Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-89/2021 01.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı "zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qəbələ şəhərində yerləşən və ölçüsü 0,2606 ha olan torpaq sahəsindən Cavabdeh tərəfindən zəbt olunmuş sahənin boşaldılması, zəbt olunmuş sahədə qanunsuz inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülərək torpaq sahəsindən daşınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən mülki işin məhkəmə hazırlıq iclasını keçirilərək daha sonra bir neçə dəfə məhkəmə baxış iclası keçirilmiş, xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasına iddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi gəlməmiş, cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə məhkəmə iclası keçirilərək iddiaçı tərəfin məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə məhkəmə iclası xx.xx.2021-ci il tarixə, saat 12:30-a təxirə salmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Lakin, tərəflər göstərilən tarixlərdə məhkəməyə gəlməmiş İddiaçı və Cavabdeh işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Həmçinin İddiaçı iddia ərizəsində qeyd etdiyi 70 270 18 68, mobil telefon nömrəsinə, Cavabdeh 55 734 22 85 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildirişlər göndərilməklə xəbərdar olunmuşlar. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 03 №-li qərarının 9.1 maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-89/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-89/2021
01.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver