Məhkəmə qərarları › İş №e-2(034)-497/2023

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-497/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-497/2023 28.09.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "xxxx" mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "xxxx" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/136661/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1566.06 ABŞ dolları məbləğində əsas borc, 1970.38 ABŞ dolları məbləğində cərimə borcu, 453.98 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 3989.42 ABŞ dolları məbləğində pulun, 87.82 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı LPO QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia ərizəsinin baxılmamış saxlanılması, mülki işdə olan sənədlərin əsllərinin (kredit müqaviləsinin əsli, ödəniş cədvəlinin, MAPS arayışının xəbərdarlıq məktublarının, dövlət rüsumunun ödənilməsi barədə qəbzin və sair) onlara geri qaytarılması, həmçinin ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılmasını və alan adı: Ləğv prosesində olan QSC “Bank Standard” KB, VÖEN: **********, İBAN: AZ54NABZ********************, ALANİN BANKİ: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT: NABZAZ2C hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublkası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələbinə görə Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə iddiaçının ərizəsini, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "xxxx" dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 87.82 manat məbləğində pul Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının (VÖEN: **********, İBAN: AZ54NABZ********************, ALANİN BANKİ: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT: NABZAZ2C) hesabına köçürülsün. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar