Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-683/2024 03.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 65 (altmış beş) manat 90 (doxsan) qəpik əsas, 9 (doqquz) manat 80 (səksən) qəpik cərimə, cəmi 75 (yetmiş beş) manat 70 (yetmiş) qəpik borcun, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 165 (yüz altmış beş) manat 10 (on) qəpik əsas, 24 (iyirmi dörd) manat 70 (yetmiş) qəpik cərimə, cəmi 189 (yüz səksən doqquz) manat 80 (səksən) qəpik borcun, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 220 (iki yüz iyirmi) manat əsas, 33 (otuz üç) manat cərimə, cəmi 253 (iki yüz əlli üç) manat borcun, ümumilikdə üç müqavilə üzrə 451 (dörd yüz əlli bir) manat əsas, 67 (altmış yeddi) manat 50 (əlli) qəpik cərimə, cəmi 518 (beş yüz on səkkiz) manat 50 (əlli) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, «İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı qulaqcıqa görə 6 ay ödəniş cədvəli üzrə hər ay 17 manat olmaqla, cəmi 99.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 3 manat ödəniş etmiş və müqavilə üzrə qalıq qalmış 65.90 manat borcu qaytarmamışdır. xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” marklı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla, cəmi 279.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 18.80 manat ödəniş etmiş və müqavilə üzrə qalıq qalmış 165.10 manat borcu qaytarmamışdır. xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsinə əsasən aldığı “Xiaomi” marklı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla, cəmi 351.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 10 manat ödəniş etmiş və müqavilə üzrə qalıq qalmış 220 manat borcu qaytarmamışdır.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin birinci müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı xx.xx.2023-ci il tarixli № ********* saylı müqavilə üzrə 98 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 9.80 manat, xx.xx.2023-ci il tarixli № ********* saylı müqavilə üzrə 247 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 24.70 manat və xx.xx.2023-ci il tarixli № ********* saylı müqavilə üzrə 98 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 9.80 manat, xx.xx.2023-ci il tarixli № ********* saylı müqavilə üzrə 330 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 33.00 manat «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli № ********* saylı alqısatqı müqaviləsinə əsasən «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti qulaqcıq 6 ay müddətinə hər ay 17 manat ödəmək şərtilə, xx.xx.2023-ci il tarixli № ********* saylı alqı-satqı müqaviləsinə əsasən «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti “Samsung” marklı mobil telefonu 6 ay müddətinə hər ay 47 manat ödəmək şərtilə və xx.xx.2023-ci il tarixli № ********* saylı alqı-satqı müqaviləsinə əsasən «İRŞAD- ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti “Xiaomi” marklı mobil telefonu 12 ay müddətinə hər ay 30 manat ödəmək şərtilə borcluya satmışdır. İşdə olan «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 65 (altmış beş) manat 90 (doxsan) qəpik əsas, 9 (doqquz) manat 80 (səksən) qəpik cərimə, cəmi 75 (yetmiş beş) manat 70 (yetmiş) qəpik borc, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 165 (yüz altmış beş) manat 10 (on) qəpik əsas, 24 (iyirmi dörd) manat 70 (yetmiş) qəpik cərimə, cəmi 189 (yüz səksən doqquz) manat 80 (səksən) qəpik borc, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 220 (iki yüz iyirmi) manat əsas, 33 (otuz üç) manat cərimə, cəmi 253 (iki yüz əlli üç) manat borc, ümumilikdə üç müqavilə üzrə 451 (dörd yüz əlli bir) manat əsas, 67 (altmış yeddi) manat 50 (əlli) qəpik cərimə, cəmi borc 518 (beş yüz on səkkiz) manat 50 (əlli) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 65 (altmış beş) manat 90 (doxsan) qəpik əsas, 9 (doqquz) manat 80 (səksən) qəpik cərimə, cəmi 75 (yetmiş beş) manat 70 (yetmiş) qəpik borc, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 165 (yüz altmış beş) manat 10 (on) qəpik əsas, 24 (iyirmi dörd) manat 70 (yetmiş) qəpik cərimə, cəmi 189 (yüz səksən doqquz) manat 80 (səksən) qəpik borc, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 220 (iki yüz iyirmi) manat əsas, 33 (otuz üç) manat cərimə, cəmi 253 (iki yüz əlli üç) manat borc, ümumilikdə üç müqavilə üzrə 451 (dörd yüz əlli bir) manat əsas, 67 (altmış yeddi) manat 50 (əlli) qəpik cərimə, cəmi 518 (beş yüz on səkkiz) manat 50 (əlli) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 65 (altmış beş) manat 90 (doxsan) qəpik əsas, 9 (doqquz) manat 80 (səksən) qəpik cərimə, cəmi 75 (yetmiş beş) manat 70 (yetmiş) qəpik borc, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 165 (yüz altmış beş) manat 10 (on) qəpik əsas, 24 (iyirmi dörd) manat 70 (yetmiş) qəpik cərimə, cəmi 189 (yüz səksən doqquz) manat 80 (səksən) qəpik borc, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 220 (iki yüz iyirmi) manat əsas, 33 (otuz üç) manat cərimə, cəmi 253 (iki yüz əlli üç) manat borc, ümumilikdə 451 (dörd yüz əlli bir) manat əsas, 67 (altmış yeddi) manat 50 (əlli) qəpik cərimə, cəmi 518 (beş yüz on səkkiz) manat 50 (əlli) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-683/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-683/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver