Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2047/2025 16.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "cavabdehin əmlakı ilə birlikdə xüsusi mülkiyyət hüququ üzrə mülkiyyətində olan yaşayış sahəsindən məcburi çıxarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "cavabdehin əmlakı ilə birlikdə xüsusi mülkiyyət hüququ üzrə mülkiyyətində olan yaşayış sahəsindən məcburi çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hümbət oğlunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən adıma verilmiş **********18-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və fərdi yaşayış evinin texniki pasportna əsasən ünvan 1 ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 58.4 kv.metr olan iki otaqdan və bir yardımçı otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyata aldırmış və bu barədə adına **********18-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və fərdi yaşayış evinin texniki pasportu işlənərək verilmişdir. Bildirir ki, 0.08 ha həyətyanı torpaq sahəsi ona Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 15 saylı qərarı ilə verilmişdir və bu barədə adına 03 oktyabr 2002-ci il tarixində kitabda 739 nömrə ilə qeydiyyata alınmış JN – 200A , kod 90313018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Xüsusi mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 1990-cı ildə inşa edilmişdir. Yaşayış otaqlarının döşəməsi üçün taxta materialı olsa da, döşəmə hazır olmayan ildə, yəni 2004-cü ildə özü ailəsi ilə birlikdə yuxarıda göstərdiyi ünvanda həyat yoldaşının adına olan təsərrüfatında yaşadığından, xüsusi mülkiyyətində olan mübahisə predmeti olan həmin yaşayış sahəsi baxımsız qalmasın deyə, həyat yoldaşının tanışı olan cavabdehlə razılaşaraq evdən və həyətdən müvəqqəti istifadə etmək üçün ona vermişdir. Razılaşmaya əsasən o təsərrüfata baxmalı və ondan istifadə etməli idi. Onun və ailə üzvlərinin birlikdə həmin yaşayış sahəsində yaşadığına görə ondan kirayə haqqı tələb etməmişdir. 2025-ci ilin əvvəllərində ona məlum olmuşdur ki, cavabdeh ailəsində yaranmış problemə görə faktiki olaraq həyat yoldaşından ayrılıb və həyat yoldaşı uşaqları ilə birlikdə həmin evdən çıxaraq yaşamaq üçün başqa yerə getmişdir. O xəstə olduğuna, daim həkim nəzarətində olduğuna və mütəmadi olaraq tibb müəssisəsində müayinə və müalicə olunduğuna görə bir neçə ay bundan əvvəl cavabdehə özünə məxsus əmlakı ilə birlikdə həmin yaşayış sahəsindən çıxaraq yaşayış sahəsini boşaltmasını xahiş etsə də, cavabdeh bəhanələr uyduraraq və heç bir əsası olmayan şərtlər irəli sürməklə könüllü olaraq yaşayış sahəsindən çıxmaq istəmir. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ünvan 1 ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək hüquqları onun tərəfindən pozulmuşdur. Ona görə də cavabdehin həmin mübahisəli yaşayış sahəsindən əmlakı ilə birlikdə çıxarılması məhkəmə qaydasında həll edilməlidir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək bildirdi ki, iddiaçı onun həyat yoldaşıdır. Yataq xəstəsi olduğundan onun nümayəndəsi olaraq gəlmişdir. Həmin yaşayış evini satmaq istədiklərindən cavabdehin oradan çıxmasını istəyirlər. Cavabdeh heç bir əsas olmadığından onun evində qalır. Ev tamamilə onların mülkiyyətindədir. Lakin cavabdeh onlara məxsus olan yaşayış sahəsindən çıxmır. Ona görə də iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, həmin yaşayış sahəsində əlavə tikinti işləri aparmışdır. Hal-hazırda maddi imkanı olmadığından öz evinə çıxa bilmir. May ayına qədər evini tikib qurtarana kimi vaxt verilməsini xahiş edir. Sonra mənzili tərk edəcək. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş Ağdaş rayon Şəmsabad kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 1995-ci il tarixli Vİ-261429 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X3 arasındakı nikah 07 aprel 1995-ci il tarixli 05 saylı akt ilə qeydə alınmışdır. İşin materillarında olan JN-200A KOD 90313018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 25 noyabr tarixli 15 nömrəli qərarına əsasən Ağdaş rayonu Məşəd kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi X1 istifadəsinə verilmişdir. İşin materillarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında ümumi sahəsi 58.4 kvmetr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. Beləliklə məhkəmədə müəyyən olundu ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.08 torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı 2004-cü ildə ailəsi ilə birlikdə Ağdaş rayonu Şəmsabad kəndində həyat yoldaşının adına olan təsərrüfatında yaşadığından, xüsusi mülkiyyətində olan mübahisə predmeti olan yaşayış sahəsi baxımsız qalmaması üçün həyat yoldaşının tanışı olan cavabdehlə razılaşaraq, evdən və həyətdən müvəqqəti istifadə etmək üçün ona vermişdir. Hazırda iddiaçı cavabdehin həmin evdən çıxmasını tələb edir. Cavabdeh isə həmin evdə tikinti işləri apardığını qeyd etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi cavabdeh üzərində ev inşa edilmiş torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının qanunvericiliklə müəyyən edilmiş ailə üzvü deyildir. Belə olan halda isə cavabdehin iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş evdə onun iradəsinə zidd olaraq yaşamağa davam etməsi iddiaçının hüquqlarının heç bir hüquqi əsas olmadan məhdudlaşdırılmasına səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin irəli sürdüyü yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən iddiaçının hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Hümbət oğlunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən adıma verilmiş **********18-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və fərdi yaşayış evinin texniki pasportuna əsasən ünvan 1 ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş **********18-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli 31 iyul 2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və fərdi yaşayış evinin texniki pasportuna əsasən ünvan 1 ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh Hümbət oğlu əmlakı ilə birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-2047/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2047/2025
16.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Mənzil mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver