Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-609/2023 13.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «hasarın və digər tikililərin sökülməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yüksək gərginlikli elektrik naqillərinin altında qanunsuz tikdiyi hasarı və digər tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyester Xidmətini Hüquqların Dövlət Qeydiyyat haqqında Reyesterində Daşınmaz Əmlakın Dövlət Reyesterindən xx.xx.2010-cu il tarixli ********** nömrəli çıxarışa görə Abşeron rayonu Saray qəsəbəsi X7 küçəsi 21 nömrəli ünvanda 1678,0 kv.m istehsal ,0,6285 kv.m torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Eyni zamanda İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin iki tərəfdən giriş,çıxış qapıları vardır, torpaq sahəsi şosse yolu ilə sərhəddir. Şosse yolu ilə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsini 8-10 metr enində 100 metrə qədər uzunluğu olan torpaq sahəsi ayırır. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi hasarlanaraq şosse yoluna qapı qoyulmuşdur. Eyni zamanda 8-10 metrlik eni 100 metrə qədər uzunluğu olan torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti keçir. Saray qəsəbə sakini Cavabdeh bütün tikinti normalarını pozaraq yüksək gərginlikli elektrik xəttinin altında mağaza,yaxud iaşə obyekti kimi istifadə edilə biləcək 2 otaqlı obyektin mülkiyyətçi ,İddiaçı orada daimi yaşamamasından sui istifadə edərək inşa etmişdir. Bu zaman darvazanı, yəni giriş qapısını İddiaçı üzünə bağlamışdır. Eyni zamanda Abşeron rayonu Saray bələdiyyəsininn 29 iyul 2022-ci il tarixli 252 saylı vəkil sorğusuna verdiyi cavabdan görünür ki, Vəkilin sorğusu əsasında araşdırma aparılmış,həmin ərazidə olan tikintinin kimə məxsus olması və həmin torpaq sahəsinin kimin adına olub olmaması ilə bağlı bir məlumat əldə olunmamışdır. Bundan başqa Abşeron RPİ-nin X6 xx.xx.2022-ci il tarixli vəkil sorğusuna verilən cavabdan görünür ki, araşdırma aparılmış, müəyyən edilmişdir ki,müraciətdə qeyd olunan xüsustatlar məhkəmənin səlahiyyətində olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.İddia ərizəsinə əlavə edilmiş fotodan görünür ki,Cavabdeh İddiaçı məxsus torpaq sahəsini zəbt etmiş ,eyni zamanda həyətə giriş qapısını bağlamışdır. Həmçinin qeyd edir ki məhkəmənin qərardadı ilə ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin yer quruluşu üzrə mühəndisi cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsinə dair göstərişindən susiistifadə edən ekspert gözlə görünən qanunsuz tikililəri bir kənara qoyub “mühəndisin” saxta rəyi əsasında ekspertiza keçirmişdir. Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Ekspertiza mərkəzinin vermis olduğu 13 oktyabr 2023-cü il tarixli ekspert rəyi, məhkəmə işinə və iddiaçının tələblərinə aid olan faktları deyil uydurma “mühəndis” rəyi əsasında yeni ekspertiza keçirmiş və saxta rəy vermişdir.Ona görə də o, ekspert rəyi ilə razı deyildir. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Həmin torpaq sahəsi 1998-ci və 1999-cu illərdə X4 tərəfindən ona verilmişdir. Həmin torpaq sahəsinin ona məxsus olduğunu, heç kimin torpaq sahəsini zəbt etmədiyini, inşa etdiyi tikililərin öz torpaq sahəsinə düşdüyünü, əgər iddiaçının torpaq sahəsinə daxil olduğu sübuta yetirlərsə həmin tikililəri sökəcəyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair aktdan görünür ki, Abşeron rayon 2 nömrəli DNK-nun xx.xx.2005-ci il tarixli 4Ə-12-1471 nömrəli alqı-satqı müqaviləsi ilə satılmış 0.63 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə İddiaçı verilmiş və xx.xx.2006-cı il tarixdə dövlət aktı qeydiyyat kitabında 9599 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ölçüsü 0.6285 ha, əmlak kompleksinin ümumi sahəsi 1678.0 kvm olan torpaq sahəsi dövlət reyestr xidmətində **********3 qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 95 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamının çıxarışından görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə X4nun xx.xx.1994- cü il tarixli, 59 saylı əmri ilə qəsəbə daxilində boş, istifadəyə yararsız 0.10 ha torpaq sahəsi X2 ayrılmış və ona həmin sahədə yaşayış evi tikməyə icazə verilmişdir. İş materiallarında olan 7E-28044 nömrəsi ilə reyestrdə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, AR-İİ №817886 saylı etibarnamədən görünür ki, X3 həmin torpaq sahəsinin müqəddəratını həll etməklə bağlı hüquqlarını Cavabdeh 5 il müddətinə etibar etmişdir . Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mübahisə üzrə obyektiv həqiqətlərə nail olmaqdan ötrü tikinti-texniki ekspertizası keçirmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5269 nömrəli rəyindən göründüyü kimi mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Kənan Aslanovun tərtib tərtib etdiyi 19 iyul 2023-cü il tarixli, 3-21-3-32/2-8284/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0.6285 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1678.0 kv.m olan əmlak kompleksi (xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Repsublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, torpaq sahəsinin və əmlak kompleksinin planı və ölçüsündə göstərilən koordinatları) İddiaçı faktiki istifadəsində olan 0.6484 ha torpaq sahəsinin daxilində yerləşir.İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0.6285 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1678.0 kv.m olan əmlak kompleksi (xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Repsublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin və əmlak kompleksinin planı və ölçüsündə göstərilən koordinatlar daxilində) Cavabdeh tərəfindən istifadə olunmur. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 19 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 0.6285 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1678.0 kvm olan əmlak kompleksi (xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, torpaq sahəsinin və əmlak kompleksinin planı və ölçüsündə göstərilən koordinatları) İddiaçı faktiki istifadəsində olan 0,6484 ha torpaq sahəsinin daxilində yerləşir.(sxemdə göstərilmişdir).İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 0.6285 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1678.0 kvm olan əmlak kompleksinə (xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, torpaq sahəsinin və əmlak kompleksinin planı və ölçüsündə göstərilən koordinatlar daxilində) Cavabdeh tərəfindən müdaxilə (zəbt) və ya manea mövcud deyildir.(sxemdə göstərilmişdir). Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5269 nömrəli rəyində göstərilən xüsusatları təkzib edən mötəbər sübutlar müəyyən edilmədiyindən, məhkəmə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə izahatlarına tənqidi yanaşaraq iddianın təmin olunmasını mümkün hesab etmir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5269 nömrəli məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı «hasarın və digər tikililərin sökülməsi» tələbinə dair iddiası rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 05 sentyabr 2022-ci il tarixli, 10/4360 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-609/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-609/2023
13.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Torpaq mübahisələri - Maneənin aradan qaldırılması - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver