin etibarlı olması, Cavabdeh5 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarlı olmaması nəticəsinə gələrək, mübahisə predmeti olan qeyri-yaşayış sahələrinin Cavabdeh3 MMC tərəfindən İddiaçı təhvil verilməsi və maneələrin aradan qaldırılması qət edilmişdir ki, MPM-in 82.3-cü maddəsinə əsasən iddiaçıya aid müqavilənin etibarlığı, xx.xx.2021-ci il tarixli müqavilənin etibarlı olmaması cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh5 münasibətdə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Cavabdeh5 vəkili-nümayəndəsi Vəkil3 X9 "xxxx" MMC-də müqavilə əsasında onun adında olan ünvan 1 ünvanında həmin MMC-nin inşa etdiyi yaşayış binanın, 4-cü blok, 2-ci mərtəbəsində ümumi sahəsi 334 kv.m olan qeyri-yaşayış sahəsindən və həmin MMC-də olan payından imtina etməsi, həmin paya münasib istənilən şəxs ilə müqavilə bağlanmasına, ona tam ödəniş barədə maliyyə arayışı verilməsinə və gələcəkdə göstərilən əmlakın həmin şəxs tərəfindən özəlləşdirilərək satılmasına etiraz etmədiyi, həmin əmlak ilə bağlı heç bir məhkəmə mübahisəsinin olmadığı, gələcəkdə bununla bağlı məhkəmə və digər orqanlarda iddia qaldırmayacağı barədə Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən notarial qaydada təsdiq edilmiş X9 xx.xx.2022-ci il tarixli ərizəsini məhkəyə təqdim edərək, X9 imtina etdiyi qeyri-yaşayış sahəsinin Cavabdeh5 tərəfindən alındığını məhkəmənin diqqətinə çatdıraraq iddianın rədd edilməsini xahiş etmiş,lakin göstərilən bu xüsusat işin faktiki halları ilə uyğunluq təşkil etmir.Beləı ki,işin hallarından görünür ki, Cavabdeh5 ilə Cavabdeh3 MMC arasında bağlanmış müqavilənin tarixli xx.xx.2021-ci il olduğu halda, X9 mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən imtina olunması barədə ərizəsi isə bir il iki ay sonra,yəni xx.xx.2022-ci il tarixdə bağlanmışdır ki, bu xüsusat da xx.xx.2021-ci il tarixli müqavilənin etibarlı olmamasına məhkəməyə kifayət qədər əsas verir.Halbuki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanılır ki,bununla bağlı da məhkəmədə hər hansı bir sübut müəyyən olunmamışdır. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.04.21ci il tarixli Plenum qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmə Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış qeyri-yaşayış tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 0110-Q nömrəli müqaviləyə hüquqi qiymət verərək,qeyd edir ki, həmin müqavilə də işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, X7 müqavilələrində göstərilən tarixlərdən sonrakı tarixdə bağlanmış,müqavilə bağlanan tarixdə mübahisə predmeti olan qeyriyaşayış sahəsi artıq iddiaçının atası X7 adına yüklü olmuş, xx.xx.2021-ci il tarixli müqavilə bağlanana qədər Müzəffər Məmmədlinin adına olan müqavilə və maliyyə arayışı ayrıayrılıqdaCavabdeh3 MMC tərəfindən məhkəmə mübahisə predmeti olmuş, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh X12 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd olunmasına, həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh X12 qarşı “25 yanvar 2017-ci il tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyə qaytarılması“ hissəsində iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qətnaməsi olduğu halda xx.xx.2021-ci il tarixli, 0110-Q nömrəli müqavilənin bağlanması,İddiaçı də iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan, qanunvericiliyin tələbləri pozulmaqla bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0110-Q nömrəli müqavilə Müzəffər Məmmədlinin müqavilələri qanunla müəyyən edilmiş qaydada ləğv edilmədən, Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış və həmin müqavilə iddiaçı tərəfin iradə ifadəsini əks etdirməməklə hüququnun pozulması ilə nəticələnmişdir. Bundan başqa iş materiallarında olan 29 mart 2021-ci il tarixli, 0110-Q nömrəli qeyri-yaşayış tikintisi haqqında müqavilənin kserosurətindən görünür ki, icraçı Cavabdeh3 MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 508 kv.m olan, 5-ci blok, 2-ci mərtəbəni bir payçı kimi 355600 manata Cavabdeh1 verməyi, payçı isə ilkin olaraq 65000 manat avans ödəməyi,payçı hər ay 24216 manat,0,66 qəpik olmaqla 12 ay ödəniş etməyi öhdəsinə götürmüş, iş materiallarında olan Cavabdeh3 MMC tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli maliyyə arayışının kserosurətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 2-ci mərtəbəsində, ümumi sahəsi 508 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri olaraq payçı Cavabdeh1 tərəfindən 355600 manat tam ödənilmiş,lakin,məhkəmədə göstərilən bu xüsusatlarla bağlı hır hansı bir mötəbər sübut müəyyən edilməmiş,məhkəməyə yalnız 94000 manatı əks etdirən kserosurətdən ibarət olan kassa mədaxil qəbzləri təqdim edilmişdir ki, kserosurətlərdən ibarət olan qəbzlərin sübur kimi qiymətləndirilməsi MPM-in 89.1-ci maddəsinə əsasən yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmçinin iş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X11, borclu Cavabdeh3 MMC-nin rəhbəri X32, tələbkar X29, hal şahidləri Sumqayıt şəhəri, 10-ci mikr., ev 43/2-də yaşayan X23 və Şəki şəhəri, Sərbablar kəndi, 17-ci ray., ev 7/6-da yaşayan X16 tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli aktın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh3 MMC-nin yerləşdiyi binada ilk növbədə icra sənədinin mahiyyəti tərəflərə və proses iştirakçılarına elan olunmuş, tərəflərə hüquq və vəzifələri izah edilmiş, daha sonra 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən B blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Cavabdeh3 MMC tərəfindən tələbkar X17 təhvil verilmiş, bununla da icra sənədinin icrası tərəflərindən təmin edilmiş və bu fakt Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X11, borclu Cavabdeh3 MMC-nin rəhbəri X32, tələbkar X29, hal şahidləri Sumqayıt şəhəri, 10-ci mikr., ev 43/2-də yaşayan X23 və Şəki şəhəri, Sərbablar kəndi, 17-ci ray., ev 7/6-da yaşayan X16 tərəfindən öz imzaları ilə təsdiq edilmişdir.Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X32 12 avqust 2021-ci il tarixli aktdakı imzanın ona məxsus olmasını bir daha təstiq etmişdir. Beləliklə işin faktiki hallarından göründüyü kimi, mübahisə predmeti olan olan B blok,yəni 5-ci blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.m təşkil edən qeyri-yaşayış sahəsi, icra məmuru tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli aktla, tərəflərin və şahidlərin iştirakı ilə Cavabdeh3 MMC tərəfindən X17 rəsmi qaydada təhvil verilmişsə,təhvil verilən vaxt nə Cavabdeh1,nə də Cavabdeh2 həmin hissəyə iddialı olmamışsa, bu hal da eyni sahəyə aid Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 29 mart 2021-ci il tarixli, 0110-Q nömrəli qeyri-yaşayış tikintisi haqqında müqavilənin və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 12 aprel 2021-ci il tarixli, 07/2021 nömrəli icarə müqavilənin sonradan geri tarixə bağlanmasına dəlalət edir ki,həmin müqavilələrin eribarlılığını şübhə altına alır. Bundan başqa iş materiallarında olan müqavilələrin kserosurətindən görünür ki, Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında 355600 manat dəyəri göstərilən 508 kv.m olan qeyri-yaşayış sahəsinə dair müqavilə 29 mart 2021-ci il tarixdə, Cavabdeh3 MMC ilə payçı Cavabdeh5 arasında sahəsi 430 kv.m olan qeyri-yaşayış sahəsinə dair müqavilə isə 30 aprel 2021-ci il tarixdə bağlanması kimi göstərilməklə,müqavilənin dəyəri 400000 manat göstərilmişdir ki,sahəsi çox olan qeyri-yaşayış sahəsinə dair müqavilənin daha əvvəl, daha aşağı qiymətə bağlanması 29 mart 2021-ci il tarixli müqavilənin tərəflərin həqiqi iradə ifadəsini əks etdirməsinə şübhə ilə yanaşmağa məhkəməyə əsas verir. Cavabdeh3 direktoru X15, şahid qismində dindirilmiş X2 məhkəmə iclasında göstərdikləri hallar və Cavabdeh1 vəkili-nümayəndələri Vəkil1 və Vəkil2 etiraz ərizələrindəki göstərdikləri Rafiq Tağıyev və şahidin göstərdikləri hallarla eynilik təşkil edən xüsusatlara əvvəlki məhkəmə qətnamələri ilə qiymət verildiyindən məhkəmə həmin izahatlara və ifadəyə tənqidi yanaşmışdır. Beləliklə məhkəmə tədqiqi edilmiş işin faktiki hallarına və maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış qeyri-yaşayış tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 0110-Q nömrəli müqavilə, Cavabdeh2 ilə Cavabdeh1arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi və Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin İddiaçı maraqlarına toxunan 135,7 kv.metr hissədə etibarsız hesab edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.m qeyri-yaşayış sahəsi və B(5) blokunun 2-ci mərtəbəsində yerləşən 469,7 kv.m qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən tam boşaldılaraq İddiaçı təhvil verilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Məhkəmə iddia tələbinin Cavabdeh1, ümumilikdə, 270000 manat (hər ay 5000 manat icarə haqqı kimi aldığı vəsait), Cavabdeh5 10000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, qeyri-yaşayış sahəsinə dair icarə hüququ,həmin müqavilədən irəli gələn tələb hüququdur və bu hüquq üçüncü şəxslərə qarşı deyil,müqavilə tərəfinə qarşı irəli sürülə bilər ki,hazırki halda bu müəyyən edilmədiyindən rədd edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus mübahisə prermeti olan qeyri-yaşayış sahələrində edilmiş dəyişikliklərin cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 tərəfindən aradan qaldırılaraq, həmin sahələrin qeyd edilən cavabdehlərin vəsaitləri hesabına layihəyə uyğun olaraq ilkin vəziyyətinə qaytarılması hissəsi ilə bağlı qeyd edir ki,əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur və əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümüumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur,yəni artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkmiş xərclərlə birlikdə özündə ehtiva edir.Yaxşılaşdırmaları götürə bilməyən sahib, həm yaxşılaşdırmaların dəyərini,həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.( Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4,135.9, 135.10,157.6 və 157.7-ci-cu maddələri). Lakin,bu xüsusatlarla bağlı məhkəməyə hər hansı bir sübut müəyyən edilmədiyindən məhkəmə iddia tələbinin bu hissədə də rədd edilməsi nəticəsinə gəlmişdir.. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin sübut Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış qeyri-yaşayış tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 0110-Q nömrəli müqavilə və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsi qismən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.metr qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.metr qeyri-yaşayış sahəsi və B(5) blokunun 2-ci mərtəbəsində yerləşən 469,7 kv.metr qeyri-yaşayış sahəsi tam boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbinin Cavabdeh1, ümumilikdə, 270000 manat (hər ay 5000 manat icarə haqqı kimi aldığı vəsait), Cavabdeh5 10000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi və iddiaçıya məxsus yuxarıda göstərilən qeyri-yaşayış sahələrində edilmiş dəyişikliklərin cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 tərəfindən aradan qaldırılaraq, həmin sahələrin qeyd edilən cavabdehlərin vəsaitləri hesabına layihəyə uyğun olaraq ilkin vəziyyətinə qaytarılması hissələrində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver