Məhkəmə qərarları › İş №e-2(014)-1319/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1319/2023

25.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1319/2023 25.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbı̇ n nümayəndəsi (direktor) X4 iştirakları ilə İddiaçı İsmı̇ xan oğlunun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbı̇ nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmı̇ xan oğlu cavabdeh Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbı̇ nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X10 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbində uzun müddətdir ki, fiziki tərbiyə müəllimi işləyir. Həmin məktəbdə işlədiyi dövr ərzində heç bir nöqsana yol verməmiş və ən yüngül intizam tədbiri olan xəbərdarlıq da almamışdır. Lakin 2022-ci ildən etibarən ona qarşı dərs dediyi şagirdlərdən birinin valideyni tərəfindən qarayaxma kampaniyası başlanılmış və bu barədə müxtəlif dövlət orqanlarına, o, cümlədən hüquq mühafizə orqanlarına həmin valideyn tərəfindən müraciətlər olmuşdur. Həmin müraciət əsasında toplanmış materiala hüquqi qiymət verilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X10 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbdə işlədiyi müddətdə hər zaman vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirərək müəssisənin maraqlarına xidmət etməyə çalışmışdır. Ancaq xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X10 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin direktoru Ələs Novruzov tərəfindən qanunsuz və əsassız olaraq verilən 115 nömrəli əmrlə işdən azad olunmuşdur. Sözügedən orqanla aralarında bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verilmişdir. 15 ildən artıq müddətdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X10 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbində çalışır. Onun işdən azad olmağı barədə qəbul edilən 115 nömrəli əmrin heç bir hüquqi əsası mövcud deyildir, tamamilə qərəzli olaraq qəbul edilmişdir. İşdən azad olunmamışdan öncə hər hansı vəzifə öhdəliyini pozmağı ilə bağlı olaraq ona heç bir xəbərdarlıq edilməmiş, işdən azad olunmağı isə barəsində qəbul edilən əmrdən sonra öyrənmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əgər yerinə yetirdiyi fəaliyyətlə əlaqədar olaraq tərəfindən hər hansı vəzifə öhdəliyi pozulmuşdursa, bununla bağlı işlədiyi orqan tərəfindən ilkin olaraq ona xəbərdarlıq edilməlidir. Ancaq bununla bağlı fəaliyyət göstərdiyi orqan tərəfindən ona xəbərdarlıq olunmamış, işdən azad olunmağı barədə əmri də sonradan öyrənmişdir. Bundan başqa Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində göstərilən hallar yalnız sübut olunduqca işəgötürən tərəfindın işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verə bilər. Yuxarıda göstərdiyi xüsusatlar, həmçinin işdən azad olunmağı barədə qəbul edilmiş əmri sonradan öyrənməyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X10 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbi ilə aralarında bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilməsinin bariz sübutudur. Bununla da onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X10 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin direktoru Ələs Novruzov tərəfindən barəsində verdiyi 115 nömrəli əmrin ləğv olunaraq yenidən işə bərpa olunmağı və məcburi işburaxma günləri üçün ödənilməmiş əmək haqqının ödənilməsi zəruridir. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbı̇ n nümayəndəsi (direktor) X9 izahat verərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə 158 nömrəli əmrlə Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbı̇ n direktoru vəzifəsinə təyin edilmişdir. Məktəbin rus bölməsinin X sinif şagirdi Sona Həsənovanın anası Şəbnəm Həsənova 28 aprel 2022-ci ildə onun iş otağına gələrək məktəbin fiziki tərbiyə müəllimi İddiaçı onun övladına qarşı əxlaqsız hərəkət etdiyini bildirərək, ona müraciət etmişdir. O da dərhal müavinlərini, məktəbin psixoloqunu, UBT rəhbərini, İddiaçı, uzun müddət rayonun təhsil müəssisələrində çalışmış onun dayısı Ağaməmməd müəllimi, İX sinif şagirdi Sona Həsənovanı və anası Şəbnəm Həsənovanı otağa dəvət etmişdir. Şəbnəm Həsənova bildirdi ki, İddiaçı onun qızına dəfələrlə “gəl sevgili olaq”, “sənin bütün problemlərini həll edəcəm” deyərək onu narahat etmiş, idman zalının geyim otağında ona qarşı zorakılıq edərək qucaqlayaraq öpmüş və digər müəllim adına yaraşmayan əxlaqsız hərəkətlər etmişdir. Müzakirə zamanı İddiaçı bu faktı etiraf etməsə də, işdən gedəcəyini bildirmişdir. Dayısı Ağaməmməd müəllim “Vətən müharibəsi qəhrəmanı” olan Gündüz Səfərlinin atası olduğunu bildirərək Şəbnəm Həsənovadan bacısı oğlunun bağışlanmasını xahiş etmişdir. X11 Şahmuradovun məktəbdən getməsini tələb etmiş və qeyd etmişdir ki, qızı psixoloji gərginlik keçirir, əsəbindən dayanmadan əl barmaqlarını dişləyir. Məsələ ilə əlaqədar o, Ağdaş rayonu üzrə Təhsil Sektorunun müdirini məlumatlandırmış və müdir X10 Təhsil İdarəsinə məlumat vermişdir. X10 Təhsil İdarəsinin hüquq sektorunun müdiri onu, iki müavinini, psixoloqu, UBT rəhbərini, texnologiya müəllimini, Sona Həsənovanın sinif rəhbərini və İddiaçı qəbul edərək izahatlar almışdır. Eyni zamanda Ağdaş rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 ondan və İddiaçı izahat almış və rayon prokuroru Anar müəllim onu qəbul edərək bu məsələnin xoşagəlməz hal olduğunu qeyd edərək tədbir görülməsini tapşırmışdır. Rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenatı Afiq Abuşov onu, iki müavinini, psixoloqu, rus bölməsinin İX sinfinin bir neçə şagirdini çağıraraq iş otağında şagirdlərin valideynlərinin iştirakı ilə izahatları alınmışdır. Onu sonradan polis idarəsinin İstintaq bölməsinin rəisi, polis kapitanı İbrahim Nəcəfli qəbul etmiş və araşdırmanın nəticəsi X10 Təhsil İdarəsinə göndərilmişdir. Məktəbin fiziki tərbiyə müəllimi İddiaçı fəaliyyətində yol verdiyi nöqsanlar Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi polis kapitanı İbrahim Nəcəflinin təqdimatı əsasında 30 may 2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın 3.9, 3.10, 3.15, 4.1.9, 6.1 maddələrini kobudcasına pozmuş olduğu və müəllim adına yaraşmayan hərəkətlərə yol verdiyi müəyyən olunaraq Pedaqoji Şurada müzakirə edilmiş, məktəb Pedaqoji Şura onun tutduğu vəzifədən azad edilməsinə razılıq verməsi üçün məktəb İlk Həmkarlar Komitəsinə müraciət olunmuşdur. 31 may 2023-cü il tarixdə o, məktəb İlk Həmkarlar Komitəsinin sədrinə 12 nömrəli məktubla müraciət edərək məsələ ilə bağlı məktəbin fiziki tərbiyə müəllimi İddiaçı fiziki tərbiyə müəllimliyindən azad edilməsini xahiş etmişdir. 31 may 2023-cü il tarixdə məktəb İlk Həmkarlar Komitəsinin 06 nömrəli iclas protokoluna əsasən onun işdən azad olunmasına razılıq verilmişdir. İddiaçı 31 may 2023-cü il tarixdən məktəbin fiziki tərbiyə müəllimliyindən azad edilməsi və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsinə məktəb İlk Həmkarlar Komitəsi razılıq vermişdir və məktəbin rəhbərinə bu barədə məktub təqdim etmişdir. Məktəb Həmkarlar Komitəsinin 06 nömrəli protokolundan çıxarış məhkəmənin hazırlıq iclasında sizə təqdim olunmuşdur. 31 may 2023-cü il tarixdə o, İddiaçı tutduğu vəzifədən azad olunması barədə əmr hazırlayaraq onu iş otağına dəvət etmişdir. X3, Toğrul Abdullayev və katibə Elsanə Əhmədovanın iştirakı ilə İddiaçı izahat verməyi, əmri və əmək kitabçasını götürməsini xahiş etmişdir. Eləcə də qeyd olunan vaxt İddiaçı bununla bağlı heç bir izahat verməyəcəyini bildirərək onun işdən azad edilməsi barədə əmrin surətini və əmək kitabçasını qəbul etməkdən imtina etmişdir. Bu barədə aktlar tərtib edilmişdir. İddiaçı tutduğu vəzifəsindən azad edilməsi barədə əmrin surətini və əmək kitabçasını qəbul etməyi üçün 08 iyun və 13 iyun 2023-cü il tarixlərdə tərəfindən onun yaşadığı və qeydiyyatda olduğu ünvana rəsmi məktublar göndərilmişdir. Əlavə olaraq İddiaçı telefonla zəng edərək əmri və əmək kitabçasını götürməsini və hüququnu müdafiə etməsini bildirmişdir. 24 iyun 2023-cü il tarixdə saat 11:00-da İddiaçı əmək kitabçasını və əmri ondan götürmüşdür. Bununla bağlı qeyd yazmışdır. Əmri və əmək kitabçasını aldıqdan 20 dəqiqə sonra İddiaçı geri qayıtmış və əmrin tarixini 31 may 2023-cü il yox 24 iyun 2023-cü il tarixdə yazılmasını tələb etmişdir. Lakin, o, bunu etməkdən imtina etmişdir. İddiaçı əsəbləşərək əmək kitabçasını və əmri otaqda qoyaraq getmişdir. Sonradan bibisi oğlu Arif adında şəxs (övladı 3 nömrəli məktəbdə təhsil alır) gəlib sənədi istəmiş, o, isə Arifə bildirmişdir ki, ancaq sənədləri ona notariat qaydada təsdiqlənmiş sənəd gətirdikdən sonra təqdim edə bilər. Bundan sonra İddiaçı özü gəlib əmək kitabçasını götürmüşdür. İşdən azad edildikdən sonra İddiaçı 1398,03 manat son haqq-hesab ödənilmişdir. 2022-ci ilin avqust ayında iddiaçı Şəbnəm Həsənovanın təkidini nəzərə alaraq o, müavini və rayon ağsaqqalı Şahmuradovlar ailəsinə yaxın olan X12 Şahmuradovun yaşadığı ünvana gedərək anası ilə görüşmüşlər və bu məsələnin geniş yayılmaması məqsədi ilə ondan qızını və gəlinini götürərək Şəbnəm Həsənovayla danışmağını xahiş etmişlər. İddiaçı anası isə heç bir danışığa getməyəcəyini bildirmişdir. İddiaçı hüququnun müdafiəsi üçün məhkəməyə 1 ay müddətində müraciət etməli olduğu halda xx.xx.2023-cü il tarixdə müraciət etmişdir və bununla da məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Təhsil sistemində sentyabr ayının 15-də dərslər müəllimlər arasında bölünür və direktorla müəllim arasında tarifikasiya müqaviləsi bağlanır. Anar müəllim bunları bilərəkdən məhkəmə prosesini gecikdirmişdir. Yeni 2023-2024-cü təhsil ili üçün məktəbdə fiziki tərbiyə müəlliminə ehtiyac olduğundan o, məktəbdə fiziki tərbiyə dərslərinin keçirilməsi üçün fiziki tərbiyə müəllimi üçün vakansiya vermişdir. 15 sentyabr 2023-cü il tarixdən müddətsiz müqavilə ilə yeni müəllim həmin dərsləri tədris edir. Anar müəllim iddia ərizəsində əmrin ləğv edilməsini, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsini tələb etdiyi kimi iddia ərizəsinin tarixini işdən azad olunmasından bir ay müddətində həll etməli idi. 31 may 2023-cü il tarixdən 31 iyul 2023-cü ilə qədər bu məsələ ilə bağlı fikirləşməmişdir. O, bilərəkdən iddia ərizəsini gecikdirmişdir. İddiaçı cari tədris ilində məktəbə qayıtması məktəbin müəllim, valideyn və şagirdlərin narahatlığına səbəb olacaq və onun dərslə təmin olunması qeyri-mümkündür. Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsasları olmamışdır. İddiaçının ona qarşı hazırkı iddia ərizəsi tam əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Ağdaş rayon Təhsil Sektoru Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbi üzrə 158 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddətinin uzadılmasına dair əmrin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 nömrəli şəhər tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İşin materiallarında olan Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbdə məktəb rəhbərliyinin və digər işçilərin iştirakı ilə xx.xx.2023-cü il tarixli, 07 nömrəli iclas protokulundan və həmin iclas protokolunun Çıxarışından görünür ki, Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi İbrahim Nəcəfli tərəfindən Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbin fiziki tərbiyə müəllimi İddiaçı öz vəzifə öhdəliklərinin icrası zamanı yol verdiyi hüquqi pozuntular barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X10 Təhsil İdarəsinə ünvanlanmış 26 aprel 2023cü il tarixli, 13/313-62/2-1129/2023 nömrəli təqdimatı müzakirə olunmuşdur. İddiaçı şagirdlərlə “Whatsapp” sosial şəbəkəsi vasitələri yazışması qəbul olunmaz hal olduğu bildirilmişdir. İşin materiallarında olan Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 06 nömrəli iclas protokolu və həmin iclas protokolunun Çıxarışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən məktəbin fiziki tərbiyə müəllimliyindən azad edilməsi və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəb üzrə fəaliyyət göstərən şəxslər tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi İ.Nəcəfli tərəfindən X10 Təhsil İdarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli 13/313-62/2-11239/2023 nömrəli təqdimatda qeyd olunan hüquq pozuntuları ilə əlaqədar Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbin direktoru Ələs Novruzov məktəbin fiziki tərbiyə müəllimi İddiaçı izahat verməyi tələb olunmuş, İddiaçı isə bununla bağlı heç bir izahat verməyəcəyini bildirmişdir. İşin materiallarında olan Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəb üzrə fəaliyyət göstərən şəxslər tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçıla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbin direktoru Ə.Novruzovun 115 nömrəli əmri məktəbin direktoru tərəfindən fiziki və tərbiyə müəllimi İddiaçı elan edilərək, ona qeyd olunan əmrin surətini və əmək kitabçasını qəbul etməsi təklif edilmişdir. İddiaçı əmrin surətini və əmək kitabçasını qəbul etməkdən imtina etmişdir. İşin materiallarında olan Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbin İlk Həmkarlar Komitəsinin sədri R.İsgəndərova tərəfindən həmin məktəbin direktoru Ə.Novruzova ünvanlanmış məktubun surətindən görünür ki, R.İsgəndərova məktəbin fiziki tərbiyə müəllimi İddiaçı fiziki tərbiyə müəllimliyindən azad edilməsinə etiraz etməmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X10 Təhsil İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2023-cü il tarixli, 3-29-40/2-1039/2023 saylı məktubdan görünür ki, Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbin fiziki tərbiyə müəllimi İddiaçı məktəb direktorunun xx.xx.2023-cü il tarixli 115 №-li əmrinə əsasən tutduğu vəzifədən azad edilmiş və ona 1398,03 manat son haqq-hesab ödənilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X10 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbi tərəfindən İddiaçı ünvanlanmış 13 iyun 2023-cü il tarixli, 22 nömrəli məktubun surətindən görünür ki, İddiaçı 08 iyun 2023-cü il tarixdə "xxxx" MMC vasitəsilə ********* nömrəli məxaric qəbzi ilə əmək müqaviləsinə xitam verilməsi barəsində olan əmri və əmək kitabçasını götürmək üçün müraciət olunmuşdur. Lakin, bu günə kimi o, məktəbdən əmək kitabçasını və əmri götürməmişdir. 13 iyun 2023-cü il tarixdə işdən azad olunması barədə əmrin surəti, əmək müqaviləsinə xitam verilməsi haqqında elektron əmək müqaviləsi ona göndərilməsi barədə məlumat verilmişdir. Əmək kitabçasını məktəbə gələrək götürməsi bildirilmişdir. İşin materiallarında olan İddiaçı tərəfindən yazılmış və imzası ilə təsdiqlənmiş əlyazmanın surətindən görünür ki, İddiaçı 24 iyun 2023-cü il tarixdə saat 11:00-da məktəb direktoru Ələs Novruzovdan əmək kitabçasını götürmüşdür. İşin materiallarında olan Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbin xx.xx.2022-ci il tarixli 02 saylı Pedaqoji şura protokolundan Çıxarışından görünür ki, iclasda iştirak etmiş şəxslərin çıxışları və məlumatları dinlənilmiş, pedaqoji şura məktəbin fiziki tərbiyə müəllimi İddiaçı hərəkətləri yüksək müəllim adına ləkə yaxdığı üçün onun tutduğu vəzifədən azad edilməsinə razılıq verilməsi üçün məktəbin İlk Həmkarlar Komitəsinin sədrindən xahiş edilməsi qərara alınmışdır. İşin materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 115 nömrəli əmrin surətindən görünür ki, “Ağdaş rayonu üzrə təhsil müəssisələri/ Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəb” bölməsində “Fiziki tərbiyə” müəllimi vəzifəsində işləyən İddiaçı İsmixan oğlu ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdikdə, yaxud bu məcəllənin 72-ci maddəsinə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” xx.xx.2023-cü il tarixdə xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 42 məzuniyyət gününün son haq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasına lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X10 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbin direktoru Ələs Novruzov tərəfindən verilmiş 31 may 2023-cü il tarixli, 115 nörməli əmrin surətindən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) 31 may 2023-cü il tarixdən xitam verilməsi, son haqq-hesabının ödənilməsi, tədris işləri üzrə direktor müavini X1 İddiaçı üzərində olan dərs saatlarını xx.xx.2023-cü il tarixdən digər fiziki tərbiyə müəllimləri tərəfindən əvəz olunmasının təmin edilməsinin tapşırılması, əmək kitabçası və əmrin surətinin İddiaçı verilməsi, əmrin nüsxəsinin X10 Təhsil İdarəsinə və Ağdaş rayonu üzrə Təhsil Sektoruna təqdim edilməsi əmr edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X7 24 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə İddiaçı əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə tərəf olmayan Fərəcova-Həsənova Şəbnəm məhkəmə teleqram ünvanlayaraq İddiaçı X5 qarşı işə bərpa olmasına dair tələbinin rədd edilməsini xahiş etmişdir. Belə ki, onun qızı X14 Şahmuradovun ona qarşı törətdiyi seksual xarakterli zorakılıq hərəkətlərinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məktəbə getməmişdir. Altıncı sinifdə ona qarşı törədilən bu cinayət əməllərinə görə qızı uzun müddətli psixoloji gərginlik keçirmiş, fiziki səhhətində də problemlər olmuş və təhsilindən qalmışdır. Bununla bağlı qeyd etmişdir ki, iddia üzrə o, tərəf olmasa da bilavasitə onun qızı Sonanın başına gələn hadisə ilə bağlı İddiaçı Ağdaş rayon prokurorluğu və polis şöbəsinin apardığı araşdırmalar nəticəsində Təhsil şöbəsinə göndərilən təqdimat əsasında işdən azad edilmişdir. İddiaçı işinə bərpa olunsa, bu pedofil tərəfindən seksual xarakterli zorakılığa məruz qalan qızı və digər şagirdlər təhlükəyə məruz qalacaqlar. Bu halda qızının təhsilinə davam etdirməsi mümkün olmayacaq, çünki İddiaçı işə davam etsə qızı onu gördükdə məktəbə gedə bilməyəcək, psixoloji gərginlik və stres keçirdiyinə görə məktəbə gedə bilməyəcək, İddiaçı gördükdə özünü təhlükədə hiss edir və həmin proseslərin təkrar olunmasından qorxur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X10 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbində uzun müddətdir ki, fiziki tərbiyə müəllimi işləyir. Həmin məktəbin 9-cu sinif şagirdi Sona Həsənovanın anası Şəbnəm Həsənova məktəb rəhbərliyinə, daha sonra Ağdaş rayon prokurorluğuna və Ağdaş rayon Polis şöbəsinə müraciət edərək həmin məktəbin fiziki tərbiyə müəllimi İddiaçı qızına “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə mesajlar yazaraq, eyni zamanda məktəbdə olarkən dəfələr qızına sevgili olmasını təklif etdiyini bildirərək qızına qarşı müəllim adına xələl gətirən hərəkətlər etdiyini bildirərək bu qəbul edilməz vəziyyətə son qoyulmasını, İddiaçı işdən azad olunmasını və cəzalandırılmasını xahiş etmişdir. Məktəb rəhbərliyi tərəfindən dərhal araşdırma aparılmış, X10 Təhsil İdarəsinə məlumat verilmiş, məktəbdə çalışan müəllimlərin və digər işçilərin iştirakları ilə iclaslar təşkil olunmuş, baş vermiş hadisənin məktəbin və orada çalışan işçilərin nüfuzuna xələl gətirildiyi, müəllimin şagirdləri ilə “Whatsapp” sosial vasitəsi ilə yazışmalarının qəbuledilməz olduğu bildirilmiş, eyni zamanda İddiaçı işdən azad olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X10 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbin direktoru Ələs Novruzovun 31 may 2023-cü il tarixli, 115 nörməli əmrinə əsasən İddiaçı işdən azad edilmiş, ona əmək kitabçası təqdim edilməklə, son haq-hesabı qanunvericiliyə uyğun şəkildə hesablanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın: - 3.8-ci bəndinə əsasən müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir. - 3.15-ci bəndinə əsasən müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət edir. - 6.1-ci bəndinə əsasən hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. - 6.3.6-cı bəndinə əsasən rəhbər bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi iddiaçının işdən azad olunmasının hüquqi əsası Pedaqoji şuranın xx.xx.2023-cü il tarixli iclasında da (həmin protokol hazırda qüvvədədir) öz təsdiqini tapmış İddiaçı yüksək müəllim adına ləkə gətirən davranışı olmuşdur. Eyni zamanda, İlk Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli iclas protokolu (hazırda qüvvədədir) ilə də müəyyən edilmişdir ki, İddiaçı vəzifə öhdəliklərinin icrası zamanı əxlaqsız hərəkətlərə yol vermişdir. Bundan başqa, iddiaçının hərəkətləri ilə bağlı istintaq orqanı araşdırma apararaq cinayət işinin başlanmasının rədd olunmasına dair nəticəyə gəlsə də, iddiaçının əmək intizamını pozması qənaətinə gələrək, bu barədə müvafiq təqdimatla müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı İsmı̇ xan oğlunun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbı̇ nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı İsmı̇ xan oğlunun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağdaş şəhərı̇ Bəkı̇ r Nəbı̇ yev adına 3 nömrəlı̇ şəhər tam orta məktəbı̇ nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar