Məhkəmə qərarları › İş №e-2(012)-5747/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5747/2022

19.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Torpaq mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq sahəsinin boşaldılmas
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5747/2022 19.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbi barədə iddia ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı Saray qəsəbəsində yerləşən 0,022 ha torpaq sahəsinin və torpaq sahəsində qanunsuz tikilmiş evlərin cavabdeh və orada qanunsuz yaşayan digər şəxslər tərəfindən boşaldılması, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi, Saray qəsəbəsində yerləşən 0,022 ha torpaq sahəsində qanunsuz tikilmiş evə Cavabdeh və orada qanunsuz yaşayan digər şəxslərin istifadə hüquqlarının itirilmiş hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçı ASC-nin nümayəndəsinin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı ASC hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci ildə saat 11:45-də ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa və baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, İddiaçı ASC-nin iş üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin nümayəndəsinin iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanması barədə ərizəsi təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı ASC-nin hazırki mülki iş (e-2(012)-5747/2022 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (982957604 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver