Məhkəmə qərarları › İş №e-2(044)-3384/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-3384/2021

30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-3384/2021 30.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı Azerconnect MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azerconnect MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azerconnect MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 744 (yeddi yüz qırx dörd) manat məbləğində vurulmuş ziyanın, 110 (yüz on) manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh ayrı-ayrılıqda barışıq sazişinin təsdiq olunaraq icraata xitam verilməsini xahiş etdilər. Məhkəməyə təqdim olunmuş barışıq sazişinin şərtlərinə görə:

1. İddiaçı e-2(044)-3384/2021 saylı mülki iş üzrə cavabdehdən tələb etdiyi 744 (yeddi yüz qırx dörd) manat ödənilmiş icarə haqqı, 110 (yüz on) manat vəkilə ödənilmiş hüquqi xidmət haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması ilə bağlı iddiasından imtina edir.

2. Cavabdeh tərəflər arasında imzalanmış icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində, yəni 30 sentyabr 2029-cu il tarixədək, mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev prospekti, 311 ünvanında yerləşən 110 kv.m torpaq sahəsinə quraşdırılmış mobil baza stansiyasına heç bir müdaxilə etməyəcəyini, mobil baza stansiyasına elektrik enerjisinin verilişini bu va ya digər qaydada dayandırmayacağını, belə bir hal baş verərsə elektrik enerjisinin olmadığı hər gün üçün iddiaçıya 100 (yüz) manat kompensasiya ödəyəcəyini öz üzərinə götürür.

3. Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5.-ci maddələrinin tələbləri tətbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər.

4. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

5. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçı "Azərconnect” MMC-də, ikincisi cavabdehdə saxlanılır və üçüncüsü Gəncə şəhəri Nizami rayon məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib barışıq sazişini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmaqla işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki,tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də təsdiq olunmalıdır. Məhkəmə barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur və qanuna zidd deyildir, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq olunsun:

1. İddiaçı e-2(044)-3384/2021 saylı mülki iş üzrə cavabdehdən tələb etdiyi 744 (yeddi yüz qırx dörd) manat ödənilmiş icarə haqqı, 110 (yüz on) manat vəkilə ödənilmiş hüquqi xidmət haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması ilə bağlı iddiasından imtina edir.

2. Cavabdeh tərəflər arasında imzalanmış icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində, yəni 30 sentyabr 2029-cu il tarixədək, mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev prospekti, 311 ünvanında yerləşən 110 kv.m torpaq sahəsinə quraşdırılmış mobil baza stansiyasına heç bir müdaxilə etməyəcəyini, mobil baza stansiyasına elektrik enerjisinin verilişini bu va ya digər qaydada dayandırmayacağını, belə bir hal baş verərsə elektrik enerjisinin olmadığı hər gün üçün iddiaçıya 100 (yüz) manat kompensasiya ödəyəcəyini öz üzərinə götürür.

3. Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5.-ci maddələrinin tələbləri tətbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər. İddiaçı Azerconnect MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar