Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4436/2025 16.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında xx.xx.2025-ci il tarixdə bağlanılmış barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.1 və 2.2-ci bəndlərinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 2.1 və 2.2-ci bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin Maraqlı şəxs qarşı aliment barədə tələbi üzrə aparılmış mediasiya prosesi zamanı xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 2.1-ci maddəsinə əsasən, tərəflərin birgə nikahdan anadan olmuş və yetkinlik yaşına çatmayan uşaqları – xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq hər növbəti ayın 03-dək İddiaçı ödənilməsi, 2.2-ci maddəsinə əsasən, Maraqlı şəxs tərəfindən birgə nikahdan anadan olmuş və yetkinlik yaşına çatmayan uşaqları yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış alimentin xx.xx.2025-ci il tarixədək ödənilməli olan hissəsini xx.xx.2025-ci il tarixədək İddiaçı ödənilməsi, 2.3-cü maddəsinə əsasən, bu sazişin 2.2-ci bəndində göstərilən öhdəliyin Maraqlı şəxs tərəfindən vaxtında və tam şəkildə icra edilmədiyi halda İddiaçı bu sazişin 2.1 və 2.2-ci bəndlərinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək üçün əlavə vaxt gözləməsinə və bununla bağlı qarşı tərəfə əlavə xəbərdarlıq (məlumat, pretenziya) göndərməsinə zərurət qalmadığına dair razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmiş, həmçinin barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” AR Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, maddi vəziyyəti ilə əlaqədar aralarında bağlanmış barışıq sazişinin şərtləri üzrə üstünə düşən öhdəlikləri vaxtında icra edə bilmədiyini, ərizəni qəbul etdiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2025-ci il tarixli, MŞŞ/MT-018/2025-00928 saylı barışıq sazişindən görünür ki, tərəflər sazişin 2.1-ci maddəsinə əsasən, tərəflərin birgə nikahdan anadan olmuş və yetkinlik yaşına çatmayan uşaqları – xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq hər növbəti ayın 03-dək İddiaçı ödənilməsi, 2.2-ci maddəsinə əsasən, Maraqlı şəxs tərəfindən birgə nikahdan anadan olmuş və yetkinlik yaşına çatmayan uşaqları yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış alimentin xx.xx.2025-ci il tarixədək ödənilməli olan hissəsinin xx.xx.2025-ci il tarixədək İddiaçı ödənilməsinə dair razılıq vermişlər. -Həmin sazişin 2.3-cü maddəsinə əsasən, bu sazişin 2.2-ci bəndində göstərilən öhdəlik Maraqlı şəxs tərəfindən vaxtında və tam şəkildə icra edilmədiyi halda İddiaçı bu sazişin 2.1 və 2.2-ci bəndlərinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək üçün əlavə vaxt gözləməsinə və bununla bağlı qarşı tərəfə əlavə xəbərdarlıq (məlumat, pretenziya) göndərməsinə zərurət qalmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün alimentin ödənilməsi barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri sazişdə göstərilən qaydada yerinə yetirmədiyindən ərizəçi İddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli, MŞŞ/MT- 018/2025-00928 saylı barışıq sazişinin 2.1-ci və 2.2-ci bəndləri qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişinin qeyd edilən bəndləri məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli, MŞŞ/MT-018/2025-00928 saylı barışıq sazişi “2.1) İddiaçı ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş və yetkinlik yaşına çatmayan uşaqları-09 may 2015-ci il təvəllüdlü X7, 20 dekabr 2016-cı il təvəllüdlü X4, 21 iyul 2018-ci il təvəllüdlü X3 və 10 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 may 2025-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın 03-dək İddiaçı ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır” və “2.2) Maraqlı şəxs 09 may 2015-ci il təvəllüdlü X7, 20 dekabr 2016-cı il təvəllüdlü X4, 21 iyul 2018-ci il təvəllüdlü X3 və 10 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 may 2025-ci il tarixdən hesablanmış alimentin 15 iyun 2025ci il tarixədək ödənilməli olan hissəsini 22 iyun 2025-ci il tarixədək İddiaçı ödəməsini öz öhdəsinə götürür” hissələrində təsdiq edilməlidir. Bundan başqa tərəflərə izah edilməlidir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları var. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞŞ/MT-018/2025-00928 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “2.1) İddiaçı ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş və yetkinlik yaşına çatmayan uşaqları-09 may 2015-ci il təvəllüdlü X7, 20 dekabr 2016-cı il təvəllüdlü X4, 21 iyul 2018-ci il təvəllüdlü X3 və 10 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 may 2025-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın 03-dək İddiaçı ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır” “2.2) Maraqlı şəxs 09 may 2015-ci il təvəllüdlü X7, 20 dekabr 2016-cı il təvəllüdlü X4, 21 iyul 2018-ci il təvəllüdlü X3 və 10 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 may 2025-ci il tarixdən hesablanmış alimentin 15 iyun 2025-ci il tarixədək ödənilməli olan hissəsini 22 iyun 2025-ci il tarixədək İddiaçı ödəməsini öz öhdəsinə götürür” Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4436/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4436/2025
16.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver