Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-831/2022 27.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi oğlu X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 06.**.*995-ci ildə doğulmuş X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərdi ki, o, Balakən rayonunun Qullar kəndində yaşayır. 06.**.*995-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş oğlu X*4 2006-cı ildən “MSS-nin orqanik zədələnməsinin fəsadları, əqli gerilik, atanik sindrom, simptomatik epilepsiya, aşağı ətrafların paraparezi” diaqnozu ilə xəstədir. Oğlu X*4 Balakən Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində nevroloji kabinetində qeydiyyatdadır, əlildir. Oğlu onun himayəsində yaşayır. Oğluna əlillik pensiyasının təyin edilməsi üçün müvafiq təşkilatlara müraciət etmişdir. Lakin oğlu X*5 vətəndaşıdır və buna görə də ona Azərbaycan Respublikasında əlillik təyin edilməsi qeyri-mümkündür. Bələ ki, o, 27.06.*99*ci il tarixdə rəsmi nikah bağlayaraq Gürcüstan vətəndaşı X*0 ilə evlənmişdir. Gürcüstan Respublikasında yaşadıqları müddətdə oğlu X** vətəndaşı pasportu alınmışdır. O, 20*9-cu ildə yenidən Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuşdur. X*7 da Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi ilə bağlı müxtəlif təşkilatlara, o cümlədən Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Bununla bağlı aparılan sənədləşmə işləri oğlu Elçin Xəlilov tərəfindən imzalanmalıdır. Lakin oğlu Elçin qeyd etdiyi xəstəliklərdən əzab çəkdiyindən, ağıl zəifliyi və nevroloji xəstəliyi olduğundan sənədləri imza edə bilmir. Buna görə də X*7 fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Oğlu X*4 xəstə olduğu, gəzmədiyi, oturmadığı, danışmadığı, özünü idarə edə bilmədiyi, yəni səhhəti buna imkan vermədiyi üçün məhkəməyə gəlib məhkəmə iclasında iştirak edə bilmir. Qeyd edilənləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X4 məhkəmə iclasında ərizəyə etiraz etməyərək, izahatında göstərdi ki, X*4 anadangəlmə xəstədir, xəstəliyi ilə əlaqədar olaraq əmək qabiliyyəti yoxdur. X*4 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 06.**.*995-cı ildə doğulmuş X9 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X*4 gəzməməsi, oturmaması, danışmaması, özünü idarə edə bilməməsi səbəbindən səhhəti buna imkan vermədiyi üçün məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X9 iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti buna yol verirsə, məhkəmə iclasına çağrılıır. İş materiallarında olan AA******* xxxxxxx nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.*964-cü ildə doğulmuşdur və ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarında olan 27.06.*99*-ci il tarixdə verilmiş V-Tİ 335*76 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Xəlilov Mamed X* 27.06.*99*-ci il tarixdə nikah bağlamış və nikah bağlandıqdan sonra arvada Xəlilova soyadı verilmişdir. İş materiallarında olan Rusiya Federasiyası Moskva şəhəri VVAQ İzmaylov şöbəsi tərəfindən verilmiş *6 iyun *999-cu il tarixli İ-MYU 550*74 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X*4 06.**.*995-ci il tarixdə doğulmuş, atası qrafasında X*0, anası qrafasında isə Ərizəçiyevna yazılmışdır. İş materiallarından həmçinin görünür ki, X*4 Gürcüstan Respublikasının vətəndaşıdır və ona 23.08.20*2-ci il tarixdən 23.08.20*3-cü il tarixədək, 24.07.20*3-cü il tarixdən 24.07.20*4-cü il tarixədək və 03.09.20*4-cü il tarixdən 03.03.20*5-ci il tarixədək Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməklə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi «Tibbi Ərazi İdaretmə Birliyi» X*8 Balakən rayon X7 Hüquqi şəxsinin xx.xx.2022ci il tarixli 537 nömrəli tibbi arayışından və xəstənin ambulator stasionar tibbi kartasından çıxarışdan görünür ki, *995-ci il təvəllüdlü X*2 həqiqətən uşaqlıqdan əlildir, gəzmir, oturmur, danışmır, özünü idarə edə bilmir. Daima qıcolma əleyhinə dərman qəbul edir. Moskva şəhər uşaq psixonevroloji xəstəxanasında 2006-cı ildən müayinə və müalicə olunub. Hal-hazırda xəstə eyni diaqnozla «MSS-nin orqanik zədələnməsinin fəsadları, əqli gerilik, atanik sindrom, simptomatik epilepsiya, aşağı ətrafların paraparezi» diaqnozu ilə Balakən MRX-nın poliklinika şöbəsində nevroloji kabinetdə müalicə alır. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 54* nömrəli arayışından görünür ki, X*4 həqiqətən Qullar kəndində yaşayır. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 563 nömrəli arayışından görünür ki, Ərizəçi həqiqətən Qullar kənd sakinidir, onun oğlu X2 vətəndaşıdır, hal-hazırda Qullar kəndində anası Ərizəçi himayəsində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin Ərizəçi ünvanladığı *4.07.2022-ci il tarixli R/X-*470 nömrəli məktubdan görünür ki, onun Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli XC-3452/4*03/ə nömrəli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar bildirilir ki, X9 Azərbaycan Respublikasının vətəndaşlığına qəbulu ilə bağlı «ASAN xidmət» mərkəzlərinə müraciət etməsi tövsiyə olunur. İş materiallarında olan *7.08.2022-ci il tarixli qəbzdən örünür ki, hazırki ərizənin verilməsi ilə bağlı Ərizəçi tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının ** noyabr 2022-ci il tarixli 688 nömrəli rəyindən görünür ki, X*4 uşaqlıqdan orta dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X*4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəçini və Balakən Rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı, qəyyumluq və himayə komissiyasının nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır və Balakən rayonunun Qullar kəndində yaşayır. Ərizəçinin 06.**.*995-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş və Gürcüstan Respublikasının vətəndaşı olan oğlu X*4 “MSS-nin orqanik zədələnməsinin fəsadları, əqli gerilik, atanik sindrom, simptomatik epilepsiya, aşağı ətrafların paraparezi” diaqnozu ilə xəstədir və Balakən rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində nevroloji kabinetində qeydiyyatdadır. 06.**.*995-ci il tarixdə doğulmuş X*4 anası olan Ərizəçi yanında və himayəsində yaşayır. Ərizəçi oğlu Elçin Xəlilova əlillik pensiyasının təyin edilməsi üçün müvafiq təşkilatlara müraciət etmiş, lakin oğlu Elçin Gürcüstan vətəndaşı olduğundlan ona Azərbaycan Respublikasında əlillik təyin edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçi oğlu X9 Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi ilə bağlı müxtəlif təşkilatlara, o cümlədən Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Bununla bağlı aparılan sənədləşmə işləri oğlu Elçin Xəlilov tərəfindən imzalanmalı olduğundan, lakin o, “MSS-nin orqanik zədələnməsinin fəsadları, əqli gerilik, atanik sindrom, simptomatik epilepsiya, aşağı ətrafların paraparezi” xəstəliklərindən əzab çəkdiyindən, ağıl zəifliyi olduğundan sənədlərə imza edə bilmir. Buna görə də ərizəçi X*7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının ** noyabr 2022-ci il tarixli 688 nömrəli rəyinə əsasən X*4 uşaqlıqdan orta dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0cu baxış) F7*.* xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir, bununla əlaqədar olaraq X*4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Həmçinin ərizəçi hazırki ərizənin verilməsi ilə bağlı *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.*-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.*.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*8.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*9-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 445.0.2-ci maddəsinə əsasən barəsində məhdud fəaliyyət qabiliyyəti hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaybaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxırlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 06.**.*995-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş və hal-hazırda Balakən rayonunun Qullar kəndində yaşayan X*4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 06.**.*995-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş və halhazırda Balakən rayonunun Qullar kəndində yaşayan X*4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-831/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-831/2022
27.12.2022 · Sair mülki iş - Digər - Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver