Məhkəmə qərarları › İş №e-2(019)-692/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-692/2023

23.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-692/2023 23.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı Cavabdeh qarşı iddiaçının mənzilə sahiblik və istifadə hüquqları bərpa edilməklə ,cavabdehin onun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilə onun sahiblik və istifadə hüquqları bərpa edilməklə,Cavabdeh və onun ailə üzvlərinin ona məxsus Bakı şəhəri, Xətai rayonu, R.Mahmudov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən məcburi şəkildə çıxarılması, mənzilin tam şəkildə boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə baxaraq hesab edirəm ki, iddia ərizəsi qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilə onun sahiblik və istifadə hüquqları bərpa edilməklə, Cavabdeh və onun ailə üzvlərinin ona məxsus Bakı şəhəri, Xətai rayonu, R.Mahmudov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən məcburi şəkildə çıxarılması, mənzilin tam şəkildə boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, 1-ci Şərq Döngəsi 38 ünvanında qeydiyyatdadır,faktiki olaraq ünvan 2 ünvanında yaşayır. İddia ərizəsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlansa da elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə gorə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, iş üzrə Cavabdeh Bakı şəhəri, Nizami rayonu,1-ci Şərq Döngəsi 38 ünvanında qeydiyyatda olmasını, faktiki olaraq ünvan 6 ünvanında yaşamasını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiaçının mənzilə sabihlik və istifadə hüquqları bərpa edilməklə ,cavabdehin onun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, qərardadda qeyd edilən nöqsanları aradan qaldırmaqla ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: İddiaçı Cavabdeh qarşı iddiaçının mənzilə sabihlik və istifadə hüquqları bərpa edilməklə ,cavabdehin onun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu (qəbz nömrəsi **********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı izah olunur ki, qərardadda qeyd edilən nöqsanları aradan qaldırmaqla ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar