Məhkəmə qərarları › İş №e-2(060)-2956/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2956/2022

29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Ər-arvad arasında əmlak mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2956/2022 29.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Həsənov Hüseyn Xeybər oğlunun, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 Mirzə oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması, nikahın etibarsızlığı nəticəsində dəymiş zərərin ödənilməsi və cehiz əşyalarının qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki iş materialarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı "nikahın etibarsızlığı nəticəsində dəymiş zərərin ödənilməsi və cehiz əşyalarının qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30000 manat mənəvi zərərin, dövlət rüsumu üçün ödənilmiş 180 manat cəmi 30180 manat pulun alınıb ona ödənilməsi və cehiz əşyalarının qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək 01.11.2021-ci ildə X2 ilə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsi, cavabdehdən 30000 manat mənəvi zərərin, dövlət rüsumu üçün ödənilmiş 180 manat, cəmi 30180 manat pulun alınıb ona ödənilməsi və cehiz əşyalarımın qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şifahi vəsatət verərək Sumqayıt şəhər Məhkəməsinin hakimi Əfqan Ələkbərovun icraatında olan 2(060)-2391/2022 saylı mülki işin hal-hazırda baxılan mülki işlə birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, nümayəndəsi və vəkili tərəfindən verilən vəsatəti müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatətə etiraz etdiyini, vəsatətin qanuna uyğun olmadığını bildirdi və rədd edilməsini xahiş etdi. Eləcə də şifahi vəsatət verərək halhazırda baxılan mülki işin hakim Əfqan Ələkbərovun icraatında olan 2(060)-2391/2022 saylı mülki işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh, nümayəndəsi və vəkili tərəfindən bildirilən fikirləri müdafiə etdiyini göstərdi. İşə materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(060)-2391/2022 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 167.2-ci maddəsinə əsasən hakim işi məhkəmədə baxılmağa hazırlayarkən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən hakim həmin Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri çəkişmə prinsipinə əməl etməklə, həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdə keçirərək, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işin olduğunu nəzərə alaraq, hesab edir ki, prosessual qənaətçillik baxımından, həmin işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan "nikahın etibarsız sayılması və nikahın etibarsızlığı nəticəsində dəymiş zərərin ödənilməsi və cehiz əşyalarının qaytarılması tələbinə dair 2(060)-2956/2022 saylı və «nikahın etibarsız hesab edilməsi tələbinə dair» 2(060)-2391/2022 saylı mülki işlər bir icraatda birləşdirilməli, mülki işdə 2(060)-2391/2022 nömrəsi saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı : Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması və nikahın etibarsızlığı nəticəsində dəymiş zərərin ödənilməsi və cehiz əşyalarının qaytarılması" tələbinə dair iddiası üzrə 2(060)-2956/2022 saylı mülki iş məhkəmənin icraatında olan iddiaçı X1 cavabdeh İddiaçı qarşı «nikahın etibarsız hesab edilməsi tələbinə dair» iddiası üzrə 2(060)-2391/2022 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işdə 2(060)-2391/2022 nömrəsi saxlanılsın. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2391/2022 saylı mülki işin 2(060)-2956/2022 saylı mülki işə birləşdirilməsi barədə vəsatəti rədd edilsin. İşə tərəflərin iştirakı ilə baxılsın. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver