Məhkəmə qərarları › İş №e-2(012)-6002/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6002/2022

01.11.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6002/2022 01.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və sənədlərin təqdim olunması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və sənədlərin təqdim olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 56 kvadrat metr olan 1 otaqlı mənzilin və 01 noyabr 2021-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 75,1 kvadrat metr olan 2 otaqlı mənzilin, habelə mülkiyyət hüququnun təsdiq olunması üçün tələb olunan sənədlərin təhvil verilməsi və dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində tərəflər arasında imzalanmış 01 iyul 2021-ci il və 01 noyabr 2021-ci il tarixli müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etsə də, iddia ərizəsinə pretenziya qaydasına riayət etməsini göstərən hər hansı bir sənəd əlavə etməmişdir. Həmin müqavilələrin 5.3-cü maddəsində göstərilmişdir ki, müqavilələr üzrə mübahisə yarandıqda, tərəflər bunu danışıqlar yolu ilə həll edirlər. Əks halda isə mübahisə məhkəmə qaydasında həll edilir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və sənədlərin təqdim olunması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar