Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1035/2024 08.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə 749,4 manat əsas, 224,8 manat cərimə borcu olmaqla, cəmi 974,2 manat borc, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 479,9 manat əsas, 143,9 manat cərimə borcu olmaqla, cəmi 623,8 manat borc, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 509,4 manat əsas, 152,8 manat cərimə borcu olmaqla, cəmi 662,2 manat borc, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 443,4 manat əsas, 133 manat cərimə borcu olmaqla, cəmi 576,4 manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 689,9 manat əsas, 206,9 manat cərimə borcu olmaqla, cəmi 896,8 manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə 443,9 manat əsas, 133,1 manat cərimə borcu olmaqla, cəmi 577 manat borc, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1767,5 manat əsas, 530,2 manat cərimə borcu olmaqla, cəmi 2297,7 manat borc, ümumilikdə yeddi müqavilə üzrə 5083,4 manat əsas, 1524,7 manat cərimə borcu olmaqla, cəmi 6608,1 manat borc və 86.08 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsung markalı mobil telefon, qulaqcıq, mouse, xarici akumlyatora görə 12 ay ödəniş cədvəli üzrə hər ay 252 manat olmaqla, cəmi 3017.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 252 manat ödəniş etmiş, qalıq qalmış 749.4 manat borcu qaytarmamışdır. Nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 2248 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2248 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 224.8 manat cərimə, cəmi 974.20 manat İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsung markalı mobil telefon, qulaqcıq, aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 220 manat olmaqla, cəmi 2639.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 180 manat ödəniş etmiş qalıq qalmış 479.9 manat borcu qaytarmamışdır. Nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1439 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1439 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 143.9 manat cərimə, cəmi 623.80 manat İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Canon markaı printerə görə 15 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, cəmi 589.40 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 34 manat ödəniş etmiş qalıq qalmış 509.40 manat borcu qaytarmamışdır. Nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1528 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1528 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 152.80 manat cərimə, cəmi 662.20 manat İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2023cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Hp markalı monitor, klaviaturaya görə 15 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla, cəmi 513.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 34 manat ödəniş etmiş qalıq qalmış 2237,80 manat borcu qaytarmamışdır. Nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1330 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1330 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 133 manat cərimə, cəmi 576.40 manat İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Epson markalı printerə görə 15 ay ödəniş cədvəli üzrə hər ay 15 manat olmaqla, cəmi 799.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023cü il tarixində 54 manat ödəniş etmiş qalıq qalmış 689.90 manat borcu qaytarmamışdır. Nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 2069 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2069 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 206.90 manat cərimə, cəmi 896.80 manat İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Hp markalı monitor, klaviaturaya görə 15 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla, cəmi 513.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 34 manat ödəniş etmiş qalıq qalmış 689.90 manat borcu qaytarmamışdır. Nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 443.90 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1331 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 133.10 manat cərimə, cəmi 577 manat İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Epson markal printerə görə 15 ay ödəniş cədvəli üzrə hər ay 136 manat olmaqla, cəmi 2039.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 100 manat ödəniş etmiş qalıq qalmış 1767.50 manat borcu qaytarmamışdır. Nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 5302 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 5302 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 530.20 manat cərimə, cəmi 2297.70 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, müqavilələr üzrə iddia tələbini əsas borcu hissəsində qəbul edir, lakin cərimə hissəsində borcu qəbul etmir. Hazırda tələb olunan borcu tam şəkildə ödəmək imkanı yoxdur. Bununla bağlı o, iddiaçı tərəflə razılıq əldə edilməsi üçün danışıqlar aparmış və borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmiş, lakin aralarında razılıq əldə edilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 3017.90 manat olan Baby SAMSUNG S908 GREEN (**********51743/**********51749) markalı, X1 Samsung USB-O./USB-A 35W EP- TA220NBEGRU Black (0211968), X3 Choice Earbuds X (ALD-00) Glacier Whitü (21ALD0001B********), X2 M350 Graphite (012405) məhsullar Cavabdeh nisyə satılmış və sonuncu 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 252 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 2639.97 manat olan SUMSUNG S908 GREEN markalı telefon və aksesuarlar Cavabdeh nisyə satılmış və sonuncu 560 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 220 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 2039.90 manat olan Printer Epson L1800 (UBKY044775) Cavabdeh nisyə satılmış və sonuncu 15 ay müddətində ödəniş cədvəli üzrə hər ay 136 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 589.49 manat olan Printer Canon 3010 (İRK184811) Cavabdeh nisyə satılmış və sonuncu 0.50 manat ilkin ödəniş etməklə 15 ay müddətində ödəniş cədvəli üzrə hər ay 40 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 513.98 manat olan Monitor HP M24f FHD Monitor (2D9K0AA) (3CM2273TCC) və aksesuarlar Cavabdeh nisyə satılmış və sonuncu 15 ay müddətində ödəniş cədvəli üzrə hər ay 35 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 799.99 manat olan Printer Epson L805 (W7YK297292) Cavabdeh nisyə satılmış və sonuncu 15 ay müddətində ödəniş cədvəli üzrə hər ay 54 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 799.99 manat olan (Monitor HP M24f FHD Monitor) və aksesuarlar Cavabdeh nisyə satılmış və sonuncu 15 ay müddətində ödəniş cədvəli üzrə hər ay 35 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin 749.4 manat əsas borcu və 224.8 manat cərimə borcu olmaqla, cəmi 974.2 manat borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin 479.9 manat əsas borcu və 143.9 manat cərimə borcu olmaqla, cəmi 623.8 manat borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin 1767.5 manat əsas borcu və 530.2 manat cərimə borcu olmaqla, cəmi 2297.7 manat borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin 509.4 manat əsas borcu və 152.8 manat cərimə borcu olmaqla, cəmi 662.2 manat borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin 443.4 manat əsas borcu və 133 manat cərimə borcu olmaqla, cəmi 576.4 manat borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin 689.9 manat əsas borcu və 206.9 manat cərimə borcu olmaqla, cəmi 896.8 manat borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin 443.4 manat əsas borcu və 133.1 manat cərimə borcu olmaqla, cəmi 577 manat borcu mövcuddur. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyaları satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 749.4 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 479.9 manat, xx.xx.2023cü il tarixli, ********* saylı müqaviləyə əsasən 1767.5 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 509.4 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 443.4 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 689.9 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 443.9 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 749.4 manat məbləğində əsas borca münasibətdə 194,3 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 479.9 manat məbləğində əsas borca münasibətdə 143.9 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 509.4 manat məbləğində əsas borca münasibətdə 152.8 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 443.4 manat məbləğində əsas borca münasibətdə 133 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 689.9 manat məbləğində əsas borca münasibətdə 206.9 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 443.9 manat məbləğində əsas borca münasibətdə 133.1 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 1767.5 manat məbləğində əsas borca münasibətdə 530.2 manat cavabdehdən dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 16 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 10 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 10 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 9 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 14 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 9 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı əsasən 37 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 86.08 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 86.08 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-29, 227, 233, 284-5.3, 152-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 749,4 manat əsas, 16 manat cərimə, cəmi 765.4 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 479,9 manat əsas, 10 manat cərimə, cəmi 489.9 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 509,4 manat əsas, 10 manat cərimə, cəmi 519.4 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 443,4 manat əsas, 9 manat cərimə, cəmi 452.4 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 689,9 manat əsas, 14 manat cərimə, cəmi 703.9 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə 443,9 manat əsas, 9 manat cərimə, cəmi 452.9 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1767,5 manat əsas, 37 manat cərimə, cəmi 1804.5 manat, ümumilikdə 5188.40 borcun və dövlət rüsumuna görə ödənilmiş 86.08 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1035/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1035/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver