Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-283/2025 22.05.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən Qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, ödənişin təminati xidməti, paket L xidməti, İMEİ kodu **********11809 Xiaomi Redmi 12 markalı telefon ünçün 523,98 manat ödənilməmiş hissə, 52,40 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən Xiaomi redmi buds 5 qulaqlıq, paket M xidməti, Qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, İmei kodu **********31478 OPPO A3X markalı telefonüçün 484,38 manat ödənilməmiş hissə, 48,44 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Paket L xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, İMEİ kodu **********08629 TCL 20L+ markalı telefon üçün 477 manat ödənilməmiş hissə, 47,70 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən Aket L xidməti, ödənişin təminati xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, İMEİ kodu **********78862 Xiaomi Redmi 14C markalı telefon üçün 468 manat ödənilməmiş hissə, 46,80 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Tava Morelli qranit 2 ədəd, Taç Mastercook megaqazan dəsti üçün 292,08 manat ödənilməmiş hissə, 29,21 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, ödənişin təminatı xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti 2 ədəd, mini soba Hoffmann, Ətçəkən tefal üçün 275,04 manat ödənilməmiş hissə, 27,50 manat cərimə, cəmi 2772,53 manat borc və 47,73 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024ci il tarixlərindəki müqavilələrinə əsasən qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, ödənişin təminati xidməti, paket L xidməti, İmei kodu **********11809 Xiaomi Redmi 12 markali telefon, Xiaomi Redmi buds 5 qulaqlıq, Paket M xidməti, Qızıl zəmanət ultra3 il (kontakt) xidməti, İmei kodu **********31478 Oppo A3X markali telefon, paket L xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, İmei kodu **********08629 TCL 20L+ markali telefon, paket L xidməti, ödənişin təminati xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, İmei kodu **********78862 Xiaomi Redmi 14C markali telefon, tava morelli qranit 2 ədəd, Taç Mastercook mega qazandəsti, ödənişin təminati xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti 2 ədəd, mini soba Hoffmann, Ətçəkən tefal almış və nəticədə 2772,53 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 523,98 manat (18 ay x 29,11 manat + 0 manat ilkin ödəniş) olan Qızıl zəmanət Ultra 3 il (Kontakt) Xidməti, Ödənişin Təminati Xidməti, Paket L Xidməti, İmei Kodu **********11809 Xiaomi Redmi 12 markalı telefon üçün ümumilikdə 576,38 manat olmaqla ondan, 523,98 manat ödənilməmiş hissə, 52,40 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 484,38 manat (18 ay x 26,91 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi redmi buds 5 qulaqlıq, paket M xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, İmei kodu **********31478 OPPO A3X markalı telefonüçün 532,82 manat olmaqla ondan, 484,38 manat ödənilməmiş hissə, 48,44 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 477 manat (18 ay x 26,50 manat + 0 manat ilkin ödəniş) olan Paket L Xidməti, qızıl zəmanət Ultra 3 il (Kontakt) Xidməti, İmei Kodu **********08629 TCL 20L+ markalı telefon üçün 524,70 manat olmaqla ondan 477 manat ödənilməmiş hissə, 47,70 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 468 manat (18 ay x 26 manat + 0 manat ilkin ödəniş) Paket L xidməti, ödənişin təminati xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, İmei kodu **********78862 Xiaomi Redmi 14C markalı telefonüçün 514.80 (beş yüz on dörd manat, 80 qəpik) manat olmaqla ondan 468 manat ödənilməmiş hissə, 46,80 manat cərimə pulu miqdarında borc yaranmışdır. xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 292.08 (iki yüz doxsan iki manat,08 qəpik) manat (12 ay x 24,34 manat + 0 manat ilkin ödəniş) olan tava morelli qranit 2 ədəd, taç Mastercook mega qazan dəst üçün 321,29 manat olmaqla ondan, 292,08 manat ödənilməmiş hissə, 29,21 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 275,04 manat (18 ay x 15,28 manat + 0 manat ilkin ödəniş) olan ödənişin təminati xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti 2 ədəd, mini soba Hoffmann, Ətçəkən tefal üçün 302,54 manat olmaqla ondan, 275,04 manat ödənilməmiş hissə, 27,50 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi cavabdeh həmin ünvanda yaşamadığı üçün məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü tarixli Müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə avadanlıqlara dair müqavilə imzalamışdır. Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (18 ay) 29,11 manat, hər ay (18 ay) 26,91 manat, hər ay (18 ay) 26,5 manat, hər ay (18 ay) 26 manat, hər ay (12 ay) 24,34 manat və hər ay (18 ay) 15,28 manat olmaq şərti ilə ödəməlidir. xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarından görünür ki, Cavabdeh müqavilələrdəki avadanlıqları tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən Qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, ödənişin təminati xidməti, paket L xidməti, İMEİ kodu **********11809 Xiaomi Redmi 12 markalı telefon ünçün 523,98 manat ödənilməmiş hissə, 52,40 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən Xiaomi redmi buds 5 qulaqlıq, paket M xidməti, Qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, İmei kodu **********31478 OPPO A3X markalı telefonüçün 484,38 manat ödənilməmiş hissə, 48,44 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən Paket L xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, İMEİ kodu **********08629 TCL 20L+ markalı telefon üçün 477 manat ödənilməmiş hissə, 47,70 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Aket L xidməti, ödənişin təminati xidməti, qızıl zəmanət ultra3 il (kontakt) xidməti, İMEİ kodu **********78862 Xiaomi Redmi 14C markalı telefon üçün 468 manat ödənilməmiş hissə, 46,80 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Tava Morelli qranit 2 ədəd, Taç Mastercook megaqazan dəsti üçün 292,08 manat ödənilməmiş hissə, 29,21 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, ödənişin təminatı xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti 2 ədəd, mini soba Hoffmann, Ətçəkən tefal üçün 275, manat ödənilməmiş hissə, 27,50 manat cərimə, cəmi 2772,53 manat borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqda göstərilir ki, Cavabdehn müqavilənin şərtlərini pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, ödənişin təminati xidməti, paket L xidməti, İMEİ kodu **********11809 Xiaomi Redmi 12 markalı telefon ünçün 523,98 manat ödənilməmiş hissə, 52,40 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Xiaomi redmi buds 5 qulaqlıq, paket M xidməti, Qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, İmei kodu **********31478 OPPO A3X markalı telefonüçün 484,38 manat ödənilməmiş hissə, 48,44 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Paket L xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, İMEİ kodu **********08629 TCL 20L+ markalı telefon üçün 477 manat ödənilməmiş hissə, 47,70 manat cərimə borcu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən Aket L xidməti, ödənişin təminati xidməti, qızıl zəmanət ultra3 il (kontakt) xidməti, İMEİ kodu **********78862 Xiaomi Redmi 14C markalı telefon üçün 468 manat ödənilməmiş hissə, 46,80 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Tava Morelli qranit 2 ədəd, Taç Mastercook megaqazan dəsti üçün 292,08 manat ödənilməmiş hissə, 29,21 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən ödənişin təminatı xidməti, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti 2 ədəd, mini soba Hoffmann, Ətçəkən tefal üçün 275,04 manat ödənilməmiş hissə, 27,50 manat cərimə borcu, cəmi 2772,53 manat borc və 47,73 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-283/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-283/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver