Məhkəmə qərarları › İş №e-2(025)-618/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-618/2024

14.05.2024 · Sair mülki iş - Digər - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-618/2024 14.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum anası X3 xx.xx.1930-cu il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Nic kəndində atası X6 və anası X2maqla doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə ərizəçi Muradari X1 Qarrik Onikoviç məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ilə müraciət edərək, anası Ərizəçi ölüm şəhadətnaməsini məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim olunmuş AZ-İİ № 381153 saylı, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixli 186 № ilə qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, “doğum faktının müəyyən edilməsi” barədə ərizə üzrə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.7-ci bəndində göstərilmişdir ki, Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Məhkəmə qeyd edir ki, Ərizəçi mərhum anasının doğum faktının müəyyən edilməsi, ərizəsində də göstərildiyi kimi anasından qalan vərəsəliyin müəyyən edilməsi üçün lazım olmuşdur. Hazırkı halda isə Ərizəçi mərhum anasının doğum faktının müəyyən edilməsinin Ərizəçi vərəsələrinə hansı əsaslarla lazım olması müəyyən edilmir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə mərhum X3 yaxın qohumları məhkəməyə ərizə ilə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsində göstərilir ki, iş üzrə tərəflərdən biri öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2.-ci maddəsinə əsasən İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələr ərizəçinin hüquqi varislərinə izah edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə mərhum X3 yaxın qohumları məhkəməyə ərizə ilə müraciət edə bilərlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver