Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-859/2022 14.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********56-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və cavabdehlərin adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində hər birinin paylarının bərabər yəni, 1/5 hissə müəyyən edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********14 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və cavabdehlərin adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hər birinin paylarının bərabər yəni, 1/5 hissə müəyyən edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və cavabdehlərin adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 170 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hər birinin paylarının bərabər yəni, 1/5 hissə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zaqatala rayonu, Əliabad qəsəbə sakini, iş üzrə cavabdeh X7 ilə 1986-ci ildə rəsmi şəkildə ailə qurmuşdur. Birgə nigahlarından 1988-ci ildə Əli, 1989-cu ildə Məhəmməd, 1992-ci ildə Səidə adlı üç uşaqları doğulmuşdur. Cavabdehlə bir neçə il səmimi ailə münasibətlərində yaşamışlar. Uzun müddət birlikdə yaşasalar da xasiyyətləri uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Nikahları Zaqatala Rayon Məhkəməsi tərəfindən 2013-cü ildə pozulmuşdur. Onun cavabdehlərlə ümumi birgə mülkiyyətində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,6 ha həyətyanı, 1,03 ha və 0,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. O, 2001-ci ildə ata-anasının ona verdiyi Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 114.40 kv.m olan kürsülü yaşayış evi tikmişdir. Hazırda tam mülkiyyət hüququ ilə ona məxsus olan həmin bu evdən mülkiyyət hüquqlarından istifadə edə bilmir. Həmin evdə tam mülkiyyət hüququnu 31 avqust 2017-ci il tarixdə əldə etmişdir. DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində ümumi birgə mülkiyyət hüququ, ümumi sahəsi 114.40 kv.m olan yaşayış evində tam mülkiyyət hüququ qeydə alınmışdır. Eyni zamanda Cavabdeh2 DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 1,03 ha və 0,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində özünün ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş və DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli və DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları əsasında onun həmin torpaq sahələrində ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Onun və cavabdehlərin qeyd edilən torpaqlar üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarışlar verilmişdir. Hazırda o Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən, 1,03 ha və 0,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən özünə məxsus olan hissədən faktiki sahiblik və istifadə etmək istəyir. Lakin qeyd edilən torpaq sahələri ümumi birgə mülkiyyətdə olduğuna və cavabdehlər həmin torpaqlardan istifadəsinə maneələr yaratdığına görə özünə məxsus torpaq sahələrinin üzərində mülkiyyət hüquqlarından istifadə edə bilmir. Həmin torpaq sahələrindən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ ilə ona məxsus ümumi sahəsi 114,40 kv.m. olan fərdi yaşayış evi var. Digər kənd təsərrüfatlı torpaq sahələrindən isə cavabdehlər istifadə edir. Hazırda cavabdehlər ona həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarından istifadə etməyinə maneələr yaradır. Ona görə də, məhkəməyə müraciət edərək Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətlərində olan 0,06 ha həyətyanı, 1,03 ha və 0,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində hər birinin payının bərabər olmasının müəyyən edilməsini və payların özünə məxsus olan hissəsinin naturada ayrılmasını istəyir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə iddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxışı iclasına gəlməmişlər, lakin İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə baxışı iclasını iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxışı iclasına gəlməmişlər, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, iddianı qəbul edir, iddianın predmeti olan torpaq sahələrində iddiaçının payının müəyyən edilməsinə etirazı yoxdur. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********56-10301 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X3, X8, X11, X4 və X2 adına, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114,40 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində xx.xx.2020ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********414 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 170 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xx.xx.2019cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********77 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********56-10301 olan 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X3, X8, X11, X4, X2, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114,40 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X1 adına, daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə ********** aparılmış qeydiyyata əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********414 olan 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və daşınmaz əmlakın dövlət reyestrində 170 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********77 olan 0,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 adına qeydiyyata alınmışdır. Hazırkı iddia ərizəsi ilə İddiaçı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, 1,03 ha və 0,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində üzərində hər birinin paylarının bərabər, yəni 1/5 hissədə paylarının müəyyən edilməsini xahiş edir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, daşınar və ya daşınmaz əşyaya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir və birgə mülkiyyət iştirakçılarının razılaşması olmadıqda məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********56- 10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən dövlət reyestrində 40 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********14 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 170 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissədən ibarət olmaqla payı müəyyən edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227 və 233-cü maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********56-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən dövlət reyestrində 40 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissədən ibarət olmaqla payı müəyyən edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********14 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissədən ibarət olmaqla payı müəyyən edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 170 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissədən ibarət olmaqla payı müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-859/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-859/2022
14.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver