Məhkəmə qərarları › İş №e-2(012)-680/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-680/2025

16.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-680/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı2 (həmçinin digər iddiaçının nümayəndəsi), Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «torpaq sahəsindən və mənzildən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara məxsus Xəzər rayonu X11 yerləşən 4 sot torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən məcburi çıxarılması, evin boşaldılaraq onlara təhvil verilməsi, evin təhvil verildiyi günədək hər ay 250 manat kirayə haqqının hesablanaraq cavabdehlərdən tutulması, bundan başqa dəymiş zərər olaraq, ələ keçirdikləri qızıla görə 4500 manat və 10000 manat nağd pul və əmlaka vurulan zərər olaraq, 10000 manat olmaqla, cəmi 24500 manat pulun, həmçinin 165 manat dövlət rüsumunun və vəkilə etibarnamənin verilməsinə görə ödənilmiş 19 manatın onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, X5, eləcə də Cavabdeh3 da azyaşlı övladları Cavadov Elgün, Cavadova Günəş, Cavadov Aqil, Cavadov Zəka və Cavadova Miranla birlikdə iddiaçılara məxsus X18nda yerləşən 4 sot torpaq sahəsindən və üzərində iddiaçılar tərəfindən inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları, evin boşaldılaraq iddiaçılara təhvil verilməsi, 2023-cü ilin dekabr ayından qətnamə qəbul olunan günədək hər ay 250 manat olmaqla kirayə haqqının hesablanaraq cavabdehlər X1 və X3 alınıb iddiaçılara verilməsi, evdən oğurlanmış 4500 manatlıq qızılın dəyərinin və 10000 manat pulun, cəmi 24000 manat nağd pulun, 165 manat dövlət rüsumunun, etibarnamə üçün ödənilmiş 19 manat pulun cavabdehlər X1 və X3 alınıb iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X15 məhkəməyə vəsatət göndərərək, hazırki mülki işə Abşeron Rayon Məhkəməsində deyil, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında baxılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında hazırki mülki işin aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o, mülki işin aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. Cavabdeh2 məhkəmə iclasında mülki işə Suraxanı Rayon Məhkəməsində baxılmasına etiraz etmədiyini bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X15 məhkəmə iclasında vəsatətini onunla əsaslandırdı ki, Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamında olan sovxozlar inzibati idarə etmə baxımından Sabunçu, Pirallahı və Suraxanı Rayon İcra Hakimiyyətinə aiddir. Qeyd edir ki, iş üzrə Rayon İcra Hakimiyyətindən verilmiş vəsatətdə texniki səhvə yol verilərək torpaq sahəsinin Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşdiyi qeyd olunmuşdur. Bildirir ki, iş üzrə mübahisəli ərazi Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində yerləşir və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə həmin ərazi Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmışdır.Hal-hazırda eyni ərazi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən X4 icarəsinə verilmiş torpaq sahəsindən digər şəxslərin çıxarılması tələbi ilə bağlı mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hesab edirlər ki, hazırki mülki işə Abşeron Rayon Məhkəməsində deyil, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır.Odur ki, qeyd edilənlərə əsasən o, mülki işin aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan müvafiq dövlət qurumunun nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «torpaq sahəsindən və mənzildən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlərin çıxarılmasını tələb etdikləri fərdi yaşayış evi və sözügedən evin inşa edildiyi torpaq sahəsi inzibati ərazi vahidi olaraq Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşir və iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15 aprel 2025-ci il tarixli, 3-21-3-32/2-5759/2025 nömrəli cavab məktubundan göründüyü kimi ləğv edilmiş DT və XK tərəfindən X4 adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanıldığını, keçmiş X18 hüdudları daxilində yerləşdiyini və inzibati olaraq Bakı şəhərinə (Suraxanı rayonuna) aid edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş ilə bağlı olan torpaq sahəsi barədə X7 iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 saylı sərəncamı ilə tikinti və sahibkarlıq məqsədi ilə istifadəsinə ayrılmış 2 hektar torpaq sahəsinin cavabdeh X13 tərəfindən zəbt edilmiş 700 kv.m torpaq sahəsinin boşaldılması, ilkin vəziyyətə qaytarılması və torpaq sahəsinin təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-437/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 705 nömrəli sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə iddiaçı X6 ayrılmış Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000,76 kv.m torpaq sahəsinin (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) cavabdeh X13 tərəfindən zəbt edilmiş 700 kv.m hissəsinin boşaldılması, torpaq sahəsinin cavabdehin vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması və iddiaçı X6 təhvil verilməsi, cavabdeh X8 100 manat dövlət rüsumunun alınıb X6 verilməsi qət edilmişdir. Daha sonra cavabdeh Azər Əsgərov sözügedən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-229/2024 nömrəli mülki iş üzrə 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Suraxanı Rayon Məhkəməsinin 2(010)-473/2023 saylı işi üzrə 15 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh X9 vəkili X16 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3698/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-229/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3698/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından da göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə X6 ayrılmış Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində yerləşən 20000,76 kv.m torpaq sahəsinin əvvəllər Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Abşeron rayonunun X19 aid olduğu, hazırda isə sözügedən torpaq sahəsinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşdiyi qeyd edilmiş, bu fakt apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən təkzib edilməmişdir. Bundan əlavə hazırki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin inzibati olaraq Suraxanı rayonuna aid edilməsi faktı Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən verilmiş vəsatətdə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15 aprel 2025-ci il tarixli, 3-21-3-32/2- 5759/2025 nömrəli cavab məktubunda da öz təsdiqini tapmışdır. Belə olan təqdirdə Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 44.2.2-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələbinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 39.1, 40, 44, 45, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «torpaq sahəsindən və mənzildən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver