Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-480/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin istifadəyə, sahibliyə qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində (**********50 daşınmaz əmlakın reyestr nömrəsi) 0,0196 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 otaqdan və 3 otaqdan ibarət hər iki tikilinin boşaldılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus torpaq sahəsindən və həmin sahədə yerləşən 2 otaqdan və 3 otaqdan ibarət tikilidən çıxarılmaları, həmin torpaq sahəsi və tikilinin onun istifadə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla X2 arasında 24 dekabr 2021-ci ildə bağlanmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində (**********50 daşınmaz əmlakın reyestr nömrəsi) 0,0196 ha yaşayış məntəqələrinə aid torpaq sahəsini almışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən aldığı torpaq sahəsini xüsusi mülkiyyətinə keçirərək AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsü barədə xx.xx.2022-ci il tarixli A № 711188 saylı sənəddən də göründüyü kimi ona məxsus torpaq sahəsinin planı X5 kitabında 22.02.22 tarixdə 42004 nömrə ilə uçota alınmışdır. Qeyd olunan torpaq sahəsini üzərində olan yarımcıq iki tikili evlə birlikdə almış, lakin evlər tam hazır olmadığından və buna görə də sənədləri olmadığından bununla bağlı alqı-satqı müqaviləsi bağlaya bilməmişdir. Ona məxsus torpaq sahəsində olan həmin tikililərdən biri 2 otaqdan 80 faiz tikinti işləri başa çatmış, digəri isə 3 otaqdan ibarət 50 faiz tikinti işləri başa çatmışdir. Aldığı torpaq sahəsində yerləşən həmin evlərin yarımçıq qalmış təmir və tikinti işlərini həyata keçirmək üçün torpaq sahəsinə və evə baxmağa gedərkən həmin tikilinin birində cavabdehlərdən Cavabdeh1 yaşadığı, sonra isə digər tikilidə Cavabdeh1 qardaşı Cavabdeh2 gecələr gəlib orada qaldığı ona məlum olmuşdur. Qeyd etmək istəyir ki, ona məxsus olan torpaqda olan həmin tikililərdə qaz, su, hətta sanitar qovşağı hələ çəkdirməmiş, yalnız tikilinin 1-də işıq çəkilmişdir. Onun tərəfindən qeyd olunan torpaq alınarkən mülkiyyətçi həmin torpaqdakı tikilini də ona satmış, lakin torpağı alarkən qeyd olan yerə baş çəkmək üçün getdikdə orada kiminsə yaşadığını görməmişdir. Beləliklə, cavabdehlər Cavabdeh1 və qardaşı Cavabdeh2 qanunsuz olaraq yaşadıqları ona məxsus topraq sahəsini və tikilinin boşaltmalı olduqlarını bildirsə də, onun qanuni tələblərinə əməl etməmişlər. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, məcbur edərək heç kəsin evinə girməmişdir. Ona ünvan 1indəki evin açarını Ayxan adlı şəxs vermişdir. Qarşı tərəflə də aralarında razılıq olmuşdur. Lakin iddiaçının onun qardaşı Cavabdeh2 ilə problemi olmuşdur. O, sözügedən evə xərc çəkmişdir. Ona görə də o, iddiaçıdan 100000 manat pul istəmir, sadəcə kreditə ev götürmək üçün ona çəkdiyi xərci verməsini tələb edir. Cavabdeh2 məhkəmədə izahatında bildirdi ki, o, Ayxan adlı şəxsə 35000 manat pul verərək müqavilə bağlamış və sözügedən ünvan 1i ərazisində ev tikdirmişdir. X3 də onları aldatmışdır. Evi onlar özləri tikmişlər. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1ində yerləşən sahəsi 0,0196 ha olan torpaq sahəsi hüquq sahibi olan İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən naturada tanıdılan İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən 0,0196 ha torpaq sahəsi (xx.xx.2022-ci qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşen rayon Ərazi İdarəsi tərəfindən verilmiş, A № 711188, xx.xx.2022-ci il tarixli, **********50 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) sənəd üzrə uyğun gəlir. İddiaçı mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2022-ci il qeydlyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, A № 711188, xx.xx.2022-ci il tarixli, **********50 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar daxilində) ünvan 1i ünvanında yerləşən 0,0196 ha torpaq sahəsindən tam olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki istifadə olunur və həmin torpaq sahəsində yerləşən 147 kv.metr (0,0147 ha) tikililəri (yaşayış evi) mövcuddur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işin məhkəmə gedişatında həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 may 2023-cü il tarixli, 10/2164 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 32/2-2078/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçı tərəfindən naturada tanıdılan İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən 0,0196 ha torpaq sahəsinin (xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, A № 711188, xx.xx.2022-ci il tarixli, **********50 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) sənəd üzrə uyğun gəldiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, A № 711188, xx.xx.2022-ci il tarixli, **********50 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) ünvan 1i ünvanında yerləşən 0,0196 ha torpaq sahəsinin tam olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olduğu və həmin torpaq sahəsində 147 m2 (0,0147 ha) sahəsi olan fərdi yaşayış evinin mövcud olduğu müəyyən olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan göründüyü kimi ünvan 1ində yerləşən sahəsi 0,0196 ha olan torpaq sahəsi hüquq sahibi olan İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən 0,0196 ha torpaq sahəsinin tam olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olduğu və həmin torpaq sahəsində 147 m2 (0,0147 ha) sahəsi olan fərdi yaşayış evinin mövcud olduğu işin faktiki halları ilə, həmçinin mütəxəssis və ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hal-hazırda cavabdehlərin özbaşına zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmamaları iddiaçının daxili və beynəlxalq qanunvericiliklə qorunan öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur. Məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən cavabdehlərin izahatını heç bir sübuta əsaslanmadan formal mülahizələrdən ibarət olduğu nəzərə alaraq və aşağıda qeyd olunacaq qanunvericilik normlarını əsas götürərək hesab edir ki, ünvan 1ində (**********50 daşınmaz əmlakın reyestr nömrəsi) 0,0196 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 otaqdan və 3 otaqdan ibarət hər iki tikili boşaldılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsindən və həmin sahədə yerləşən 2 otaqdan və 3 otaqdan ibarət tikilidən çıxarılmalı, həmin torpaq sahəsi və tikili İddiaçı istifadə və sahibliyinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10 may 2023-cü il tarixli, 10/2164 saylı tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1ində (**********50 daşınmaz əmlakın reyestr nömrəsi) 0,0196 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 otaqdan və 3 otaqdan ibarət hər iki tikili boşaldılsın, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsindən və həmin sahədə yerləşən 2 otaqdan və 3 otaqdan ibarət tikilidən çıxarılsın, həmin torpaq sahəsi və tikili İddiaçı istifadə və sahibliyinə verilsin. Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10 may 2023-cü il tarixli, 10/2164 saylı tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-480/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-480/2023
23.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - Digər - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver