Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-2378/2025 19.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X5, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə və Ağdaş rayon Notariat Ofisinə qarşı “qohumluq və mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə və Ağdaş rayon Notariat Ofisinə qarşı “qohumluq və mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 mərhum əri X3 atasının 05 dekabr 2005ci ildə Ağdaş şəhərində ölmüş X6 olmağına dair qohumluq münasibətləri faktının, həmçinin Ərizəçi1 ərinin atası Əhməd Lətifovun ölümündən sonra ondan Ağdaş şəhəri, M.Əsədov küçəsi ev 60 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşməklə miras qalmış əmlakın əri Lətifov Sərxan tərəfindən, ərinin ölümündən sonra isə ondan qalan miras əmlakın Ərizəçi1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, xx xxxx 1956-cı ildə anadan olmuş Nəbiyeva (Lətifova) Nəzirə Əhməd qızının 05 dekabr 2005-ci ildə ölmüş X2 qızı olduğuna, X2 Nəbiyeva (keçmiş Lətifova) Nəzirə Əhməd qızının atası olduğuna dair qohumluq münasibətləri faktının, həmçinin Nəbiyeva (Lətifova) Nəzirə Əhməd qızının atası Əhməd Lətifovun ölümündən sonra ondan Ağdaş şəhəri, M.Əsədov küçəsi ev 60 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşməklə miras qalmış əmlakın Nəbiyeva (Lətifova) Nəzirə Əhməd qızı tərəfindən qəbul edilməsi faktının, Ərizəçi2 atası, 31 yanvar 1954-cü ildə anadan olmuş X4 atası X2 05 dekabr 2005-ci ildə ölümündən sonra ondan Ağdaş şəhəri, M.Əsədov küçəsi ev 60 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşməklə miras qalmış əmlakın X7 tərəfindən qəbul edilməsi faktinin, X4 04 dekabr 2012-ci ildə ölümündən sonra isə atası X1 miras qalmış, lakin rəsmiləşdirilməmiş miras əmlakın Ərizəçi2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia icraatı qaydasında məhkəməyə daxil olmuş ərizədə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» xahiş olunmuşdur. Halbuki, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizələrə iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-cı maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, ərizəyə əlavə edilmiş sənədlərdə 05 dekabr 2005-ci ildə Ağdaş şəhərində ölmüş X6 və 31 yanvar 1954-cü ildə anadan olmuş X4 vərəsələr dairəsinə dair müvafiq sənəd əlavə edilməmişdir. Həmçinin, Ərizəçi2 ərizə ilə məhkəməyə “qohumluq və mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair müraciət edərkən mübahisənin məhkəmədən kənar qaydada həlli barədə tədbirlər görməli olduğu halda buna əməl etməmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin qərarın 11-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.2-ci maddəsində qeyd edilir ki, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, ərizəçilərə yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından Ərizəçi1 tərəfindən 11 dekabr 2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X10 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi1 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə, Ağdaş rayon Notariat Ofisinə qarşı “qohumluq və mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 11 dekabr 2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X10 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi1 geri qaytarılsın. Ərizəçilərə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-2378/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-2378/2025
19.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver