Məhkəmə qərarları › İş №e-2(037)-747/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-747/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-747/2023 18.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 18 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 7685.20 manat-bundan 2826.01 manat əsas,2523.63 manat faiz,1526.28 manat cərimə,kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixzli Plenum qərarına əsasən hesablanmış 800.28 manat faiz və iş üzrə ödənilmiş 97 manbat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və əlavə edilmiş sənədlərin əsillərinin ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmasını və ödənilmiş dövlət rüsumu məbləğinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinuin (VÖEN: **********, İBAN: AZ65NABZ********************, ALANİN BANKİ: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod:501004, VÖEN:**********, M/h: AZ74NABZ********************, SWİFT:NABZAZ2C) hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.Cavabdeh məhkəmə iclasına gəlməməsini məhkəmə onun hazırkı işin mahiyyəti üzrə həll olunmasında maraqlı olmaması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Ülviyyə Qarazadənin ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Ülviyyə Qarazadə tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və əlavə edilmiş sənədlərin əsilləri iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 97 manat dövlət rüsumu tam şəkildə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmaqla (VÖEN:**********, İBAN: AZ65NABZ********************, ALANİN BANKİ: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod:501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT:NABZAZ2C) hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.11, 263,264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsilləri iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılsın. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumu tam şəkildə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmaqla (VÖEN:**********,İBAN: AZ65NABZ********************, ALANİN BANKİ: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod:501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT:NABZAZ2C) hesaba köçürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar