Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4617/2024 07.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh və digər şəxslərin Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 96.2 kv.metrlik fərdi yaşayış evinə olan qeydiyyatlarının ləğv edilməsi məqsədi ilə istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, X1 xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilsinə əsasən DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə ona verilmiş **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. Razılaşmaya əsasən müəyyən müddət sonra mənzili təhvil verilib qeydiyyatda olan şəxslərlə birgə tərk etməli olduğu halda, sonradan mənzil təhvil verilsə də, cavabadehin qeydiyyatı bu günədək qalmaqdadır. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakı razılaşdırdığı vəziyyətdə alıcıya təhvil verməli idi. Cavabdeh fərdi yaşayış evinin satılmasına dair yazılı razılıq ərizəsi verməsinə baxmayaraq bu günədək qeydiyyatdan çıxmamışdır. Buna görə də iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə görə işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus evdə yaşamır, lakin orada pasport qeydiyyatında olduğu üçün hazırki iddia qaldırılmışdır. Başqa sözlə, hazırki mübahisənin predmetini cavabdehin yaşayış sahəsindən istifadə hüququ deyil, onun mənzildəki pasport qeydiyyatı təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsi məhkəmədə deyil, müvafiq inzibati orqanda həll edilən məsələdir, yəni hazırki mübahisəyə məhkəmədə baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iş məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməli, iddiaçıya isə bununla bağlı ilkin olaraq müvafiq orqana müraciət etmək hüququ, imtina aldığı halda isə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, iş üzrə iddiaçının ödəmiş olduğu dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı hazırki mülki iş (e-2(012)-4617/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-4617/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4617/2024
07.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver