Məhkəmə qərarları › İş №e-2(012)-5035/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5035/2025

15.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5035/2025 15.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, Ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə ona ayrılmış Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-918 A KOD 30800027 saylı şəhadətnamədə yazılmış “X2” ad, soyad, ata adının “Ərizəçi Vladımiroviçə məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə ona “fərdi yaşayış evi tikmək məqsədilə” 0,10 hatorpaq sahəsi ayrılmışdır. Bu barədə ona Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-918 AKOD30800027saylı şəhadətnamə verilmişdir.Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə yazılarkən diqqətsizlikdən“Ərizəçi Vladımiroviç” əvəzinə X2 kimi yazılmışdır. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili-nümayəndəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli 776 saylı arayışdan, müəyyən edilir ki, 918 A saylı şəhadətnamədə X3 əvəzinə X4 oxunmalıdır. Hər ikisi eyni şəxsdir. İşdə olan ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 9918 reyestr nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin ad və ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi “X3” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə müvafiq olaraq “X4” kimi qeyd edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə ona ayrılmış Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-918 A KOD 30800027 saylı şəhadətnamə Ərizəçi məxsus olmuşdur. Şəhadətnamə tərtib edilərkən texniki səhv edilərək hüquq sahibinin soyadı Əkpərov əvəzinə Əkbərov, adı Həsənəli əvəzinə Həsənalı kimi yazılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə X1 ayrılmış “Torpağın mülkiyyətə verilməsinə dair” JN-918A KOD 30800027 saylı şəhadətnamənin AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə X1 ayrılmış “Torpağın mülkiyyətə verilməsinə dair” JN-918A KOD 30800027 saylı şəhadətnamənin AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver